Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qabil Hüseynli: Ermənistan bir dövlət olaraq məhv olmaq istəmirsə, Azərbaycan dövlətinin şərtlərini yerinə yetirməli və regional təhlükəsizliyə təhdid yaratmamalıdır

Qabil Hüseynli: Ermənistan bir dövlət olaraq məhv olmaq istəmirsə, Azərbaycan dövlətinin şərtlərini yerinə yetirməli və regional təhlükəsizliyə təhdid yaratmamalıdır

29.12.2020 [09:26]

“Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bir çox reallıqları da ortaya çıxardı. Ermənistanın illərdir ki, öz ordusu, güclü dövləti haqqında danışdığı yalanlar, yaratmağa çalışdığı mif darmadağın oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bundan sonra Azərbaycan regionun iqtisadi inkişafında daha fərqli rol oynayacaq. “Daha doğrusu, əldə etdiyimiz qələbə regionda yeni iqtisadi əməkdaşlıq platformaları yaradacaq ki, burada da Azərbaycanın iştirakı mütləq şərt kimi çıxış edəcək. Sözsüz ki, Cənubi Qafqaz regionu bundan sonrakı dövrdə daha təhlükəsiz və əməkdaşlıq üçün daha münbit bir region olaraq dünyanın diqqət mərkəzində olacaq. Dünyanın bir sıra aparıcı dövlətləri, şirkətləri Cənubi Qafqaz regionuna sərmayə qoymağa çalışacaq ki, bunun ilkin işartıları artıq özünü göstərməkdədir. Ermənistan isə bir dövlət olaraq məhv olmaq istəmirsə, regional inkişafdan pay almaq niyyətindədirsə, özünün bütün əsassız iddialarını kənara qoymalı, Azərbaycan dövlətinin şərtlərini yerinə yetirməli və regional təhlükəsizliyə təhdid yaratmamalıdır. Əks halda, onları hazırkı durumdan daha ağır bir vəziyyət gözləyəcək”, - deyə Q.Hüseynli əlavə edib.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30