İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov cari il üzrə əldə olunan mühüm elmi nailiyyətlərdən danışıb. O qeyd edib ki, e-dövlət xidmətlərinin qiymətləndirilməsi üçün bir sıra metodlar işlənilib. Tədqiqat işi vətəndaş məmnuniyyəti əsasında e-xidmətlərin çoxmeyarlı qiymətləndirilməsi məsələsinə həsr olunub. Bu məqsədlə vətəndaş məmnuniyyətinə təsir edən amillərin müəyyənləşdirilməsi üçün mövcud təcrübə araşdırılıb. Vətəndaş məmnuniyyəti e-dövlətin tətbiqi, səmərəliliyinin qiymətləndirilməsi üçün ən əhəmiyyətli faktorlardan biri kimi qəbul edilir.
Tədqiqat işinin nəticəsi kimi 3 məqalə “Web of Science” elmi bazasına daxil olan nüfuzlu jurnallarda dərc edilib.
- Oxunub: 2280 |
- Tarix: 28-12-2020 |
-
Çap et |