Ana səhifə »  Xəbər lenti »  Xalqının gələcəyini düşünən, Zəfərlərə imza atan Lider
A+   Yenilə  A-
Xalqının gələcəyini düşünən, Zəfərlərə imza atan Lider

 

Xatirə Əliyeva,

YAP Mətbuat xidmətinin əməkdaşı,

əməkdar jurnalist

2021-ci ilin astanasındayıq. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları artıq yeni ilə yeni  arzularla qədəm qoyacaq. Yeni arzuların, istəklərin, hədəflərin müəllifi, memarı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 30 il Azərbaycan xalqı bu istəklə yaşayırdı ki, işğal altında olan torpaqlarımız azad edilsin, bir milyondan artıq soydaşımız qaçqınlıq həyatına son qoyaraq öz dogma yurd-yuvalarına qayıtsın, yeni həyat başlasın. Hər bir bayram tədbirində, önəmli günlərdə ifadə edilən  əminlik bu idi ki, dövlətimizin uğurlu siyasəti, ordumuzun gücü, beynəlxalq dəstək, dövlət-xalq birliyi, həmrəyliyi əsasında tezliklə torpaqlarımız öz sahibinə qayıdacaq, üçrəngli bayrağımız həmin ərazilərimizdə dalğalanacaq.  Dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən  müharibəsi  dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin birində jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabında bildirmişdir ki, bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 30 illik torpaq həsrəti sona çatdı.  Qarabağın ürəyi, musiqi  beşiyimiz olan Şuşamız öz tarixi sahibinə qayıtdi. Cənab İlham Əliyevin Sərəncamı ilə bu tarix- 8 noyabr  ölkəmizdə Zəfər Günü kimi təsis olundu.  Möhtərəm Prezidentimiz, Ali Bas Komandan İlham Əliyev tarixə qalib Azərbaycanın qalib Müzəffər Sərkərdəsi kimi daxil oldu. 2021-ci ilə qədəm qoyacağımız anın ilk qürurverici təbriki bu olacaq: Zəfərin mübarək Azərbaycan! Zəfərin mübarək Azərbaycan xalqı! Bu Zəfəri hər birimizə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Hər bir Azərbaycan vətəndaşının minnətdarlıq və təşəkkür müraciətində bu fikirlər öz əksini tapır ki,  cənab İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir. Öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı.

Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin miqyası o qədər böyükdür ki, onlar barədə saatlarla, günlərlə, aylarla danışmaq olar. Bu işlərin zirvəsində İkinci Qarabağ müharibəsində Azərbaycanın siyasi Qələbəsi dayanır. Bu illər ərzində Azərbaycan gücləndi, qüdrətləndi, güclü ordusu formalaşdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdən  hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.  Tarixi yenidən yazan Azərbaycan artıq torpaqlarının işğal deyil, işgaldan azad edildiyi günləri tarixinə yazıb və həmin günləri   böyük qürurla bayram  edəcək.

Təbii ki, şanlı Qələbəyə gedən  yol vardır.  29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 27 ildə, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  bu günə   iqtisadi, xarici siyasət, ordu quruculuğu sahəsində biri-birindən əhəmiyyətli uğurlara imza atan ölkəmiz  beynəlxalq hüququn norma və prinsipləri əsasında  10 noyabr Bəyanatının imzalanmasına nail oldu. Bu uğurlardan bəhs edərkən yenə də onların müəllifi,  Müzəffər Ali Baş Komandanın  səylərini, xalqına, dövlətinə bağlılığı fonunda  həyata keçirdiyi təşəbbüsləri, qəbul etdiyi qərarları xüsusi qeyd etməliyik.  Ali Baş Komandan 44 gündə  44 il danışılacaq Zəfəri yaşatdı Azərbaycana. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı  edirdi ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Bu nikbinliyə əsas verən amillər məhz  Azərbaycanın bugünkü reallıqlarında ehtiva olunur.

Bu gün qalib Azərbaycanın yanında Ermənistanın necə göründüyünü geniş şərh etməyə ehtiyac yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Ermənistan uğursuz ölkədir. Buna səbəb işgaldır.

Özünə saxta tarix yazıb, havadarlarının dəstəyi ilə bu yalanlarını  daim həqiqət kimi qəbul etdirəcəyini, Dağlıq Qarabağ münaqişəsinin  həllini uzatmağa nail olacağını  xəyal edən Ermənistan hakimiyyəti nə zamansa bu məqamla  üzləşəcəyini bilirdi. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Ermənistan nə qədər tez  işğalçılıq siyasətindən əl çəksə, bir o qədər özü üçün yaxşı olar.

Ermənistan 44 gündə Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, ordumuzun gücü qarşısında diz çökdü. Illərdir yaradılan “yenilməz erməni ordusu” mifi dağıdıldı, güclü Azərbaycan  Ordusu dünyaya təqdim edildi. Hadisələrə ən böyük dəyəri zaman özü verir.  Saxta tarixin faktların dili ilə danışan tarix qarşısında acizliyi Ermənistanın hazırkı durumunda özünü qabarıq şəkildə göstərir.

Azərbaycanın tarixi Qələbəsinin, hərbi gücünün dünyaya bir daha təqdimatı olan Zəfər paradı da 2020-ci ilin  tarixə yazdığı qürurverici hadisələr sırasındadır. Cənab İlham Əliyevin Zəfər paradında bəyan etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

44 günlük İkinci Qarabağ  müharibəsinin başa çatmasından sonra dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad edilən  rayonlara-Cəbrayıl, Füzuli, Ağdam, dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfərləri ölkə Prezdentinin sevincini xalqla bölüşmək  istəyinin göstəricisi kimi dəyərləndirilir. Cənab İlham Əliyevin dogum günü ərəfəsində Qubadlı və Zəngilan rayonlarına səfərləri  ikiqat sevincdir.  Artıq möhtərəm Prezidentimiz İlham Əliyevin  bu rayonlarda  görüşü  öz torpaqlarından didərgin düşmüş soydaşlarımızla deyil, qaçqınlıq həyatına son qoyub bu sevinci yaşayan, Böyük Qayıdışı səbirsizliklə gözləyən insanlarladır.

Zəfər paradında   “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” söyləyən ölkə Prezidentinin Qubadlı rayonuna səfəri zamanı yüksək əhval-ruhiyyə ilə dediyi  “Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa” fikirləri bir daha bu reallığın təqdimatıdır ki, torpaq sahibində olanda nəfəs alar, canlanar, cənnətə çevrilər. Bu gün işğaldan azad olunan torpaqlarımız məhz o həyatı yaşayır. Zəfərin bir daha  mübarək Azərbaycan!  

 
  • Oxunub:  2130  |  
  • Tarix:  24-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6