Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətinə həsr olunan “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan - İlham Əliyev” mövzusunda videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında cənab Prezidentin xidmətləri əvəzsizdir. Məhz ölkə Prezidenti İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.
Sonra videokonfransda YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov və Şura üzvləri çıxış ediblər.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsi dövründə dünyanın nüfuzlu telekanallarına, aparıcı informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrində ölkəmizi, xalqımızı bütün dünyaya yenidən təqdim etdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq qalib dövlətə çevrilib.
MÜŞFİQƏ
- Oxunub: 1980 |
- Tarix: 25-12-2020 |
-
Çap et |