Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan diasporunun üzvləri ukraynalı deputatlarla onlayn formatda görüşüblər

Azərbaycan diasporunun üzvləri ukraynalı deputatlarla onlayn formatda görüşüblər

28.12.2020 [13:53]

Ukrayna Azərbaycanlıları Radasında (UAR) Ukraynanın bir qrup millət vəkili ilə görüş keçirilib.

Diaspora İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə millət vəkilləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun UAR ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildiriblər.

Görüşə canlı bağlanan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov toplantı iştirakçılarını Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu əlaqələrin növbəti illərdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Komitə sədri Ukraynanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib, qarşılıqlı siyasi-iqtisadi münasibətlərin formaslaşmasında dövlət başçılarının atdığı addımlardan danışıb.

UAR rəhbərliyi Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə diaspor adından millət vəkillərinə təşəkkür edib.

Sonra çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına görə parlament üzvlərinə təşəkkürlərini bildirib, ölkələrimiz arasında parlament diplomatiyasının əhəmiyyətini qeyd ediblər.

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Valeriy Kolyux, işçi qrupun sədr müavini Lyudmila Marçenko, Ukrayna Ali Radasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Aleksandr Aleksandroviç Mereşko, millət vəkili Marian Zabloçkiy, parlamentlərarası işçi qrupun katibi İvan Slabodyanik Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini məmnunluqla qeyd edib, iki qardaş dövlətin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsinin vacibliyini bildiriblər.

Tədbirdə Ukraynadakı Azərbaycan diasporunun pandemiya dövründəki fəaliyyəti xüsusi qeyd edilib və gələcəkdə diasporla əlaqələrin inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda Ukraynada yaşayan azərbaycanlı rəssamların ölkəmizə dair əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30