Ana səhifə »  Xəbər lenti »  Gəncə şəhərində 103 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
A+   Yenilə  A-
Gəncə şəhərində 103 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı geniş miqyas alıb. Bu sahədə növbəti mühüm addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınmış 103 mənzili həmin kateqoriyadan olan vətəndaşlara təqdim edib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Erməni faşist hərbi birləşmələrinin Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsi də anılıb, qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev 2020-ci ildə Azərbaycanın şanlı tarixinin yazıldığını, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər əldə etdiyini, 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurulduğunu, doğma torpaqlarımızın erməni faşizminin işğalından azad edildiyini vurğulayıb.

Bildirib ki, qələbə əhval-ruhiyyəsinin hökm sürdüyü ölkəmizdə eyni zamanda, Prezidentin tapşırığı ilə şəhidlərimizin ailə üzvlərinin, müharibə iştirakçılarının, yaralanmış hərbçilərin, onların ailələrinin sosial dəstəklə təmin olunması üçün işlər aparılır. Son bir ayda 5 min 300-dən çox həmin kateqoriyalardan olan vətəndaş dəstək tədbirləri ilə əhatə olunub. Onlara müvafiq sosial ödənişlərin təyinatı, məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb olunaraq ailə təsərrüfatlarını yaratmaq, sosial-psixoloji yardım və s. istiqamətlərdə dəstək göstərilib və bu işlər davam edir.

Nazir qeyd edib ki, dövlət başçısının uğurlu sosial siyasəti nəticəsində 2020-ci ildə də vətəndaş rifahına yönələn bütün sosial müdafiə tədbirləri daha geniş vüsət alıb. İlin əvvəlindən pensiyaların artırılması, sosial ödənişlərin davamlılığı təmin olunub. 2020-ci ilin 11 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 21,5 faiz və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib. Aktiv məşğulluq proqramlarının əhatə dairəsi daha da genişlənib. Həmçinin nəzərdə tutulan göstəriciyə uyğun olaraq artıq 12 minə yaxın ailə özünüməşğulluq proqramına cəlb edilib. Onlardan mühüm bir hissəsi də şəhid ailələri, müharibə iştirakçılarıdır. İl ərzində daha bir DOST mərkəzi yaradılıb, indi artıq 3 belə mərkəz var və 11 ayda 181 min şəxs həmin mərkəzlərin xidmətlərindən faydalanıb. Bu il bölgələrdə yeni sosial xidmət və reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Əsasən proaktivyönümlü elektron xidmətlərin sayı artırılaraq artıq 60-ı ötüb, e-arayış xidmətlərinin sayı isə 30-a çatıb.

S.Babayev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinin də gücləndirildiyini, o cümlədən onlara yönələn sosial ödənişlərin dəfələrlə artırıldığını bildirib. O, həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin bu il də yüksək səviyyədə davam etdirilməklə, bu mühüm sosial proqramların xeyli genişləndiyini vurğulayıb. Qeyd edilib ki, bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1300-dən çoxu verilib. İndiyədək isə 9000-ə yaxın mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il 400 avtomobilin müharibə əlillərinə verilməsi işləri aparılıb və artıq böyük əksəriyyəti verilib. İndiyə qədər isə nazirlik 7050-dən çox müharibə əlilinin minik avtomobili ilə təminatını həyata keçirib.

Nazir yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərini bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin qayğı ilə əhatə olunması üçün Gəncə şəhərində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Bütün bu işlərin, daim genişlənən sosial müdafiə proqramlarının Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürü olduğunu qeyd edib.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri xalqımıza tarixi Zəfər fərəhi bəxş edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə sonsuz qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqla bəhs edərək, göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

 
  • Oxunub:  2010  |  
  • Tarix:  24-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0 +1