2021-ci ildə Həcc və Ümrə ziyarətinə gedəcək zəvvarlara səfərə çıxmazdan əvvəl öz ölkələrində COVID-19 vaksini vurdurmaq tövsiyə edilib. AZƏRTAC xəbər verir ki, bunu “Al Arabiya” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının Həcc və Ümrə üzrə naziri Məhəmməd Benten bildirib.
Səudiyyəli nazir əlavə edib ki, artıq krallıqda 100 min nəfərə yeni növ koronavirus əleyhinə vaksin vurulub və hökumət bütün vətəndaşların, habelə müvəqqəti yaşayan əcnəbilərin bu prosesə cəlb edilməsini təmin edəcək. O əlavə edib ki, bu il təşkil ediləcək ziyarətlər zamanı qoruyucu maskalardan istifadə edilməsinə də xüsusi diqqət yetiriləcək.
Yeni qaydalara görə, bu il zəvvarların yaş həddi də müəyyən edilib. Ziyarətə gələnlər 18-50 yaşarası olmalıdır. Məkkədəki Böyük Məsciddə hər gün dezinfeksiya işləri aparılması məqsədilə 54 min litr dezinfektant maddə sərf olunur.
- Oxunub: 1590 |
- Tarix: 07-01-2021 |
-
Çap et |