İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, artıq işlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov danışıb.
“Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb”, - deyə İnam Kərimov qeyd edib.
- Oxunub: 1440 |
- Tarix: 07-01-2021 |
-
Çap et |