Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirib
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirib

Respublikamızda müxtəlif etnik-dini icmaların nümayəndələri milli mədəniyyətlərini yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin və mədəniyyətinin zənginləşməsinə, ölkəmizin ümumi inkişafına da öz töhfələrini verirlər

Hər bir dövlətin gücü, qüdrəti müxtəlif amillərlə şərtlənir ki, burada ideoloji əsaslar müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə, hər bir dövlət iqtisadi, siyasi, hərbi və digər parametrlər baxımından müəyyən potensiala malikdir. Ancaq həmin dövlətin ideoloji əsasları yoxdursa və yaxud möhkəm təməllərə söykənmirsə, bu zaman ardıcıl inkişafdan, mövcud potensialın real gücə çevrilməsindən danışmaq da mümkün deyil. İdeoloji əsaslar ölkələrin cəmiyyətlərini birləşdirən, həlledici məqamlarda onları səfərbər edən, strateji məqsədlər uğrunda milli gücü artıran fundamental və əvəzolunmaz amil qismində çıxış edir. Şübhəsiz ki, dövlətlərin strukturu, cəmiyyətlərin spesifik xüsusiyyətləri, mental dəyərlər fərqli olduğu kimi, onların ideoloji əsasları da bir-birləri ilə eynilik təşkil etmir. Fərqli ölkələrdə qarşıya qoyulan yaxın və uzaq məqsədlərdən asılı olaraq ideoloji əsaslar da fərqli məzmunda formalaşdırılır və burada liderlərin rolunu da ayrıca qeyd edə bilərik.

Ölkəmizin milli gücünü artıran azərbaycançılıq ideologiyasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub

Azərbaycanın inkişaf tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. O, iki fərqli ideoloji dönəmdə - keçmiş Sovet hakimiyyəti illərində və müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edib. İlk dəfə 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə respublikamızı sənaye inkişafına yönəltdi. Onun səyləri ilə ötən əsrin 70-80-ci illərində milli iqtisadiyyatımızın möhkəm təməlləri yaradıldı.Tərkibində 15 müttəfiq respublikanı birləşdirən keçmiş Sovet İttifaqı qapalı bir ölkə idi və burada hər hansı bir rəhbərin milli təəssübkeşlik nümayiş etdirməsi yolverilməz sayılırdı. Lakin qəlbində xalqına sonsuz məhəbbət bəsləyən Ulu Öndər hətta həmin məhdudiyyətlər şəraitində də belə tarixdən gələn ənənələrimizin yaşadılmasına, mədəniyyətimizin inkişafına, dilimizin qorunmasına və zənginləşməsinə böyük diqqət yetirirdi. Tam qətiyyətlə deyə bilərik ki, müdrik siyasətçi olan Heydər Əliyev hələ keçmiş sovet dönəmində respublikamızda beynəlmiləlçiliklə milliliyin unikal bir vəhdətini yaratmağa nail olmuşdu. Ulu Öndər Özünəxas olan müdrikliklə həm respublikamızda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin inkişafına, həm də aborogen sakinlərin – azərbaycanlıların milli dirçəlişinə münbit zəmin yaradan qərarlar qəbul edirdi. Respublikamızda tez-tez keçirilən festivallar, mədəniyyət ongünlükləri, folklor bayramları, ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli nümayəndələrinin yubileyləri milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşında sevinc və qürur hissi yaradırdı. Belə tədbirlərlə mənəvi cəhətdən zənginləşən və bir-birlərinə daha möhkəm tellərlə bağlanan insanlar – müxtəlif xalqların nümayəndələri daha böyük coşqu ilə quruculuq işlərində iştirak edirdilər. Respublikamızda cəmiyyətin bütün təbəqələrini, müxtəlif etnik mənsubiyyətə malik insanları vahid amal uğrunda birliyə sövq edən siyasətin əsasları məhz o illərdə Ulu Öndərin atdığı belə məqsədyönlü addımlarla qoyuldu. Milli kimliyi ilə qürur duyan Ulu Öndər ona nail olmaq istəyirdi ki, hər cəhətdən respublikamızı gücləndirsin və bütün vətəndaşlar güclü Azərbaycanla fəxr etsinlər. Uzaqgörən siyasətçi Heydər Əliyev keçmiş sovet dönəmində güclü sənaye qurmaqla, kənd təsərrüfatını yeni yanaşmalarla inkişaf etdirməklə, mədəniyyətimizi dünya arenasına çıxartmaqla, gəncləri təhsilə istiqamətləndirməklə buna nail olmuşdu.

Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməklə xilaskarlıq missiyası yerinə yetirdi. 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-"Müsavat" iqtidarı ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. Heydər Əliyev belə çətin dönəmdə xalqın istəyini nəzərə alaraq respublikamızın rəhbərliyinə gəlməyə razılıq verdi. Ulu Öndərin aldığı müdrik qərarlar tezliklə respublikadakı hərc-mərcliyə son qoydu və ölkə vətəndaş qarşıdurmasından inkişafa istiqamətləndi.

Müstəqilliyimizin əldən getməsinə imkan verməyən Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri isə Onun ölkənin bütün vətəndaşlarını vahid amal uğrunda birləşdirməyə nail olması idi. Uzaqgörən siyasətçi Heydər Əliyev açıq şəkildə bəyan etdi ki, gənc, müstəqil dövlətimiz məhz azərbaycançılıq ideologiyası əsasında öz xoşbəxt gələcəyini quracaq, möhkəmlənəcək və inkişaf edəcək.

Son 17 ildə Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri milli dəyərlər və milli maraqlar üzərində formalaşıb

Son 17 ildə respublikamızda Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin əsas təməl prinsipi kimi qorunub saxlanılıb və daha da zənginləşdirilib. Məlum olduğu kimi, hazırda bütün dünyada qloballaşma meyilləri hədsiz dərəcədə güclənib və xalqların milli xüsusiyyətlərinin, mədəniyyətlərinin və dillərinin əriyib itməsi təhlükəsi yaranıb. Hazırkı şəraitdə qloballaşmanın, inteqrasiya meyillərinin artmasının meydana çıxartdığı əsas çağırışlardan biri məhz dünyanı yeknəsəkliyə aparan yolun qarşısını kəsməkdən, rəngarəngliyi, milli çalarları qoruyub daha da zənginləşdirməkdən və bu zənginlikdən ümumi mənafe naminə istifadə etməkdən ibarətdir. Bu mənada, Azərbaycan dövlətinin nümunəsi təqdirəlayiqdir. Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən, ilk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. 
Son 17 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Dövlət başçısı son 17 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Son illərdə ölkəmizdə muğam sənətinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi milli-mənəvi dəyərlərimizə verilən önəmin növbəti təzahürüdür. Respublikamızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti ifadəsidir. İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Son 17 ildə isə respublikamızda dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb.

Beləliklə, deyə bilərik ki, bu gün dövlətimizin təməl prinsipini təşkil edən azərbaycançılıq ideologiyası çoxçalarlıdır. Milli-mənəvi və dini dəyərlərimiz bu ideologiyanın mühüm tərkib hissələridir və onun həmişəyaşarlığını təmin edir.

Respublikamızda müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur

Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır.

Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Tarixdən gələn ənənələrə uyğun olaraq bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev qeyd etdiyi kimi, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tarixən belə mədəni-dini müxtəliflik Azərbaycanın gücünə güc qatıb. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, ənənələr bu gün də yaşayır. Obrazlı şəkildə ifadə etsək, deyə bilərik ki, azərbaycançılıq ideologiyası respublikamızda yaşayan bütün xalqların başı üstündə etibarlı çətir qismində çıxış edir. Ölkəmizdə azad, tamhüquqlu vətəndaşlar kimi yaşayan müxtəlif etnik-dini icmaların nümayəndələri öz mədəniyyətlərini yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin və mədəniyyətinin zənginləşməsinə də töhfələr verirlər.

Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3150  |  
  • Tarix:  09-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq
25 Yanvar 16:47
Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir
25 Yanvar 16:42
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
25 Yanvar 16:30
XİN: Rusiya Dövlət Duması üzvünün Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
25 Yanvar 15:57
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25 Yanvar 15:56
Baş prokuror: Ötən il 30 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib
25 Yanvar 15:48
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir
25 Yanvar 15:48
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb
25 Yanvar 15:20
Məhəmməd Cavad Zərif: İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
25 Yanvar 15:17
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
25 Yanvar 15:12
Eldar İbrahimov: Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir
25 Yanvar 15:05
AŞPA-nın qış sessiyası işə başlayıb
25 Yanvar 14:57
Təmraz Tağıyev: "Dostluq" yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
25 Yanvar 14:53
Günay Rəsulova: Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
25 Yanvar 14:41
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
25 Yanvar 14:40
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
25 Yanvar 14:34
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
25 Yanvar 14:22
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 14:20
Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb
25 Yanvar 14:16
Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır
25 Yanvar 14:13
Ötən il Azərbaycanda 35 mindən çox nikah qeydə alınıb
25 Yanvar 14:06
“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
25 Yanvar 13:12
Ermənistanın hərbi cinayətləri barədə 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 Yanvar 13:10
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
25 Yanvar 12:45
Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür
25 Yanvar 12:37
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
25 Yanvar 12:17
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək
25 Yanvar 12:10
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
25 Yanvar 12:03
Hava nəqliyyatı ilə sərnişindaşıma 78,6 faiz azalıb
25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi
25 Yanvar 11:32
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
25 Yanvar 11:30
Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib
25 Yanvar 11:23
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
25 Yanvar 11:21
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır
25 Yanvar 11:18
ABŞ Prezidenti Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib
25 Yanvar 10:40
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4