Ana səhifə »  Xəbər lenti »  Həkim-infeksionist: Vaksinasiya COVID-19-dan qurtuluş yoludur
A+   Yenilə  A-
Həkim-infeksionist: Vaksinasiya COVID-19-dan qurtuluş yoludur

Vaksinasiya COVID-19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil – çiçək, difteriya və s.

Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir: “İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərəçarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.

Araşdırmalarda koronavirusu- SARS-CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə 6 ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox yüksək deyil”.

Həkim-infeksionist bildirib ki, vaksinlərin qoruyuculuğu onun növündən, xəstənin yaşından, yanaşı xəstəliklərin olub-olmamasından, immun statusundan asılı ola bilər. Çünki eyni peyvənd hər kəsdə eyni cavab əmələ gətirmir: “Bunu xəstəliyi təbii yolla keçirənlərdə də görə bilirik. Ya onların bir qismində antitel yaranmır, bəzilərində çox az, digərlərində çox yüksək antitel miqdarı qeydə alınır. Bu, şəxsin immun sisteminin cavabvermə qabiliyyətinə bağlıdır. İnaktiv şəkildə də olsa, güclü immun cavab formalaşmasa belə, təmas yaddaş hüceyrələrinin aktivləşməsinə və qoruyuculuğun təmin olunmasına kömək edir.

Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsəl üçün, Çinin istehsal etdiyi "Sinovac" inaktiv bir peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90-95 faiz, hətta ondan çox effektivlik təqdim edilir.

Peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair qayda-qayda yoxdur. Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, yerli iltihabi cavab yarana bildiyini nəzərə alaraq peyvənd olunan yeri qıcıqlandırmamaq üçün təhrikedici maddələrlə - spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Təmas məsələsi heç bir peyvənddə tətbiq olunmur. Xüsusilə, cansız və ya reproduktiv RNT üzərindən təsir göstərən vaksinlə peyvənd olunanların digərləri ilə təmasında heç bir problem yoxdur. Peyvəndləmədən öncə hər kəs hazırda COVID keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir. Çünki təbii immunitetin əmələ gəlmə ehtimalı prosesi daha da dərinləşdirə bilər. Xəstəliyi keçirmiş şəxslərin immuniteti varsa, antitel yaranıbsa, onların da peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəliyi uzun müddət öncə keçirib hazırda heç bir antiteli olmayanlarda peyvənd tətbiq edilə bilər, bunun zərəri olmaz. Canlı peyvəndlər zamanı bəzi immunsupressiv xəstələrlə, immun sistemi zəifləyən xəstələrlə təmas qadağan oluna bilər.

Bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər".

 
  • Oxunub:  2670  |  
  • Tarix:  01-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5