Ana səhifə »  Xəbər lenti »  “Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib
A+   Yenilə  A-
“Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib

Rusiyanın geniş oxucu auditoriyasına malik olan nüfuzlu “Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllifləri Yevgeni Krutikov və Vladislav Listovski olan materialda Dağlıq Qarabağda 44 günlük silahlı münaqişənin erməni tərəfinin tam məğlubiyyəti və Nikol Paşinyanın faktiki kapitulyasiyası ilə başa çatmasından bəhs olunur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Döyüş əməliyyatlarının yekununa və imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan belə adlandırılan “təhlükəsizlik kəməri” (erməni qoşunları tərəfindən işğal edilən Azərbaycanın yeddi rayonu) və Dağlıq Qarabağ üzərində nəzarəti itirib. Hərbi uğursuzluqlar nəticəsində Ermənistanda kəskin siyasi böhran yaranıb.

Erməni tərəfinin məğlub olmasının səbəblərini təhlil edən müəlliflər yazır ki, qondarma “DQR”də və Ermənistanın özündə ermənilər psixoloji səviyyədə 1994-cü ilin qələbəsi barədə xatirələrə arxayın idilər. 2020-ci il üçün olan vəziyyətə görə Azərbaycan Ordusunun həm sayca, həm də keyfiyyətcə aşkar üstünlüyünə baxmayaraq, Xankəndidə və Yerevanda “biz o vaxt qələbə qazandıq, indi də Bakıyadək gedib çıxacağıq” kimi xülyalarla yaşayırdılar.

Məqalədə qeyd olunur ki, indiki müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq beşinci günündə Yerevanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Özü də bütün səhvlərin bir hissəsi təkcə Paşinyan hakimiyyəti dövrünə deyil, həm də onun sələfləri – Robert Koçaryan və Serj Sarkisyan dövrünə də aid edilir. Lakin etiraf etmək lazımdır ki, məhz Nikol Paşinyan Azərbaycanı həmişə təhrik edərək, müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi.

Məqalədə vurğulanır ki, qondarma “DQR”in hava hücumuna qarşı müdafiə sistemi İsrail və Türkiyə istehsalı olan yüzlərə dronun qarşısında effektli müqavimət göstərə bilmədi. Erməni ordusu qarşı tərəfin zərbə pilotsuz uçuş aparatlarının və hava patrulu xidməti üçün silah-sursatın təsirindən quruda ağır itkilərə məruz qaldı. Həm də azərbaycanlılar ermənilərin hava hücumuna qarşı müdafiə sistemi mövqelərinə raket və uzaqvuran artilleriya silahlarından məqsədyönlü şəkildə zərbələr endirirdilər.

Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu səhra zonasında uğurla irəliləyəndən sonra ümumi potensialını qoruyub saxlamışdı. Bakıda güman edirdilər ki, ermənilərin ehtiyatları tükənib, onların səfərbərlik planı pozulub. Bununla belə, düşmənin silah-sursat anbarlarını uğurla məhv edən artilleriya resursu düzgün şəkildə istifadə olunurdu. Bu, erməni tərəfinin ehtiyatının azalması və onların müdafiə potensialının böhran dərəcəsində zəifləməsi ilə nəticələndi.

Müəlliflər yazırlar: “Yerevan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında bir neçə raket zərbəsi endirildi. “Toçka-U” və “Elbrus” operativ-taktiki raket komplekslərindən istifadə olunmaqla endirilən raket hücumlarına, əsasən, Gəncə (Azərbaycanın ikinci böyük şəhəri) və Mingəçevir məruz qaldı. Bu, Azərbaycanı analoji hərbi cavaba təhrik etmək, sonra isə “təcavüz qurbanı” qismində kömək üçün Rusiya və KTMT-yə müraciət etmək məqsədi daşıyırdı. Lakin bu taktika Ermənistana uğur gətirmədi, Bakıda bəyan etdilər ki, onlar Ermənistan şəhərlərinə hücum etməyəcək və düşmənlə döyüş meydanında savaşacaqlar”.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  26-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür
15 Yanvar 09:11
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
15 Yanvar 09:08
YAP Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər
15 Yanvar 09:06
Rüstəm Nağıyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl fəaliyyətə başlayıb
15 Yanvar 09:04
Həsən Şirinov: Şuşa Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
15 Yanvar 09:02
Asim Mollazadə: Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır
15 Yanvar 09:01
Elşən Musayev: Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır
15 Yanvar 08:58
Elşad Musayev: Azərbaycan əldə edilən qələbəni siyasi yolla möhkəmləndirir
15 Yanvar 08:57
Qabil Hüseynli: Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib

15 Yanvar 08:55
“Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...

15 Yanvar 08:53
Ermənistanda total tənəzzül...

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6