Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında onlayn elmi-praktiki konfrans keçirilib. Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti, dövlətçiliyimizin müasir uğurları və inkişaf perspektivləri, 8 Noyabr - Zəfər Günü ilə bağlı mövzular müzakirə edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və gənc fəallar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov “Prezident İlham Əliyevin fəaliyyəti: Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı” mövzusunda çıxış edib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyəti, güclü və müasir ordu quruculuğu, Vətən müharibəsində böyük zəfər qazanılması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı öz fikirlərini bildirib.
Daha sonra Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov Azərbaycanın dövlət maraqlarının yüksək səviyyədə qorunması, vətəndaşların sosial problemlərinin həllinin prioritetliyi və şanlı tarix yazmış görkəmli dövlət xadimi Prezident İlham Əliyevin fəaliyyəti haqqında geniş nitq ilə çıxış ediblər.
Sonda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə doğum günü münasibətilə Xəzər rayon ictimaiyyəti adından təbrik məktubunun göndərilməsi qərara alınıb.
- Oxunub: 1710 |
- Tarix: 25-12-2020 |
-
Çap et |