"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində qələbə çalması, ərazi bütövlüyümüzün bərpa edilməsi xalqımız tərəfindən böyük qürur və sevinclə qarşılanıb. Bu tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bundan sonrakı mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması çox mühüm əhəmiyyətə malikdir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədr müavini, aparat rəhbəri Xaliq Musayev deyib.
Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasında olduğu kimi, dağıdılan kənd və şəhərlərimizin yenidən qurulması və bərpası da Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində öz həllini tapacaq: “Dövlət başçısının söylədiyi kimi, bütün şəhər, qəsəbə və kəndlərimiz bərpa ediləcək. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Bu tədbirlər yeni mərhələdə ölkəmizin sürətli inkişafına mühüm töhfə olacaq".
- Oxunub: 3210 |
- Tarix: 09-01-2021 |
-
Çap et |