Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2258 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onların barələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN Vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.
- Oxunub: 1440 |
- Tarix: 09-01-2021 |
-
Çap et |