Ana səhifə »  Xəbər lenti »  “GALLUP International”: Azərbaycan dünyada iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdəndir
A+   Yenilə  A-
“GALLUP International”: Azərbaycan dünyada iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdəndir

Azərbaycan dünyada ən yüksək iqtisadi ümid indeksinə malik olan ölkələrdəndir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, nüfuzlu “GALLUP International” təşkilatı belə bir məlumat açıqlayıb. Təşkilat iqtisadi ümid indeksində Azərbaycanın mövqeyini 65 balla, ilk üçlükdə qiymətləndirib. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

İİTKM-in departament rəhbəri Ayaz Müseyibov bildirib ki, 1947-ci ildən fəaliyyət göstərən “GALLUP International” təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış ən nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Təşkilatın noyabr və dekabr aylarında apardığı sorğular ümumilikdə 41 ölkədə 39 min insanı əhatə edib. Qeyd edək ki, sorğunun nəticələrinə əsasən qlobal miqyasda planet sakinlərinin yalnız 25 faizi 2021-ci ildə iqtisadi inkişaf gözlədiyi halda, 46 faizi problemlər və çətinliklər gözləyirlər. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi 21 bala qədər enib. Yeni açıqlanan ümid indeksində diqqətçəkən bir məqam da Avropa ölkələrində gələcəklə bağlı iqtisadi gözləntilərin neqativə doğru yön alması, Böyük Britaniya, İtaliya kimi inkişaf etmiş ölkələrdə gələcəklə bağlı iqtisadi ümidin və gözləntilərin kəskin azalmasıdır. Bu isə həm də Brexit və pandemiyanın bu ölkələrdə siyasi və iqtisadi vəziyyəti daha da kəskinləşdirməsi ilə bağlıdır.

Qeyd edək ki, region ölkələrində də iqtisadi dirçəlişə olan ümid azalıb. Belə ki, təkcə qonşu Rusiya Federasiyasında sorğuda iştirak edən respondentlərin cəmi 6 faizi iqtisadi yüksəliş, 46 faizi isə problemlər gözləyir ki, bu da son 23 ildə bu ölkədə qeydə alınan ən mənfi göstəricilərdir.

İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Lakin indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab olunur. Bu baxımdan Azərbaycanın mövcud indeks üzrə postmüharibə dövründə yüksək nəticələr göstərməsi həm də Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən sonra Azərbaycan Prezidenti tərəfindən hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də göz önünə qoymuş olur.

Qeyd edək ki, Dünya Bankı da yeni ilin yanvar ayında açıqladığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanda 2021-ci il üzrə 1,9 faiz, 2022-ci ildə isə 4,5 faiz iqtisadi artım proqnozlaşdırır. 2021-ci ilin dövlət büdcəsində Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinin aparılması və infrastruktur investisiyaları üçün 2,2 milyard manat həcmində maliyyə təminatının yaradılması da ölkənin gələcək iqtisadi perspektivlərinə müsbət xidmət edəcək. Həmçinin neft qiymətlərinin sabitləşməsi, pandemiyanın çəkilməsi ilə birgə gözlənilən turizm bumu, biznes inam indeksinin artması iqtisadi inkişafı daha da artıracaq.

Beləliklə, həm iqtisadi göstəricilərlə bağlı proqnozlar, həm dövlət tərəfindən planlaşdırılan tədbirlər, eyni zamanda beynəlxalq təşkilatların ölkənin ümumi iqtisadi mənzərəsi ilə bağlı müsbət rəyləri Azərbaycanın qarşıdakı illərdə daha yüksək inkişaf templərinə nail olacağını göstərir. Qeyd edək ki, 2020-ci ildə Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan dünyanın on ən islahatçı ölkəsinin sırasında yer alıb. Yola saldığımız ildə Azərbaycanın digər reytinq siyahılarında da mövqeyi xeyli yaxşılaşıb. Azərbaycan bu il “Davamlı inkişaf hesabatı 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Cari ildə məşhur “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi 2020”də mövqeyimiz 16 pillə irəliləməklə 44-cü yerə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal İnnovasiyalar İndeksi 2020” reytinq siyahısında da öz mövqeyini 2 pillə yaxşılaşdırmaqla 82-ci, nüfuzlu Portulans İnstitutunun ”Şəbəkə Hazırlığı İndeksi 2020” reytinqində isə 4 pillə yaxşılaşdırmaqla 66-cı mövqeyədək irəliləyib. Eyni zamanda Azərbaycan cari ildə açıqlanan digər reytinq hesabatlarında da regional lider rolunu qoruyub saxlayıb. Örnək olaraq, "Global Firepower" təşkilatının “Potensial Hərbi Güc 2020” reytinq siyahısında Azərbaycan bu il 64-cü mövqedə, İqtisadiyyat və Sülh İnstitutunun (IEP Institute) hazırladığı “Qlobal Terrorizm İndeksi 2020” reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi 112-ci pillədə, Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam İnstitutununun bu il açıqladığı “Uşaq Hüquqları İndeksi 2020”-də 60-cı mövqedə, “Əmlak Hüquqları Alliansı”nın açıqladığı “Beynəlxalq Əmlak Hüquqları İndeksi 2020” reytinq siyahısında isə 67-ci mövqedə qərarlaşmaqla bir sıra region ölkələrini xeyli qabaqlamağa nail olub.

Göründüyü kimi, Azərbaycanın uzun illər ərzində formalaşdırdığı uğurlu geoiqtisadi çərçivə ölkənin bütün sferalarda lider ölkə olmasını təmin edib.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  07-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA