Ana səhifə »  Xəbər lenti »  Azərbaycan ötən 17 il ərzində bütün sahələrdə uğurlar qazanıb
A+   Yenilə  A-
Azərbaycan ötən 17 il ərzində bütün sahələrdə uğurlar qazanıb

Anar Tağıyev: Biz xoşbəxtik ki, Azərbaycana İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə rəhbərlik edir
Yevlaxda “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan İlham Əliyev” mövzusunda elmi-praktik videokonfrans keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən, Milli Məclisin deputatları, YAP rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, bələdiyyələr, icra nümayəndələri, idarə, müəssisə rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev açıb.
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Çıxışında torpaqlarımızın düşmən işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə də danışan Milli Məclis Sədrinin birinci müavini bildirib ki, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi tarixinə Öz adını Qarabağ fatehi kimi yazaraq, Prezident-Ordu-Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Qeyd olunub ki, qazanılan hərbi zəfər nəticəsində Azərbaycan tarixi artıq 27 sentyabrdan etibarən yeni dövrünə qədəm qoyub.
Videokonfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Azərbaycanın ötən 17 il ərzində bütün sahələrdə uğurlar qazandığını, ölkəmizin bugünkü inkişafının məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində mümkün olduğunu deyib. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı olduğunu söyləyən Anar Tağıyev dövlət başçısının şəxsi keyfiyyətlərindən, sözünə imzası qədər əhəmiyyət verməsindən və xalqına verdiyi bütün vədləri əməli ilə doğrultmasından ətraflı danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib.
“Prezident İlham Əliyev 30 illik münaqişəni 44 gün ərzində həll edən, qələbə ilə təqvimimizə ilk dəfə Zəfər günü yazan böyük sərkərdədir. Biz xoşbəxtik ki, Azərbaycana İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə rəhbərlik edir”, - deyən Anar Tağıyev, eyni zamanda, bildirib ki, 44 günlük müharibə dövründə Prezidentin yaxın silahdaşı, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Birinci vitse-prezident cəbhədə döyüşən igid əsgərlərimizə, yaralılarımıza duaları ilə dəstək, həlak olan günahsız dinc insanlarımızın yaxınlarının ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğıkeş münasibəti ilə xalqımızın yanında oldu.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, həmçinin haqq savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizə rəhmət diləyib, Vətən müharibəsində yevlaxlıların da Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı vuruşan müzəffər Ordumuzun sıralarında göstərdikləri şücaətdən bəhs edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə çıxışında bildirib ki, Azərbaycan tarixi uğurlarını məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edib. 17 il ərzində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 2 il sədrlik edib, kosmik dövlətlər klubuna üzv olub, bir çox humanitar, beynəlxalq səviyyəli idman tədbirlərinə, iqtisadi forumlara ev sahibliyi edib. Ölkəmiz öz sosial-iqtisadi inkişafına görə dünyanın 100 ildə keçə bilmədiyi inkişaf yolunu keçib.
Musa Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən də danışıb.
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən ətraflı söz açıb. Bildirib ki, bu siyasət Azərbaycanın dünyadakı beynəlxalq imicini davamlı olaraq yüksəldir. Dünyanın güclü dövlətləri ilə əlaqələrin qurulması Vətən müharibəsi dövründə əksər dövlət başçılarının Azərbaycanın haqq işini dəstəkləməsi bunun bariz nümunəsi və əyani sübutudur.
Konfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə Azərbaycanın dövlətçilik tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki böyük rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində ordumuz yeni zəfər tarixi yazdı və 30 illik işğala son qoyaraq, üçrəngli bayrağımızı ruhumuzun paytaxtı olan Şuşada, azad olunmuş kənd, qəsəbə və şəhərlərimizdə ucaltdı.
Milli Məclisin deputatı Müşfiq Məmmədli videokonfransda Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə səhiyyə və sosial sahədə həyata keçirilən Dövlət proqramlarından söz açıb və görülən işlərin insanların sağlamlığı, sosial rifahı və təminatı sahəsində mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən əsgərlərimiz yeni bir tarix yazmağı bacardılar. Vətən müharibəsində bir daha əmin olduq ki, xalq-Prezident, xalq-iqtidar birliyi sarsılmazdır. Bu birlik şəhid övladına ağlamayaraq, “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Azərbaycan xalqı “İlhamla irəli!” deyərək Prezidentimizin ətrafında sıx birləşib, Ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  25-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq
25 Yanvar 16:47
Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir
25 Yanvar 16:42
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
25 Yanvar 16:30
XİN: Rusiya Dövlət Duması üzvünün Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
25 Yanvar 15:57
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25 Yanvar 15:56
Baş prokuror: Ötən il 30 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib
25 Yanvar 15:48
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir
25 Yanvar 15:48
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb
25 Yanvar 15:20
Məhəmməd Cavad Zərif: İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
25 Yanvar 15:17
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
25 Yanvar 15:12
Eldar İbrahimov: Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir
25 Yanvar 15:05
AŞPA-nın qış sessiyası işə başlayıb
25 Yanvar 14:57
Təmraz Tağıyev: "Dostluq" yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
25 Yanvar 14:53
Günay Rəsulova: Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
25 Yanvar 14:41
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
25 Yanvar 14:40
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
25 Yanvar 14:34
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
25 Yanvar 14:22
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 14:20
Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb
25 Yanvar 14:16
Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır
25 Yanvar 14:13
Ötən il Azərbaycanda 35 mindən çox nikah qeydə alınıb
25 Yanvar 14:06
“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
25 Yanvar 13:12
Ermənistanın hərbi cinayətləri barədə 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 Yanvar 13:10
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
25 Yanvar 12:45
Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür
25 Yanvar 12:37
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
25 Yanvar 12:17
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək
25 Yanvar 12:10
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
25 Yanvar 12:03
Hava nəqliyyatı ilə sərnişindaşıma 78,6 faiz azalıb
25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi
25 Yanvar 11:32
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
25 Yanvar 11:30
Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib
25 Yanvar 11:23
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
25 Yanvar 11:21
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır
25 Yanvar 11:18
ABŞ Prezidenti Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib
25 Yanvar 10:40
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4