Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa İttifaqı və ÜST koronavirus xəstələrin və səhiyyə işçilərinin tibbi ləvazimatlar və qoruyucu vasitələrlə təmin olunmasına dəstək göstərir

Avropa İttifaqı və ÜST koronavirus xəstələrin və səhiyyə işçilərinin tibbi ləvazimatlar və qoruyucu vasitələrlə təmin olunmasına dəstək göstərir

24.12.2020 [13:49]

Dekabrın 24-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskası, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

AZƏRTAC xəbər verir ki, bu tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Qeyd edək ki, martın 27-də Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə, COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə 30 milyon avro dəyərində yardım paketi ayırdığını elan edib. Aİ-nin maliyyə yardımı Azərbaycanda ilkin olaraq zəruri ləvazimatların alınması və digər fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə edilib. Bu məqsədlə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən tibb işçiləri üçün çoxlu sayda fərdi qoruyucu vasitələrin və xəstələrin müalicəsində istifadə edilən tibbi ləvazimatların ölkəyə gətirilməsi təmin edilib, həmçinin tibb işçiləri üçün təlimlər keçirilib.

Hazırda isə layihənin ikinci mərhələsində tibbi ləvazimatların ölkəyə gətirilməsinin davam etdirilməsi ilə bərabər tibb işçilərinə təlimlərin keçirilməsi, laboratoriyaların və test qabiliyyətinin gücləndirilməsinə dəstək olmaq və virusdan qorunmağa yardım göstərmək məqsədilə maarifləndirmə kampaniyaları həyata keçirilir. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.

Həmçinin eyni gündə COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST adından Azərbaycanın Səhiyyə Nazirliyinə 1 milyon tibbi maska təhvil verilib. Bu ÜST-nin Azərbaycanda həyata keçirdiyi 2,5 milyonun tibbi maskanın səhiyyə qurumları, həmçinin əhalinin həssas qrupları ilə çalışan dövlət institutları və qeyri-hökumət təşkilatlarına paylanması kampaniyasının tərkib hissəsidir. Qeyd edək ki, daha əvvəl kampaniya çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min, Sosial Xidmətlər Agentliyinə 100 min, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin hər birinə 5 min ədəd maska təhvil verilib. Maskalarla bərabər bu təşkilatlara tibbi və qeyri-tibbi maskalardan düzgün istifadəyə dair maarifləndirici flayer və posterlər də paylanılıb.

Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30