Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev qarşıdakı dövr üçün ölkəmizin müxtəlif sahələr üzrə inkişaf istiqamətlərini müəyyənləşdirdi
A+   Yenilə  A-
Prezident İlham Əliyev qarşıdakı dövr üçün ölkəmizin müxtəlif sahələr üzrə inkişaf istiqamətlərini müəyyənləşdirdi

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ötən ilə icmal xarakterli bir səyahət edilməklə yanaşı, həm də bundan sonrakı mərhələdə qarşıda duran prioritet məsələlər haqqında da geniş məlumat verildi, ölkəmizin müxtəlif sahələri üzrə inkişaf trayektoriyası müəyyənləşdirildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Hər şeydən öncə qeyd olunmalıdır ki, COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020-ci il son dərəcə ağır il kimi yadda qalsa da, Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən də daha az itkilərlə çıxmağa müvəffəq oldu. Belə ki, Azərbaycan iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalmışdır ki, bu da dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir. Daha öncəki illərdə ölkə başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi ki, qeyri-neft sənayemiz bu il 11 faizdən çox artmışdır. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində mümkün olmuşdur. Kənd təsərrüfatının 2 faizdən çox artırılması hədəf kimi müəyyənləşdirilmişdir ki, bu da azad edilmiş torpaqlarda payızlıq əkinin aparılması ilə mümkün olacaq. Həm koronavirusla mübarizəyə yönəldilən milyardlarla manat, həm müharibə xərcləri, həm də müavinətlər, sosial paket kimi digər xərclərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını qorumağa müvəffəq oldu. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artmışdır.

Digər mühüm, tarixi nailiyyət isə enerji sektorunda əldə edilmişdir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) də artıq tamamlanmışdır. Beləliklə, Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Təbii ki, bu məqam da ölkəmizə həm iqtisadi, həm siyasi dividendlər qazandıracaq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməlidir. Biznes iqlimi, investisiya iqlimi, bütün həyata keçirilən islahatların nəticəsi Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə olması ilə öz əksini tapır. Bundan əlavə, əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Eyni zamanda, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə ölkəmiz 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Bunlara isə asanlıqla nail olunmayıb. Baxmayaraq ki, torpaqlarımız işğal altında idi, köçkünlərimiz var idi, Azərbaycan bu uğurları əldə etməyə nail oldu. Bundan sonra isə böyük inkişaf proseslərinə start veriləcək, işlər daha da fəal, daha da məqsədyönlü xarakter alacaq ki, bu da öz növbəsində ölkəmizin inkişaf dinamikasını artıracaq. Təbii ki, bərpa işlərinə beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanılacaq. Bundan sonrakı mərhələlərdə köçkünlərin arasında sorğular keçirilib, onların öz dədə-baba torpaqlarına getmək fikirləri barədə niyyətləri öyrəniləcək ki, real vəziyyət bilinsin. Onların cavablarına müvafiq olaraq bərpa işləri də həyata keçiriləcək. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər isə şəhid ailələrinə veriləcək.

Müasir beynəlxalq hava limanının tikilməsi də əsas prioritetlərdən biri kimi müəyyənləşdirildi ki, bu da bölgənin turizm sektorunun, ümumilikdə Qarabağ bölgəsinin inkişafı baxımından olduqca mühüm addımdır. Eyni zamanda, ötən il ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmağa başlanmışdır ki, bu da aparılan kadr islahatları ilə birbaşa bağlıdır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, yerli icra orqanlarında kadr dəyişikliyinin müsbət nəticələri artıq görünür ki, bu amilin özü cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, dövlət təşkilatlarında xərclərə nəzarət mexanizmi gücləndiriləcək ki, bu məsələ də yersiz xərclərə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısının çıxışı zamanı bir məsələ olduqca mühüm əhəmiyyət kəsb edir ki, bu da işğaldan azad edilmiş şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlərin saxlanılması ilə bağlıdır. Burada memorial kompleksləri, qələbəmizi əks etdirən abidələrlə bərabər, işğal muzeylərinin yaradılmasıdır ki, Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunsun və beləliklə də həm xaricdən gələn qonaqlar bunu görsünlər, həm də gələcək nəsillərimiz unutmasınlar. Eyni zamanda, azad edilmiş torpaqlarda inkişaf etdirilməsi nəzərdə tutulan iqtisadi sahələrdən biri də dağ-mədən sahəsi olacaqdır ki, ölkəmizin malik olduğu təcrübəyə əsasən bu istiqamətdə də işlər aparılacaq.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ötən il ərzində ölkəmizin hərtərəfli inkişafı təfsilatı ilə dilə gətirildi, görüləcək işlər haqqında detallı məlumat verildi. Bu baxımdan da əminliklə deyə bilərik ki, bu gün müstəqil Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən özünün ən parlaq mərhələsini yaşayır. Bundan əlavə, ən mühüm amil ondan ibarətdir ki, bu gün ölkəmizdə güclü və sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev bu birlikdən daha da güc alaraq qarşıda duran əsas vəzifələri şərəflə yerinə yetirir, sözünün imzası qədər dəyərli olduğunu atdığı hər addımla, həyata keçirdiyi siyasətlə sübut edir”.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  07-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir
18 Yanvar 12:10
"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
18 Yanvar 11:58
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq
18 Yanvar 11:56
Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”
18 Yanvar 11:54
Oqtay Şirəliyev: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşısı "Sinovac" şirkətinin vaksinidir”
18 Yanvar 11:47
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18 Yanvar 11:44
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
18 Yanvar 11:42
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:11
Azərbaycanda vaksinasiya prosesi başlayıb
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA