Ana səhifə »  Xəbər lenti »  Əli Hüseynli: Azərbaycanın mədəni irsinin inkişafı və təbliği milli maraqlar baxımından prioritet məsələdir
A+   Yenilə  A-
Əli Hüseynli: Azərbaycanın mədəni irsinin inkişafı və təbliği milli maraqlar baxımından prioritet məsələdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman söylədiyi nitqində Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü vəziyyəti və onun inkişafı ilə bağlı geniş və ətraflı söhbət açaraq bu istiqamətdə öz dəyərli tövsiyyələrini vermişdir.

O, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətini xalqımızın qürur mənbəyi kimi dəyərləndirmiş və 50 milyondan çox insanın ünsiyyət vasitəsi olduğu Azərbaycan dilinin bizi əsrlər boyu xalq kimi, millət kimi formalaşdıran əsas amillərdən biri olduğunu xatırladaraq ilk növbədə   onun saflığının qorunub saxlanmasının vacibliyinə xüsusi diqqət yönəltmişdir.

2021-ci ili “Nizami ili” elan etməsi, bu çərçivədə Nizami Gəncəvinin  880 illik yubileyinin təntənəli şəkildə Azərbaycanda və beynəlxalq miqyasda qeyd olunacağı ilə bağlı verdiyi  açıqlama “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik” söyləyən ölkə başçısının  Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı ortaya qoyduğu siyasi iradənin reallaşması deməkdir. Artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox geniş və çoxşaxəli fəaliyyəti ilə dünyanın ədəbi ictimaiyyətinin diqqət mərkəzindədir. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Artıq ənənəyə çevrilmiş Qlobal Bakı Forumu dünya miqyasında öz layiqli yerini tutmuşdur.

Azərbaycanın zəngin musiqi sənətinin nümunəsi və milli sərvətimiz olan muğam UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ölkənin müxtəlif bölgələrində - Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda muğam mərkəzi yaradılmışdır. Bu təşəbbüs  artıq işğaldan azad edilmiş torpaqlarda da reallaşacaqdır. Xüsusən, Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir.

İstedadlı xalqımızın yaratdığı qədim və təkrarolunmaz folklorunun dəyərli tərkib hissəsi olan aşıq sənəti haqlı olaraq sırf Azərbaycan mədəniyyətinin nümunəsi kimi qəbul olunur. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin arasında Azərbaycanın xüsusi yeri vardır, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizin göstəricisidir.

Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri dünya səviyyəsində məşhurdur və təsadüfi deyil ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Eyni zamanda son illər ərzində çoxlu sayda müasir memarlıq əsərləri yaradılmışdır. Bakı şəhərinin Avropanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində xüsusi yeri olan, digər tərəfdən isə ölkəmizin sürətli inkişafını əks etdirən Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Heydər məscidi və digər layihələr bir çox reytinqlərdə, bir çox hesabatlarda ən yüksək səviyyəli müasir memarlıq nümunələri kimi qeyd olunur.

Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnəkdir. Kimə məxsus olmasından asılı olmayaraq ölkə ərazisindəki bütün dini abidələr - rus-pravoslav, katolik, gürcü, erməni kilsələri, sinaqoqlar, dövlət tərəfindən etibarlı şəkildə qorunur. Bu, Azərbaycan xalqının və dövlətinin dinlərə, xalqlara, millətlərə və mədəniyyətlərə münasibətdə tolerant baxışlarının göstəricisidir. UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin, Bakıda səfərdə olan Roma Papası Fransiskin, digər dini liderlərin bu məsələ ilə bağlı bəyanatları söylənilənlərin bariz sübutudur.

Ölkəmizin ərazisində 743-cü ildə inşa edilmiş və dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ilə yanaşı həm də xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi yerləşir. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, Azərbaycanda yaşayan udilərin ixtiyarına verilmişdir. Baxmayaraq ki, ermənilər həm adını, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində görünüşünü dəyişməklə bu dini abidəni erməniləşdirməyə çalışmışlar, lakin buna nail ola bilməmişlər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmiş, digər dini ayinlərini keçirmişlər. Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş Qafqaz Albaniyasına aid olan Nic kilsəsinin müharibə zamanı açılması isə düşmənə bizə qarşı əsassız ittihamlar irəli sürən və işğal dövründə 60-dan çox məscidi dağıdaraq ümumilikdə islam dünyasına həqarət nümayiş etdirən düşmənə ən gözəl cavabdır.

