Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağda cənnət yaratmaqla həm də regionda əməkdaşlıq platformasının miqyasını genişləndirməyə nail olacağıq

Qarabağda cənnət yaratmaqla həm də regionda əməkdaşlıq platformasının miqyasını genişləndirməyə nail olacağıq

01.01.2021 [13:14]

“Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətində səsləndirdiyi bu fikir bir daha təsdiqləyir ki, ərazi bütövlüyümüzün təmini məsələsi hər zaman dövlət siyasətinin mərkəzində olub. İstər daxili, istər xarici siyasətimizdə bizim üçün prioritet tarixi ərazilərimizin işğaldan azad edilməsi olub. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində biz hər gün bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırdıq və bu Qələbə anı gəldi. Nəhayət, 44 günlük Vətən müharibəsi bizim gücümüzü göstərdi. Cənab Prezidentin də söylədiyi kimi, bu müharibə həm də bizim əyilməz iradəmizi, birliyimizi göstərdi. Bu, həm birlikdir, həm gücdür. Ümumiyyətlə, Azərbaycan xalqı və dövləti dövlətçilik və milli maraqların müdafiəsi yönündə hər zaman bir olmağı, güc olmağı bacarıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

K.Nurullayeva deyib ki, xarici siyasətdə də Azərbaycanın mövqeyi hər zaman konstruktiv, prinsipial və aydın olub. Ən vacib məqam odur ki, biz ərazi bütövlüyümüzün bərpası istiqamətində bütün addımlarımızı konseptual şəkildə həyata keçirdik. Dövlət başçısının da söylədiyi kimi, Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişik. Prezident İlham Əliyev hər zaman açıq şəkildə deyirdi ki, işğalçını təcrid edəcəyik, etdik. Neft, qaz kəmərləri, nəqliyyat yolları, telekommunikasiya xətləri, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi.

Bununla yanaşı, münaqişənin hərbi yolla həllini məqsədli şəkildə istisna edən qüvvələrin status-kvonu saxlamaq cəhdləri fiaskoya uğradı. Heç kim Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilmədi. Prezident İlham Əliyev hər kəsə sübut etdi ki, nəyi, nə zaman və necə etməyi məhz o, bilir.

Deputat qeyd edib ki, biz, həmçinin ən başlıca vəzifələrdən birinə - Ermənistanın beynəlxalq arenada ifşasına, onun işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmağa nail olduq. Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. Biz bu illər ərzində haqlı mövqeyimizi dəstəkləyən hüquqi baza formalaşdırmağa nail olduq.

Azərbaycan Prezidentinin müraciətində toxunduğu əsas məqamlardan biri də ənənəvi müttəfiqlər stereotipinin qırılması ilə bağlıdır. Dövlət başçısı da vurğuladı ki, əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu stereotipi darmadağın etdik.

“Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla ikitərəfli, üçtərəfli formatda əməkdaşlığımız var. Bu konstruktiv əməkdaşlıq mühiti məhz Azərbaycanın iradəsi sayəsində formalaşıb. Qarşıda regionun daha da inkişafına səbəb olacaq hədəflər var. Azərbaycan Prezident İlham Əliyevin təbirincə desək, Qarabağda cənnət yaratmaqla, həm də regionda əməkdaşlıq platformasının miqyasını genişləndirməyə nail olacaq”, - deyə Könül Nurullayeva qeyd edib.

Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30