Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” 2206 nömrəli 11 sentyabr 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində bu ilin 28-30 dekabr tarixlərində Xarici İşlər Nazirliyində Əhmədiyyə Cəbrayılovun fotosərgisi təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AƏRTAC-a bildiriblər ki, sərgidə Əhmədiyyə Cəbrayılovun ulu öndər Heydər Əliyev, Fransa Prezidenti Şarl de Qoll, Fransa Kommunist Partiyasının (FKP) baş katibi Jak Duklo, habelə SSRİ tərəfindən təltif edilmiş orden və medallara, onun həyatı və döyüş yoluna, eləcə də Birinci Qarabağ müharibəsində şəhid olmuş oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mikayıl Cəbrayılova dair şəkillər yer alıb.
Həmçinin Sərəncam çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən “Əhmədiyyə Cəbrayılov” adlı sənədlər toplusu nəşr edilib. Qarşıdan gələn aylarda nəşrin təqdimatı keçiriləcək.
- Oxunub: 2130 |
- Tarix: 28-12-2020 |
-
Çap et |