Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi
A+   Yenilə  A-
Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi

Prezident İlham Əliyev: Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır

Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildəki fəaliyyəti ilə Öz xalqına böyük məhəbbət bəslədiyini, xalqın bütün arzu və istəklərini gerçəkləşdirməyi həyatının əsas amalı saydığını əyani şəkildə təsdiqləyib. Dövlət başçımız gözəl bir ənənə də yaradıb: O, həyatının özəl günlərini, bir qayda olaraq, qayğıya ehtiyacı olan insanlarla, o cümlədən də son üç onillik ərzində qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızla keçirməyə üstünlük verir. Prezident İlham Əliyev növbəti doğum günü ərəfəsində isə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vətən müharibəsində işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olub. Dövlət başçımız işğaldan azad edilən Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaldıb, şanlı qələbəmizin sevincini əsgər və zabitlərimizlə bölüşüb. Qubadlıda Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev 44 gün çəkən Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirib. “Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat - bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi”, -  deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.

Azərbaycan Ordusu 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi

Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və videomateriallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bu istehkamların yaradılmasına böyük maliyyə vəsaiti xərclənib. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər,  əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər ovuc içi kimi görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi. Dövlətimizin başçısı bunu qəhrəmanlıq kimi dəyərləndirərək “44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”, - deyə vurğulayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev qürur hissi ilə bildirib ki, torpaqlarımızın işğaldan təmizlənməsi xüsusi plan əsasında həyata keçirilən uğurlu əməliyyatlar sayəsində mümkün olub. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra Ordumuz Qubadlıya istiqamət götürüb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Yenə də işğalçılar tamamilə dağıtdıqları şəhərin girişində istehkamlar qurmuşdular və ətrafdakı yüksəkliklərdə möhkəmlənmişdilər. Düşmənin hərbi bazalarından biri Xanlıq qəsəbəsində yerləşirdi. Ordumuz həm Qubadlıda qurulan hərbi bazalardan, həm də Ermənistan ərazisindən artilleriya atəşinə məruz qalırdı. Bütün bu kimi amillərə görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi ki, bunu da Azərbaycan Ordusunun şəxsi heyəti bacardı. Silahlı Qüvvələrimiz tərəfindən, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər ələ keçirilib, bundan sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri işğaldan təmizlənib. Yalnız bundan sonra Qubadlı şəhərinə girib buradan düşməni geri otuzdurmaq mümkün olub.

Ordumuzun şəxsi heyəti Vətən müharibəsində digər istiqamətlərdə, o cümlədən Qubadlının azad edilməsindən sonra Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird, Səfiyan, Türklər kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə də belə fədakarlıqlar göstərib. Hər birimiz üçün son dərəcə əziz olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatını xatırlayaq. Burada da Silahlı Qüvvələrimizin şəxsi heyəti təsəvvüredilməz bir igidlik, peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunun yüksəksəviyyəli rəsmiləri etiraf edirlər ki, azərbaycanlı döyüşçülərin Şuşaya necə daxil olmalarının sirri hələ də onlara qaranlıq duman kimi görünür. Şuşanın strateji mövqeyindən istifadə edən işğalçılar burada güclü müdafiə sədləri qurmuşdular və çoxlu sayda canlı qüvvə toplamışdılar. Düşmən elə hesab edirdi ki, digər tərəfdəki sıldırım qayalar keçilməz təbii istehkamdır. Buna görə də onlar Silahlı Qüvvələrimizin hücumunu şəhərə giriş istiqamətindən gözləyirdi. Əsgər və zabitlərimiz isə məhz qayaları dırmaşmaqla, cığırları keçməklə şəhərə daxil oldular. Şuşanın hər küçəsində, dalanında əlbəyaxa döyüşlər getdi. İnternet resurslarında yaralı silahdaşını çiyninə alıb Şuşa uğrunda döyüşə gedən əsgərimizin fotosu yerləşdirilib. Bu, Vətənə, Şuşa şəhərinə bütün varlığı ilə bağlı olan, doğma torpaqları xain düşməndən təmizləməyi özünə övlad borcu sayan Azərbaycan əsgərinin və zabitinin ümumiləşmiş obrazıdır.

