“İşğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi-siyasi yolla azad olunması mühüm tarixi hadisədir. Ona görə də Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə Bakıda keçirilən Zəfər paradı ilə təntənəli şəkildə qeyd olundu. Bu parad həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının tərənnümü idi. Qeyd edim ki, Azərbaycan və Türkiyənin növbəti dəfə birlik nümayiş etdirməsindən, regionda yeni reallıq yaratmasından düşmənlərimiz ciddi narahat olublar”.
Bunu qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb: “Problemin həlli ilə yox, münaqişənin dondurulması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həyata keçirməli olduğu missiyanı Azərbaycan Ordusu yerinə yetirdi. Ordumuz öz missiyasını şərəflə yerinə yetirərək işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etdi”.
- Oxunub: 1980 |
- Tarix: 26-12-2020 |
-
Çap et |