Ana səhifə »  Xəbər lenti »  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bu il ərzində gördüyü işlərə dair açıqlama yayıb
A+   Yenilə  A-
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bu il ərzində gördüyü işlərə dair açıqlama yayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2020-ci ildə dünyada və xüsusilə ölkənin xarici siyasətində baş verən proseslərlə bağlı öz fəaliyyət istiqamətinə uyğun aktiv işini davam etdirib. Bu il dünyada hökm sürən COVID-19 pandemiyası, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, iki ölkə sərhədində iyulun 12-də Ermənistanın törətdiyi təxribat və ardınca sentyabrın 27-də başlayan 44 günlük müharibə nəticəsində tarixi Qələbə baxımından əlamətdar il olub. Sadalanan bu hadisələr, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, pandemiya dövründə iqtisadi məsələlər və beynəlxalq münasibətlər, Azərbaycanın iştirak etdiyi nəqliyyat və enerji layihələri Mərkəzin icra etdiyi müxtəlif fəaliyyətlərdə əsas mövzular təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMTM-in mətbuat xidmətinin mərkəzin 2020-ci il üzrə fəaliyyəti ilə bağlı yaydığı açıqlamada bildirilir.

Açıqlamada deyilir ki, BMTM planlaşdırıldığı kimi, bu il də fəaliyyətini xarici tərəfdaşlarla əlaqələr, beynəlxalq münasibətlərin inkişafı, yerli və xarici media ilə əlaqələr, xarici elmi nəşr və media portallarında məqalələrin dərc olunması, ölkənin siyasi həyatında baş vermiş və digər aktual proseslərə dair tədbir və vebinarların təşkili, regionda və dünyada baş vermiş hadisələrlə bağlı arayış və təhlillərin hazırlanması və nəşrlərin işıq üzü görməsi istiqamətində təşkil edib.

Beynəlxalq əməkdaşlıq baxımından bu müddət ərzində BMTM ABŞ-ın Yaxın Şərq ölkələri üzrə İnstitutu, İtaliyanın Avropa-Körfəz ölkələri üzrə Məlumat Mərkəzi, Argentinanın Müasir Yaxın Şərq Araşdırmaları Mərkəzi və Beynəlxalq Münasibətlər üzrə Şurası, Çinin 3 aparıcı beyin mərkəzi və Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutu ilə olmaqla 8 anlaşma memorandumu imzalayıb.

2020-ci ilin əvvəlindən etibarən BMTM-in əməkdaşları və eləcə də mərkəzin sifarişi və akademik dəstəyi ilə 9 çap məhsulu ingilis, fransız, rus və Azərbaycan dillərində nəşr edilib. Bu siyahıya tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” adlı monoqrafiya, britaniyalı məşhur hüquqşünaslar Malkolm Şou və Naomi Hartın müəllifi olduğu ingilis dilində “Azərbaycanın işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti”, BMTM-in təklifi əsasında Fransada COJEP təşkilatının fransız dilində hazırladığı “Fransadakı erməni diaspor və lobbi təşkilatları və onların Ermənistan və Dağlıq Qarabağa yardımları”, Mərkəz əməkdaşlarının, o cümlədən bəzilərini xarici tərəfdaşlarla hazırladığı ingilis dilində “Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: münaqişənin ətraf mühitə təsiri”, ingilis dilində “Azərbaycan orta miqyaslı bir gücdürmü?”, ingilis və rus dillərində “Muzdlu və xarici döyüşçülərin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməsi” adlı hesabat və məruzələr, Hatəm Cabbarlının müəllifi olduğu “Erməni dili dərsliyi” daxildir.

Bu il, həmçinin BMTM-in xarici və təhlükəsizlik siyasəti üzrə elmi nəşri olan “Caucasus Strategic Perspectives (CSP)” jurnalı fəaliyyətə başlayıb və ilk sayı nəşr edilib. BMTM-in xüsusi nəşri olan və “Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri” adlanan aylıq bülletenlər ingilis dilində hazırlanaraq, BMTM-in xarici və yerli tərəfdaşlarına elektron formatda göndərilib. 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında isə bülletenlərin müvafiq nömrələri nəşr edilib.

Bu il ərzində BMTM tərəfindən 14 tədbir və vebinar keçirilib. İlin əvvəlində Mərkəz “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı beynəlxalq konfrans təşkil edib. Daha sonra il ərzində ikitərəfli münasibətlər baxımından “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri”, “Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi”, ABŞ-ın Xəzər Siyasi Mərkəzi ilə birgə ABŞ-Azərbaycan münasibətlərinə və Ermənistan-Azərbaycan münasibətlərinə dair 2 vebinar, “Post-pandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişafı”, Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər”, həmçinin COVID-19 böhranı zamanı əlaqələr, enerji və nəqliyyat məsələləri, Qoşulmama Hərəkatına dair bir sıra vebinarlar təşkil olunub. Dünyadan bir sıra aparıcı ekspertləri və rəsmi şəxslər, o cümlədən OPEC-in baş katibi Mohammad Sanusi Barkindo aidiyyəti üzrə vebinarlarda iştirak edib.

