/ / Elnur Allahverdiyev: Biz bu ili Zəfərlə başa vururuq və bu qələbə bizim gələcək uğurlarımızın rəhni, açarıdır
Elnur Allahverdiyev: Biz bu ili Zəfərlə başa vururuq və bu qələbə bizim gələcək uğurlarımızın rəhni, açarıdır
25.12.2020 [18:04]
“Biz bu günlər çox tarixi anlar yaşayırıq. 100 illik parlament tariximizdə ilk dəfə qalib dövlətin, öz əzəli torpaqlarını işğaldan azad etmiş dövlətin növbəti il büdcəsini müzakirə edirik. Təbii ki, büdcə maddələri detallarla, ayrı-ayrılıqda incələnib və bu barədə həm hökumət nümayəndələrinin, həm də Hesablama Palatasının rəyləri var. Ümumən demək olar ki, bütün sahələrdə xərclərdə artım var. Bu, ilk növbədə dövlətin maliyyə ehtiyatlarının möhkəmliyi, iqtisadiyyatın dayanıqlığının göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bu gün parlamentin iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Elnur Allahverdiyev bildirib ki, müdafiə və təhlükəsizlik xərclərinin büdcədə ötən ilə nisbətən kifayət qədər artımın olması hamı kimi məni də qalib dövlətin vətəndaşı olaraq çox sevindirir. Ümumiyyətlə, bizim hərbi büdcəmizdə artım və düşmən Ermənistanın müdafiə xərclərini bir neçə dəfə üstələməsi tendensiyası hər il müşahidə olunur, döyüş meydanında həm müasir hərbi texnika, həm də maddi-texniki təchizat baxımından üstünlüyümüz bunun əyani göstəricisi oldu. Tarix də sübut edib və müasir reallıq da onu göstərdi ki, müdafiə, təhlükəsizlik, güclü ordu hər bir dövlətin dünya ölkələri arasında söz sahibi olmasının, özünü sübutun çox mühüm faktorudur.
Çox sevindirici haldır ki, büdcədə işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə lazımi infrastrukturun bərpasına əhəmiyyətli miqdarda vəsait ayrılıb. Biz dövlət kapitalı ilə yanaşı özəl sektorun da bu yöndə edəcəyi yatırımları nəzərə alsaq, gələn il Qarabağımızda böyük quruculuğun başlanğıc ili olacaq. Bu proses təbliğati baxımdan çox mühüm faktordur. Biz bütün dünyaya və xüsusilə Ermənistana nümayiş etdirəcəyik ki, onlar 30 il ərzində bu torpaqları viran qoyublar, biz isə qısa müddətdə dirçəldib həyat gətiririk.
Millət vəkilinin sözlərinə görə, sosial yönümlü xərclərimizdə artım var, təhsil və elmə ayrılmış xərclər də çoxalıb, kənd təsərrüfatına ötən ildən daha çox vəsait ayrılıb: “Yeri gəlmişkən, işğaldan azad olunmuş torpaqlar bizim ən məhsuldar torpaqlarımızdandır və bu ərazilərdə kənd təsərrüfatının həm ənənəvi, həm də yeni sahələrinə investisiya yatırımı bizim gələcək büdcələrimizə öz pozitiv təsirini göstərəcək. Bir məqamı da qeyd etmək lazımdır ki, hökümətin fəaliyyəti, yeni çağırışlara reaksiyası dinamikdir və hesab edirəm ki, parlamentin də bu cür dəyişikliklərə münasibəti pozitivdir. Bu baxımdan müzakirə və təsdiq edəcəyimiz büdcənin icrası zamanı hər hansı korrektələrin olunması mümkündür”.
Elnur Allahverdiyev qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan üçün mürəkkəb və məsuliyyətli il olan 2020-ci ilin uğurla başa çatması, eyni zamanda, qarşıdan gələn ilə doğru pozitiv və ümidverici proqnozla addımlamağımız bizim üçün tarixi uğurdur. Ötən ilin fevral-mart aylarından etibarən dünya iqtisadiyyatı staqnasiya şəraitindədir. İqtisadi fəaliyyət demək olar ki, dayanıb. Bu mənzərə həm dövlətlərin daxilindəki vəziyyətə, həm də dövlətlərarası iqtisadi münasibətlərə təsirini göstərir. İqtisadi itkilərlə yanaşı sosial və səhiyyə ehtiyacları istiqamətində xərclər artıb və bu il biz gördük ki, hətta dünyanın aparıcı iqtisadiyyatlarına malik ölkələr bu yükü çəkə bilmirlər.
“Ancaq 2020-ci il bizim üçün həm də müharibə ili oldu. Müharibə külli miqdarda xərcdir, müharibənin hər günü bizim üçün unudulmaz yara olan insan itkisi ilə yanaşı, həm də maddi itkilər deməkdir. Və belə bir reallıqda həm mart ayından bu yana pandemiyanın zərbələrinə, həm müharibə xərclərinə sinə gərib qalib çıxmaq həqiqətən də bizim bir dövlət və xalq olaraq böyük qələbəmizdir. Əminliklə deyə bilərik ki, bu qələbə ruhlu, vətənpərvərlik dolu atmosferdə başa çatdırdığımız il qarşıdakı 2021-ci il üçün optimist gözləntilərə köklənməyimiz üçün çox vacib amil olacaq. Dünyanın heç də bütün xalqları və ya dövlətlərinin təqvimində Zəfər günü yoxdur. Biz bu ili Zəfərlə başa vururuq və bu qələbə bizim gələcək uğurlarımızın rəhni, açarıdır”, -deyə millət vəkili söyləyib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

