Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı yaradır.
Prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçmək lazımdır. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçərək lazım olan məlumatlar sistemə daxil edilir. Beləliklə, istənilən vaxt və daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə etmək mümkündür.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385 min 880 müraciət qeydə alınıb.
Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.
“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumatı videoçarxından əldə etmək olar.
- Oxunub: 1740 |
- Tarix: 05-01-2021 |
-
Çap et |