Ana səhifə »  Xəbər lenti »  Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirilib
A+   Yenilə  A-
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirilib

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov açaraq, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalandığını və bu yubileyin, həmçinin UNESCO tərəfindən 2020-2021-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması Siyahısına daxil edildiyini bildirdi. O, bir çox tanınmış şəxsiyyətlərimizin yubileylərinin UNESCO-nun bu Proqramı çərçivəsində qeyd edilməsində və Azərbaycan ədəbiyyatının tanıdılmasında, mədəni irsimizin qorunmasında, mədəniyyətimizin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğuladı.

E.Sultanov Ə.Haqverdiyevin yaradıcılıq və fəaliyyətinin UNESCO-nun bütün əsas istiqamətlərini, elm, təhsil, mədəniyyət və eləcə də informasiya sahələrini əhatə etdiyini, onun dramaturq və ədib kimi tanındığını qeyd edib, eyni zamanda, onun mədəniyyət və incəsənət, pedaqoji, elmi sahələrdəki vacib fəaliyyətindən bəhs edib. Həmçinin Ə.Haqverdiyevin milli düşüncənin inkişafında oynadığı əhəmiyyətli rolu vurğulayıb, onun ictimai-siyasi proseslərdə iştirakına və diplomat kimi fəaliyyətinə toxunub. Ədibin doğulub böyüdüyü Azərbaycanın gözəl guşəsi, Qafqazın və doğma Qarabağımızın incisi sayılan qədim Şuşa şəhərinin bu ilin noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin bu yubileyə gözəl hədiyyə olduğunu qeyd edib.

Virtual tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev XX əsrin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir: “Haqverdiyevin böyüklüyünü idrak etmək üçün yalnız onun adının qarşısında çoxşaxəli fəaliyyətini və kimliyini müəyyənləşdirən anlayışları sadalamaq kifayət edər: böyük dramaturq, nasir, publisist, pedaqoq, ədəbiyyatşünas, teatr təşkilatçısı və nəhayət, tanınmış ictimai xadim. Ədib 1870-ci il mayın 17-də Azərbaycanın ədəbiyyatına, musiqisinə və incəsənətinə qüdrətli simalar bəxş etmiş Şuşa şəhərində anadan olub. Ali Baş Komandanın heyrətamiz iradəsi, böyük əzmi və Ordumuzun rəşadəti nəticəsində ölkəmizin Qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsində Əbdürrəhim bəy Haqverdiyevin göz açdığı və Azərbaycanın mədəni paytaxtı hesab olunan Şuşa şəhəri işğaldan azad edildi”.

Anar Kərimov vurğulayıb ki, bu gün biz özümüzü məhz ona görə xoşbəxt nəsil hesab etməliyik: “Ona görə xoşbəxt nəsilik ki, Haqverdiyevin dünyaya gəldiyi şəhərin adını artıq fərəhlə və vüqarla səsləndirə bilirik. Əminəm ki, bundan sonra da böyük maarifçi-demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə və xalqımızın gələcək inkişafına uğurla xidmət edəcək”.

Haqverdiyevin Şuşadakı evinin də işğal dövründə dağıdıldığını diqqətə çatdıran Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirib.

Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olunub. Anar Kərimov vurğulayıb ki, Şuşada xalqımızın zəngin irsini bərpa etməklə bu tarixi şəhərə onun itirilmiş ruhunu qaytaracağıq.

A.Kərimov 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Haqverdiyev ədəbiyyatımızı zənginləşdirərək bədii və estetik cəhətdən yüksək səviyyəyə qaldırıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ədibin azərbaycançılıq ideyalarından və xalqın milli-mənəvi oyanışında xidmətlərindən söz açıb. Bildirib ki, Haqverdiyev Mirzə Cəlillə yanaşı XX əsrin əvvəllərində ədəbiyyat və milli fikir tariximizdə azərbaycançılıq ideyasının əsasını yaradanlardan biridir.

Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev Əbdürrəhim bəy Haqverdiyevin diplomat kimi fəaliyyəti barədə ətraflı söz açıb. Qeyd edib ki, ədibin hekayələr kitabı səfirliyin dəstəyi ilə macar dilində nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirib ki, ədib öz ecazkar qələmi ilə xalqımızı cəhalətdən, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çalışıb.

Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri, ədibin nəticəsi Eldar Məlik Abbas konfrans iştirakçılarına təşəkkür edərək ədibin 150 illik yubileyi ilə bağlı mərkəz tərəfindən “Facebook” şəbəkəsində geniş arxivin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı iş aparır.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  26-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 21:17
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
20 Yanvar 21:14
ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib
20 Yanvar 20:39
20 Yanvar xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir gündür
20 Yanvar 20:30
Pakistanın müxtəlif universitetlərinin tələbələri üçün “Şəhidlikdən Qələbəyə” adlı mühazirə təqdim olunub
20 Yanvar 19:36
Misirdə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual tədbir keçirilib
20 Yanvar 19:34
Tədqiqatçı-yazar: 20 Yanvar qardaş Azərbaycanın azadlığına və müstəqilliyinə aparan yolda bir işıq kimi yandı
20 Yanvar 19:14
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
20 Yanvar 19:13
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad edilir
20 Yanvar 18:57
İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib
20 Yanvar 18:51
Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq!
20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA