Son illərdə meteoroloji şəbəkənin avtomatlaşdırılmasına böyük ehtiyac yaranıb. Bu istiqamətdə müəyyən işlər aparılır. Ötən il iqlim dəyişmələrinin nəticəsi olaraq Azərbaycanda su qıtlığı müşahidə olunurdu. Dəqiq hidroloji müşahidələrin aparılmasına böyük ehtiyac yaranmışdı. Bu il dövlət investisiyaları çərçivəsində hidroloji məntəqələrin avtomatlaşdırılması məqsədilə 25 stansiya quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
U.Tağıyevanın sözlərinə görə, yanvarın sonunadək həmin stansiyaların məlumatları nazirliyin portalında yerləşdiriləcək. Bütün məlumatlar müvafiq təşkilatlara da çatdırılacaq. Bu da su probleminin həllində planlaşdırmanı düzgün aparmağa imkan yaradacaq.
- Oxunub: 1800 |
- Tarix: 08-01-2021 |
-
Çap et |