“Son 17 il Azərbaycanın inkişafında mühüm bir mərhələdir. 2003-cü ildən həyata keçirilən çoxvektorlu dövlət siyasəti ölkəmizin siyasi, iqtisadi və hərbi potensialının yüksəlməsində əsaslı rol oynadı. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz vətəndaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində bütün gərəkli addımları atır, torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz təmin olunub. Əldə olunan bütün nailiyyətlərimiz Prezident İlham Əliyevin yürütdüyü praqmatik, milli maraqlara söykənən siyasətin nəticələridir”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində əldə edilmiş qələbə bir daha dövlətimizin gücünü, qüdrətini və milli həmrəyliyimizi dünyaya nümayiş etdirdi.
“Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə güvənib, inanıb. Məhz Prezidentimizin qətiyyəti, siyasi zəkası, yüksək diplomatik və sərkərdəlik bacarığı bizləri öz doğma yurd-yuvalarımıza qovuşdurdu. 27 ildir ki, Vətən həsrəti çəkən Qubadlı camaatı bu gün öz Vətəninə gedəcəyi günü gözləyir. Biz hamılıqla bu günün gələcəyinə, onu bizə bəxş edəcək Prezident İlham Əliyevə inanırdıq. Dövlət başçımız hər zaman qaçqın və məcburi köçkünlərlə görüşlərində bildirirdi ki, o gün uzaqda deyil. Və artıq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi arzu deyil, reallıqdır. Bu gün bizlər inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcək illərdə daha yüksək inkişafa nail olacaq”, - deyə A.Haxverdiyev əlavə edib.
- Oxunub: 1740 |
- Tarix: 06-01-2021 |
-
Çap et |