Vətən müharibəsində əsgər və zabitlərimizin yüksək vətənpərvərliyini, döyüş ruhunu şanlı qələbəyə çevirən ən mühüm amillərdən biri isə Silahlı Qüvvələrimizin yüksək təchizatı ilə bağlıdır. Son 17 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Ordumuzun möhkəmlənməsi, döyüş qabiliyyətinin artırılması, kadrların hazırlanması, şəxsi heyətin sosial təminat məsələləri davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü siyasətin nəticəsində respublikamız güclü ordu formalaşdırmağa nail olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar var. Ən əsası, Azərbaycan Ordusu dünyanın Vətən müharibəsində qələbəmizi təmin edən başqa bir amilə də diqqət çəkmək yerinə düşər. Bu, Silahlı Qüvvələrimizin tətbiq etdiyi innovativ döyüş taktikası ilə bağlıdır. Bəli, müasir silahlar məsələnin yalnız bir tərəfidir. Əsas məqamlardan biri müasir silahlarla müasir döyüş taktikasının məharətlə uzlaşdırılmasıdır. Bu barədə qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev vurğulayıb: “Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib”.

Torpaqlarımızın bir hissəsinin döyüşsüz azad olunması Azərbaycanın böyük uğurudur

Vətən müharibəsinin şərti olaraq iki mərhələsi fərqləndirilir: Döyüşlərin aktiv fazası və torpaqlarımızın digər hissəsinin döyüşsüz ölkəmizə təslim edilməsi mərhələsi. Birinci mərhələ sentyabrın 27-dən noyabrın 10-dək davam etdi. Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-də düşmənin hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını uğurla həyata keçirdi. Elə ilk günlərdən təşəbbüsü ələ alan Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verdi. Ordumuz döyüşlərin aktiv fazasında üç onillik ərzində düşmənin nəzarəti altında qalan 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri işğaldan azad etdi. Həmçinin qonşu İranla 130 kilometrlik dövlət sərhədimiz məhz müharibənin aktiv döyüşlər getdiyi fazasında bərpa olundu. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin azad edilməsindən sonra düşmən ölkənin rəhbərliyi daha müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf etdi və noyabrın 10-da işğalçı Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürmək məcburiyyətində qaldı. Bundan sonra torpaqlarımızın digər hissəsinin hərbi əməliyyatlarsız geri qaytarılması mərhələsi başladı. İşğalçı Ermənistan məğlub tərəf kimi Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabrın 1-dək respublikamıza döyüşsüz təslim etdi. Prezident İlham Əliyev üçtərəfli Bəyanatı yüksək dəyərləndirib. “Noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Torpaqlarımızın bir hissəsinin döyüşsüz geri qaytarılması Azərbaycanın böyük uğurudur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz ölkəmizə təslim edilməsi nəticəsində biz yeni şəhidlər vermədik. Ümumiyyətlə, döyüşlərin miqyası ilə müqayisədə Azərbaycanın Vətən müharibəsində texnika və canlı qüvvə sarıdan itkiləri kifayət qədər azdır. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ müharibənin ilk günlərində birmənalı şəkildə bildirirdi ki, əgər Ermənistan işğal altındakı torpaqlarımızdan çıxması ilə bağlı cədvəl təqdim edərsə, döyüşləri dayandırmağa hazırdır. Ancaq işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi avantürist siyasətindən əl çəkmədi, belə bir cədvəl təqdim etmədi və nəticədə də öz dərsini aldı, müharibədə daha ağır itkilərə məruz qaldı. Beləliklə, Azərbaycan şanlı qələbə qazanmaqla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3540  |  
  • Tarix:  26-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA