Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim, xoş, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Havanın temperaturu Aran rayonlarında gecə 1° şaxtadan 3°-dək isti, gündüz 10°-yə yaxın isti olacaq. Dağlıq rayonlarda 5-7° şaxta, gündüz isə 3-8° isti gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu barədə də məlumat verən U.Tağıyeva deyib: "Yanvarın 3-ü və yanvarın 4-nə keçən gecə yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, sürəti 7-12, arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu səhər saatlarında 5°-yə yaxın, gündüz isə 9-10° olacaq.
Yuxarı Qarabağda: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Gündüz arabir 15 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 5-6° şaxta, gündüz isə 8°-yə yaxın isti təşkil edəcək”.
- Oxunub: 2130 |
- Tarix: 03-01-2021 |
-
Çap et |