Ana səhifə »  Xəbər lenti »  Azərbaycanda tarif dəyişikliyi bir sıra daxili və xarici amillərlə şərtlənir
A+   Yenilə  A-
Azərbaycanda tarif dəyişikliyi bir sıra daxili və xarici amillərlə şərtlənir

Tarif tənzimlənməsindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının respublikamızda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə daha aşağıdır

Xəbər verildiyi kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif Şurasının iclasında SOCAR-ın təklifi əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Hazırda dünya üzrə yanacağın qiymətində yüksək artım dinamikası müşahidə edilir

Qeyd edək ki, son illərdə ölkədə aparılan məqsədyönlü siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan özünün milli iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaq, mümkün mənfi xarici təsirləri önləmək məqsədilə qlobal trendlərə və meydana çıxan yeni çağırışara adekvat tədbirlər həyata keçirir. Tarif Şurasının qərarı ilə Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin artırılması da qlobal trendlərlə birbaşa bağlıdır.

Məlum olduğu kimi, son vaxtlarda birjalarda bir sıra obyektiv amillər, həmçinin bəzi hallarda subyektiv müdaxilələr üzündən neft və neft məhsullarının qiymətlərində enmələr və qalxmalar müşahidə edilir. Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzinin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsirsiz ötüşmür. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci ilin dekabr ayının sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Qiymətlərin enib-qalxmasını ayrı-ayrı ölkələrin timsalında da müşahidə etmək mümkündür. Müqayisə üçün bildirək ki, Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə (1,66 manat) civarındadlr. Qardaş ölkədə cəmi bir neçə ay ərzində benzinin qiymətində 32%-lik artım baş verib. Qonşu Gürcüstanda ötən ilin martında 2,2 lariyə olan benzin dekabr ayında artıq 2,4 lariyə (1,25 manat) satılırdı. Ukraynada 2020-ci ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 markalı benzininin qiyməti 7% artıb.

Bu tendensiya ötən ilin sonlarından etibarən artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur.  Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağın qiymətində artım 2021-ci ildə də davam edəcək.

Bu məqamda ayrı-ayrı ölkələrdə benzinin və dizel yanacağının müqayisəli qiymətlərini təqdim etmək yerinə düşərdi. Beləliklə, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti isə Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat,  Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Avropa ölkələrində isə yanacağın qiyməti daha yüksəkdir. Onu da vurğulayaq ki, Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Tarif tənzimlənməsində yanacağın keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması kimi mühüm amillər əsas götürülüb

Yuxarıda qeyd olunan qlobal trendlərlə yanaşı, bir sıra daxili amillər də ölkədə Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artmasını şərtləndirir. Son illərdə Azərbaycana avtomobil idxalının artması benzinə və dizelə tələbatı yüksəldib. Məlumat üçün bildirək ki, respublikamıza 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.

Ölkədə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin artırılmasını şərtləndirən digər amillər də var. Bu sırada bəhs olunan məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi kimi amilləri sadalamaq mümkündür. Verilən məlumatlara görə, respublikamızda 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Xatırladaq ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.

Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün zəruri nəzarət tədbirləri həyata keçiriləcək

Mütəxəssislər qeyd olunan seqmentlər üzrə tarif dəyişikliyinin istehlak bazarına mənfi təsirlərinin az olacağını düşünürlər. Bildirilir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan onun qiymətinin müəyyən qədər artması istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsait büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da yönəldilə bilər.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün isə onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Bundan başqa, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Eyni zamanda, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Bundan başqa, alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Paralel şəkildə, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir

Şübhəsiz ki, əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir. Ekspertlərin də qeyd etdikləri kimi, indiki tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi təsir göstərməyəcək.

Ümumiyyətlə, ölkəmizdə əhalinin sosial müdafiəsi daim diqqətdə saxlanılır və bu istiqamətdə tədbirlər davamlı xarakter daşıyır. 2019-cu ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iki mərhələdə böyük sosial paket reallaşdırıldı. Ötən ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Sosial islahatların maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Bəhs olunan sosial islahatlar çərçivəsində 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb.

Azərbaycan özünün nümunəvi sosial siyasətinə həmçinin bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə də sadiq qalıb. Belə ki, ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. 2020-ci ilin dekabrında yeni sosial dəstək paket təsdiqlənib. Bəhs olunan sosial paketə uyğun olaraq şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə verilən aylıq müavinətlər, eləcə də “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü, əlillik dərəcəsinə görə nəzərdə tutulan müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa, postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2880  |  
  • Tarix:  05-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:21
“Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan olacaq
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”
27 Yanvar 09:11
YAP Suraxanı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər
27 Yanvar 09:10
Rəşid Şabanov: Prezident İlham Əliyev Şuşaya qalib Ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi
27 Yanvar 09:06
Sabir Rüstəmxanlı: Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair razılaşma son dərəcə önəmlidir
27 Yanvar 09:03
Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir
27 Yanvar 09:01
Rufiz Qonaqov: Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər

27 Yanvar 08:59
Radikalların növbəti şousu, yaxud Əli Kərimli yenə də anti-Azərbaycan dairələrdən mədət umur

27 Yanvar 08:58
Ermənistanın bütün dövlət qurumlarında xaos hökm sürür
27 Yanvar 08:56
“Hüquq guşəsi: oxucu soruşur”
27 Yanvar 08:55
Koronavirusdan sağalan xəstələrin iybilmə və dadbilmə hissi nə zaman bərpa olunur?
27 Yanvar 08:53
Xaricdə yaşayan soydaşlarımız ana Vətənə yüksək bağlılıq nümayiş etdirirlər
26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5