Rusiya Fövqəladə Hallar Nazirliyi heyətinin bir qrupunun səfərinin məqsədi üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsidir. Qrup 20 nəfərdən ibarətdir. Bunlar pirotexniklər, istehkamçılar, kinoloqlar, şəxsi heyətin təlimi və hazırlanması üzrə təlimatçılardır. Ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması üçün bölmənin təchizatında bütün zəruri texnika, avadanlıq və ləvazimat var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Gəncədə jurnalistlərə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin deyib.
“Minalanmış sahələrin hüdudları işarələnib, müşavirə keçirib təmizlənəcək ərazilərə dair qərar verəcəyik. Qarşıya qoyulan tapşırıqları həll edəcəyimizi düşünürəm”, - deyə o əlavə edib.
- Oxunub: 2310 |
- Tarix: 04-01-2021 |
-
Çap et |