Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan dərin siyasi və sosial-iqtisadi böhran dövrünü yaşayır

Ermənistan dərin siyasi və sosial-iqtisadi böhran dövrünü yaşayır

06.01.2021 [09:18]

44 günlük müharibə zamanı Azərbaycanın qarşısında acı məğlubiyyətə uğrayan işğalçı ölkədə daxili qarşıdurma pik həddə çatıb
Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə işğalçı Ermənistanın ciddi sosial-iqtisadi tənəzzülə, ağır mənəvi-psixoloji duruma düşməsinə səbəb olub. Eyni zamanda, dərin siyasi böhranın mövcud olduğu məğlub ölkədə daxili qarşıdurma pik həddə çatıb. Belə ki, Paşinyan hakimiyyətinin istefası tələbi ilə 17 müxalifət partiyası tərəfindən yaradılan “Vətənin xilası naminə hərəkat”ın elan etdiyi ümumrespublika tətilləri və digər kütləvi aksiyaların davam etməsi ölkədə xaos vəziyyətinin yaşanmasına gətirib çıxarıb.
Ermənistanın Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olduğu, mövcud hakimiyyətin ölkənin böhrandan çıxara bilməyəcəyi artıq işğalçı ölkədə ən yüksək səviyyələrdə etiraf edilir. Belə ki, bir müddət əvvəl baş naziri istefa verməyə çağıran Ermənistan prezidenti Armen Sarkisyan mediaya açıqlamaları və xalqa müraciətlərində məğlubiyyətin əsas səbəbkarı kimi indiki hökuməti göstərir. Onun sözlərinə görə, Ermənistan təkcə müharibədə məğlub olmayıb, həmçinin sosial-iqtisadi, demoqrafik sahədə də acınacaqlı duruma düşüb. Uzun illərdir yanlış demoqrafik siyasət aparıldığını qeyd edən Armen Sarkisyan bu müddət ərzində ölkənin məhv edilməsi prosesinin davam etdiyini vurğulayıb: “Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Ən dəhşətlisi mənəvi-psixoloji böhrandır. Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir”.
Ermənistanın diz çökdüyünü etiraf edən A.Sarkisyan hökumətin getməli olduğunu bir daha təkrarlayıb. Ölkə prezidenti Ermənistanın düşdüyü vəziyyətin səbəbi kimi ölkənin hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi təcavüzkar siyasət olduğunu da etiraf edib.
Bununla yanaşı, “News.am” yazır ki, prezident Armen Sarkisyan ölkə vətəndaşlarına ünvanladığı yeni il təbrikində də 2020-ci ilin Ermənistan üçün ən ağır il olduğunu vurğulayıb. Onun sözlərinə görə, müharibənin nəticəsi və mövcud vəziyyət müxtəlif sahələrdə hökumətin qeyri-peşəkarlığının və məsuliyyətsizliyinin nəticəsidir.
Qeyd edək ki, məğlub ölkədə sosial-iqtisadi tənəzzül mütəxəssislər tərəfindən etiraf edilir. Belə ki, keçmiş baş nazir, iqtisadçı Hrant Baqratyan təşkil etdiyi mətbuat konfransında 2021-ci ilin yazında Ermənistanda ərzaq böhranının baş verəcəyini deyib. Onun sözlərinə görə, bunun səbəblərindən biri Ermənistanın işğal etdiyi ərazilər hesabına malik olduğu kənd təsərrüfatı potensialının bir hissəsini itirməsidir. Sabiq baş nazir mərkəzi bankın rəhbərliyini də səriştəsizlikdə və düzgün maliyyə siyasəti apara bilməməkdə günahlandırıb.
“Panorma.am” isə yazır ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan hökuməti müharibə itkilərini gizlətməkdə günahlandırıb. M.Minasyan hər 10 iştirakçıdan birinin müharibədə öldüyünə diqqət çəkib: “İkinci Qarabağ müharibəsində Ermənistan tərəfdən təxminən 50.000 hərbçi, ehtiyatda olan və könüllü birbaşa hərbi əməliyyatlarda iştirak edib. 5000 iştirakçı isə ölüb”.
Beləliklə, 44 günlük müharibədən ağır məğlubiyyətlə çıxan işğalçı ölkədə bütün sahələrdə vəziyyətin acınacaqlı olması göz qabağındadır. Ən mühüm məqam isə işğalçı Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi olaraq ölkənin hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin olmasının ən yüksək səviyyələrdə etirafıdır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 273 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30