Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi tarixdə əbədi qalacaq
A+   Yenilə  A-
Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi tarixdə əbədi qalacaq

Prezident İlham Əliyev: Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır

Azərbaycan artıq tarixə dönən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən, üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, üç onillik ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmiz və xalqımız üçün əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyev yanvarın 6-da Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində bildirib ki, bu Qələbə tarixdə əbədi qalacaq. "Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün təmin ediləcəyinə dair vədini Vətən müharibəsində qazanılan şanlı qələbə ilə yerinə yetirdi

Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, heç vaxt populist vədlər vermir, həmişə reallıqdan çıxış edir. Ölkəmizin milli maraqlarının təmin olunması, xalqımızın arzu və istəklərinin həyata keçirilməsi Onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan Prezidentinin əvvəlki illərdə ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi deyilənləri bir daha təsdiqlədi. Prezident İlham Əliyev son 17 ildə qətiyyət göstərərək Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ölkəmizin gündəliyinin mərkəzində saxlamağa nail oldu. Dövlət başçımız bütün beynəlxalq platformalarda, eləcə də respublika daxilində keçirilən tədbirlərdə tarixi faktlara, beynəlxalq hüquqa istinad etməklə əsaslandırırdı ki, Dağlıq Qarabağın Ermənistanla hər hansı bir bağlılığı yoxdur, sənədlər və faktlar bu yerlərin məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bu kimi fundamental amillərə istinad edərək deyirdi ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, xalqımız işğal faktı ilə heç vaxt barışmayacaq. Dövlətimizin başçısı bildirirdi ki, biz bu məsələni istənilən yolla həll edəcəyik. Əlbəttə, Prezident İlham Əliyev belə qətiyyətli mövqe sərgiləyərkən Ona güclü təzyiqlər də olurdu. Beynəlxalq aləmdə işğalçı Ermənistana havadarlıq edən qüvvələr inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarından başqa həll variantı yoxdur, hərb yolu isə ümumiyyətlə istisna təşkil edir. Dövlətimizin başçısının bəhs olunan müşavirədə xatırlatdığı kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar idi. Üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda iştirak etməsi respublikamızın sülhə necə böyük önəm verdiyini təsdiqləyir. Sülh danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan işğalçı Ermənistandan ərazilərimizin boşaldılmasına, geri qaytarılmasına dair cədvəl istəyirdi. Əgər Ermənistan vaxtında bunu etsəydi və işğalçılıq siyasətindən əl çəksəydi, müharibəyə ehtiyac qalmayacaqdı. Bu, baş vermədi. Cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin yüksək çinli rəsmiləri bildirirdilər ki, bir qarış torpaq da Azərbaycana geri qaytarılmayacaq. Onlar son vaxtlarda daha da qabağa gedərək "yeni ərazilər uğrunda yeni müharibə" iddiaları səsləndirməkdən də çəkinmirdilər. Beləliklə, müharibə qaçılmaz oldu. Müharibənin başlamasının bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyini əyani şəkildə təsdiqlədi. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında təşəbbüsü ələ aldı. Bu da təsadüfi deyildi. Ordumuzu döyüş meydanında yenilməz edən bir sıra amillər sadalaya bilərik. Burada, əlbəttə ki, son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü ordu quruculuğu siyasətinin önəmini xüsusi qeyd edə bilərik. Müharibə şəraitində yaşayan Azərbaycan bəhs olunan dövrdə sülh danışıqlarında iştirak etməklə yanaşı, həm də özünün getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrimizin texniki təchizatının gücləndirilməsinin, döyüş hazırlığının artırılmasının qayğısına qalırdı. Qürur hissi ilə deyə bilərik ki, bu gün respublikamız dünyanın 50 ən güclü ordusundan birinə malikdir. Belə güclü Orduya İlham Əliyev kimi xalqını, Vətənini sevən milli ruhlu sərkərdənin rəhbərlik etməsi Vətən müharibəsində Silahlı Qüvvələrimizin gücünə güc qatdı. Müharibənin bizim ərazilərimizdə getməsi də əsgər və zabitlərimizin döyüşlərə daha inamla atılmasına güclü impuls verirdi. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə xilaskarlıq səciyyəsi daşıyırdı. Silahlı Qüvvələrimiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi".

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, böyük problemlə üzləşəcək

Hazırda qarşıda duran vəzifə Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaqdan ibarətdir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın revanşist cəhdlərinin və təxribat əməllərinin qarşısının alınması da vacib məsələlər sırasında dayanır. Respublikamızın prinsipial mövqeyi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu sənəddə təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz, yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidəki vəziyyəti düzgün dəyərləndirir və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf doğuran haldır ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda müəyyən revanşist cəhdlər müşahidə edilməkdədir. Ermənilər işğalçı dövlətin ərazisindən Azərbaycan tərəfə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Artıq sübut olunub ki, Azərbaycanın Xocavənd rayonuna silahlı dəstələr Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəliblər. Suallar yaranır: Bu dəstələr ölkəmizin ərazisinə nə üçün gəliblər? Bu dəstələri kim göndərib? Prezident İlham Əliyevin bildirdiyi kimi, onlar terrorçu və diversantlardır. Çünki müharibə noyabrın 10-da başa çatıb. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü.

Müharibə bitdikdən sonra Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri narahatlıq doğurmaya bilməz. Belə təhrikedici hərəkətlər yolverilməzdir. Əgər bu cür təxribatçı addımlar gələcəkdə də davam edəcəksə, Azərbaycan sərt cavab vermək məcburiyyətində qalacaq. Ölkəmizin birmənalı mövqeyini nəzərə çatdıran Prezident İlham Əliyev "Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq Mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar", - deyə vurğulayıb.

Bu məqamda yada salmaq yerinə düşər ki, Ermənistanın işğalın davam etdiyi üç onillik ərzində sərgilədiyi əməllər humanizmdən tamam uzaq olub. Ermənilər xalqımıza qarşı sonsuz qəddarlıqla Xocalı qətliamını törədiblər. Düşmən tərəf Kəlbəcəri və digər rayonlarımızı işğal altına alanda dinc sakinlərə öz ev-eşiklərini tərk etməyə vaxt verməyiblər. Həmin günlərdə mənfur düşməndən canlarını qurtarmaq üçün dağlara, meşələrə üz tutan insanların bir çoxu soyuqdan donub. Üç onillik ərzində düşmən işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib, bir vaxtlar çiçəklənən şəhərlərimizi, kəndlərimizi dağıdaraq yerlə-yeksan edib. Vətən müharibəsində işğalçı Ermənistanın əl atdığı cinayətləri xatırlayaq. Döyüş meydanında Azərbaycanın Silahlı Qüvvələrinə cavab verə bilməyən düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini, Tərtər, Bərdə, Ağcabədi və digər rayonlarımızın yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan ardıcıl atəşə tuturdular. Düşmənin belə müharibə cinayətlərinin nəticəsi olaraq 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb. Azərbaycan isə müharibə dövründə ədalətli, məsuliyyətli, humanist siyasətinə sadiq qalıb və Ermənistandan fərqli olaraq yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıb, heç vaxt dinc əhaliyə, yaşayış məntəqələrinə atəş açmayıb. Qeyd edək ki, hazırda düşmənin müharibə günlərində atəşə məruz qoyduğu yaşayış məntəqələrində bərpa işlərinə başlanılıb. Müharibə zamanı zərər çəkmiş ailələrə müvafiq yardımlar göstərilir. Eyni zamanda, ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv işlər aparılır. Düşmənin müharibə cinayətlərinə yol verərək dağıntılar törətdiyi yaşayış məntəqələrində  xatirə komplekslərinin yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır.

Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4980  |  
  • Tarix:  09-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0 +1