Tanınmış tarixçi alim, professor Fəridə Məmmədova “Qafqaz Albaniyası” adlı əsərində Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, elmi və tarixi dəlillərlə bu abidələrin ermənilərlə heç bir əlaqəsinin olmadığını, Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirmişdir. Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Ona görə də bütün tarixi dönəmlərdə başqalarının əlifbasını, dini irsini, mədəniyyətini, mətbəxini, musiqisini oğurlayan, ona sığınacaq vermiş xalqların torpaqlarına göz dikərək onlara qarşı ərazi iddiaları ilə mövcudluqlarını gündəmdə saxlamağa çalışan və millətçilik mərəzinə tutulmuş saxtakar erməni alimlərinin və tarixçilərinin arzuları puç olmaqda davam edir.

Yeri gəlmişkən onu da qeyd etmək vacibdir ki,  Azərbaycan hökumətinin dəvəti əsasında yaxın günlərdə İCESCO-nun missiyası və müvafiq ekspert qrupu Qarabağ bölgəsində müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı missiya həyata keçirərək, bu vandalism aktları barədə dünya ictimaiyyətini məlumatlandıracaqlar.

Cənab İlham Əliyev dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının, autentik simasının bərpasını başlıca vəzifələrdən biri kimi önə çəkmiş, Azərbaycanın mədəniyyət incisi və qürur yerimiz sayılan Şuşa şəhərini  Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə onun əvvəlki şan-şöhrətinin özünə qaytarılması barədə niyyətini ifadə etmişdir. Şübhə yoxdur ki, bizimlə bərabər xarici qonaqlar da  tezliklə Şuşada ənənəvi Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının keçirilməsinə şahidlik edəcəklər, dahi Üzeyir Hacıbəylinin musiqisini onun öz dogma vətənində - Qarabağ diyarında dinləyəcəklər. Yeni Şuşa yolunun tikintisi və Füzuli ərazisində beynəlxalq aeroportun inşası barədə ən yüksək səviyyədə qəbul olunmuş qərar  məhz bu məqsədlərə xidmət edir.

Beləliklə, ölkə başçısı cənab İlham Əliyevin bu çıxışının məzmununa və ruhuna istinadən əminliklə söyləmək olar ki, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyəsi Qarabağ Zəfərinin məntiqi davamı kimi dövlətimizin əsas vəzifələri sırasına daxil olaraq prioritet fəaliyyət istiqamətlərindən biri olacaqdır.

Əli Hüseynli,

Milli Məclisin deputatı

 
  • Oxunub:  2700  |  
  • Tarix:  08-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
25 Yanvar 17:43
MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb
25 Yanvar 17:42
Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır
25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq
25 Yanvar 16:47
Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir
25 Yanvar 16:42
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
25 Yanvar 16:30
XİN: Rusiya Dövlət Duması üzvünün Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
25 Yanvar 15:57
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25 Yanvar 15:56
Baş prokuror: Ötən il 30 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib
25 Yanvar 15:48
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir
25 Yanvar 15:48
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb
25 Yanvar 15:20
Məhəmməd Cavad Zərif: İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
25 Yanvar 15:17
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
25 Yanvar 15:12
Eldar İbrahimov: Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir
25 Yanvar 15:05
AŞPA-nın qış sessiyası işə başlayıb
25 Yanvar 14:57
Təmraz Tağıyev: "Dostluq" yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
25 Yanvar 14:53
Günay Rəsulova: Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
25 Yanvar 14:41
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
25 Yanvar 14:40
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
25 Yanvar 14:34
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
25 Yanvar 14:22
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 14:20
Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb
25 Yanvar 14:16
Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır
25 Yanvar 14:13
Ötən il Azərbaycanda 35 mindən çox nikah qeydə alınıb
25 Yanvar 14:06
“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
25 Yanvar 13:12
Ermənistanın hərbi cinayətləri barədə 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 Yanvar 13:10
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
25 Yanvar 12:45
Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür
25 Yanvar 12:37
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
25 Yanvar 12:17
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək
25 Yanvar 12:10
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
25 Yanvar 12:03
Hava nəqliyyatı ilə sərnişindaşıma 78,6 faiz azalıb
25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi
25 Yanvar 11:32
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
25 Yanvar 11:30
Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib
25 Yanvar 11:23
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
25 Yanvar 11:21
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır
25 Yanvar 11:18
ABŞ Prezidenti Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4