Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) sentyabrın 27-dən yanvarın 7-dək 2287 siqnal (əməliyyat çağırışı) əsasında 1831 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonlarında, Gəncə, Şuşa və Mingəçevir şəhərlərində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, “Mingəçevir” İstilik Elektrik Stansiyasının ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.
Bu müddətdə 2631 ədəd partlamamış hərbi sursat, 4546 ədəd piyada əleyhinə mina, 1557 ədəd tank əleyhinə mina, 1915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1439 ədəd 9N235 bombacıqları, 24515 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5968 qram qara barıt, 275 kiloqram plastik partlayıcı maddə, 150 kiloqram ammonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 1968 ədəd partlamış raket hissələri aşkarlanıb.
- Oxunub: 1920 |
- Tarix: 08-01-2021 |
-
Çap et |