BMTM davamlı olaraq könüllü və təcrübəçilərin qəbulunu davam etdirir və növbəti ildə də pandemiyanın yaratdığı şəraitdən asılı olaraq bu istiqamətdə işlər davam etdiriləcək. Həmçinin 2020-ci ildə növbəti erməni dili kursları təşkil olunub və hazırda kurslar onlayn platformalar üzərindən həyata keçirilir.

2020-ci ilin yanvar-dekabr aylarında BMTM əməkdaşlarının “The National Interest”, “Jamestown Foundation”, “Euractiv”, “The London Post”, “New Eastern Europe”, “Geopolitical Monitor”, "Nezavisimaya Gazeta", “Vesti Kavkaza”, “Yeni Şafak”, “Anadolu Agentliyi” kimi nüfuzlu nəşrlər daxil olmaqla Türkiyə, ABŞ, Kanada, Latın Amerikası, Avropa, Rusiyanın 30-dan çox media portalı və elmi saytlarında 160-a yaxın məqaləsi dərc olunub. Məqalələrdə xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə, o cümlədən 12 iyul təxribatına və 27 sentyabrdan başlayaraq 44 günlük müharibə, Azərbaycanın əldə etdiyi qələbə və müharibə sonrası proseslərə diqqət ayrılıb. Həmçinin məqalələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə, energetika, nəqliyyat layihələrinə yer verilib. Azərbaycanın haqq işini dünyaya çatdırmaq və erməni diasporunun apardığı anti-Azərbaycan kampaniyasına adekvat cavab vermək məqsədi ilə BMTM əməkdaşları BBC, “Deutsche Welle”, “TRT World”, “Al Arabia”, “Aljazeera”, “Rustavi”, “A Haber”(“Anews”), “CNN Türk”, ATR TV, “Anadolu Agentliyi”, “Perviy kanal”, TASS, digər nüfuzlu beynəlxalq media orqanlarına 50-yə yaxın çox müsahibələr verib.

Eyni zamanda, müsahibələr Azərbaycanın efir məkanında elektron və çap mediasında da davam edib. Mərkəz əməkdaşlarının bu müddət ərzində 500-ə yaxın yazılı və video müsahibələri, verilişlərdə iştirakı baş tutub.

BMTM 2020-ci ildə sosial şəbəkələrdə də fəaliyyətini aktiv şəkildə davam etdirib. Həmçinin bütün sadalanan məlumatlar mərkəzin aircenter.az saytında yerləşdirilib.

Mərkəz eyni şəkildə 2021-ci ildə də işini aktiv şəkildə davam etdirmək niyyətindədir. 44 günlük müharibə sonrası regionda baş verən proseslərin, COVID-19 pandemiyasının və onun təsirlərinin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin, qlobal nəqliyyat və energetika layihələri ilə bağlı işlərin davam edəcəyini nəzərə alaraq mərkəz növbəti il üçün fəaliyyət planında bu mövzularla bağlı işlərə xüsusi yer ayıracaq. Həmçinin mərkəz digər aktual məsələlər, ikitərəfli əlaqələrin qurulması və dərinləşdirilməsi istiqamətində işləri davam etdirəcək.

 

 
  • Oxunub:  2460  |  
  • Tarix:  30-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır
26 Yanvar 08:56
Ölkəmizdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir
25 Yanvar 22:40
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib
25 Yanvar 21:45
Səməd Seyidov: AŞPA-dakı bəzi qrupların gərginliyi səngiməyib, onlar vəziyyəti qızışdırmağa çalışırlar
25 Yanvar 20:49
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
25 Yanvar 20:43
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 20:37
Səməd Seyidov: Ermənilərin AŞPA-da Azərbaycanla bağlı əsassız iddiaları tamamilə iflasa uğradı
25 Yanvar 20:34
Ölkəmizdə əlillərə, şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilir
25 Yanvar 20:29
Rafael Hüseynov: Ermənistan nümayəndə heyətinin üzvləri təxribatçı çıxışlarına son qoymalıdırlar
25 Yanvar 20:24
Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib
25 Yanvar 20:20
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 19:48
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 19:45
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
25 Yanvar 19:45
Azərbaycanda koronavirusdan 273 nəfər sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 18:23
Hande Harmancı: "İlkin səhiyyə xidməti nəticəsində ildə 24 min insanın həyatını xilas etmək mümkündür"
25 Yanvar 18:17
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
25 Yanvar 18:13
Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb
25 Yanvar 18:11
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsinin ilk görüşü olub
25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
25 Yanvar 17:43
MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb
25 Yanvar 17:42
Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır
25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5