Ana səhifə »  Xəbər lenti »  Müzəffər öndər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq
A+   Yenilə  A-
Müzəffər öndər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla www.yap.org.az saytına müsahibə verib:
- Kamal müəllim, Azərbaycan dövləti və xalqı Vətən müharibəsində böyük qələbə qazandı. Bu qələbənin qazanılmasında lider amilini necə səciyyələndirərdiniz?
- Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsindəki zəfər yalnız bu ay yarım ərzində başa gələ bilməzdi, belə düşünmək sadəlövhlük olardı. Bunun üçün ölkənin və xalqın ruhunda, canında yatan potensialı hərəkətə gətirmək, onu məqsədyönlü şəkildə istiqamətləndirmək, təbiri-caizsə, partlatmaq lazım idi.
Amma bu da hələ işin yarısı olardı. Bütün sosial, iqtisadi, ideoloji, diplomatik, güc tətbiqi istiqamətlərində elə bir harmonik, sistemli əlaqəni əldə etmək lazım idi ki, onlar hamısı bir yerdə bir ali məqsədə doğru tuşlansın, vaxtı gələndə bir-birini tamamlayan zərbələr endirsinlər. Burada, yəni həmin gərəkli atributları hazır vəziyyətə gətirdikdən sonra ən vacib məsələ, zənnimcə, sistemlilikdir. Bütün bu saydıqlarımız bir orkestr kimi elə ahəng yaratmalıdır ki, nəhayətdə, kakafoniya yox, Möhtəşəm ZƏFƏR marşı alınsın. Azərbaycan bunu bacardı. Ali Baş Komandan böyük bir bacarıqla bu missiyanın öhdəsindən gəldi.
Uzun və həsrətli illər bizi bu zəfərdən ayırırdı. Ancaq bir anlıq düşünək. Prezident İlham Əliyevin bu uzun və ağrılı yolda ən birinci və başlıca strateji məqsədi problemin beynəlxalq səviyyədə dondurulmasına yol verməmək olmuşdu. O, harda oldusa bu problemdən danışdı, onu regional təhlükəsizliyin ən vacib şərti kimi təqdim etdi. Hamını buna inandırdı. Bu gün sanki inanmayanlar var. Onlar inanıb özlərini inanmayanlar kimi göstərənlərdir. Onlara da sarsıdıcı, məğrur cavablar müharibə dövründə xarici jurnalistlərə müsahibələrində Prezident İlham Əliyev tərəfindən artıqlaması ilə verildi.
Məsələnin dondurulmasının qarşısının alınması Azərbaycan Prezidentinin böyük qələbəyə doğru atdığı ilk möhtəşəm addımı idi. Buna nail olmaq asan məsələ deyildi. Elə bircə bunun özü böyük bir mənəvi, intellektual, elmi hazırlıq prosesindən xəbər verir. Azərbaycan Prezidenti bu imtahanlardan böyük ləyaqətlə qalib çıxdı və eyni zamanda, hər məqamda böyük və uzaqgörən siyasətçi olduğunu inamla ortaya qoydu. Müharibə dövründə “Qarabağ Azərbaycan ərazisidir” deyib hadisələrdən kənarda qalmağa üstünlük verən dövlət başçıları bunu nə üçün əvvəllər demirdilər, indi dedilər?! Bu sözlərin əhəmiyyətini anlamaq və onlara qiymət vermək lazımdır. Həm bu gün üçün, həm də perspektiv üçün onların əhəmiyyəti böyükdür. Və bu sözləri Azərbaycan Prezidentinin yorulmaz öncül fəaliyyəti siyasi gündəliklərə gətirmişdi. Bilirdilər, amma dilə gətirmirdilər. İndi bilirlər və dilə gətirirlər.
Daha sonra ordunun ilbəil, aybaay deyil, günbəgün döyüşə hazır vəziyyətə gətirilməsi, ən müxtəlif hərbi bazalarda təlimlərin keçirilməsindən başlayaraq, onun hərbi potensialının gücləndirilməsi və müasir hərbi avadanlıqla təmin edilməsi, bu avadanlıqlarla işləyən mühəndis, icraçı blokun yetişdirilməsi, nəhayət, Vətən üçün təkcə yaşamağa yox, ölməyə də hazır olan gənc azərbaycanlı nəslinin ərsəyə gətirilməsi, bundan əlavə övladının Vətən yolunda şəhidliyinə o övlad doğulduğunda sevindiyi qədər sevinən və bundan qürur duyan ictimai təbəqənin formalaşması - bütün bunlar təsəvvür etmək belə çətindir ki, bir insanın beyninin gələcəyə tuşlanmış fəaliyyətinin məhsuludur. Bu, hamısı bir yerdə bugünkü Azərbaycan gerçəkliyidir. Və kim nə deyir, desin, hansı havanı çalır çalsın, siyasi lider, özü də cəsur, mərd, səmimi, son dərəcə hazırlıqlı, əlbəttə ki, ləyaqətli siyasi lider olmadan bunları bir məkanda birləşdirmək nəinki çətin olardı, hətta heç mümkün olmazdı.
- Vətən müharibəsinin gedişi zamanı cəmiyyətimizdə möhtəşəm milli birlik və həmrəylik nümayiş etdirildi. Sizcə, bu fakt qələbəmizdə nə dərəcədə rol oynadı?
- Millət müharibə dövründə öz böyük birliyini nəhayət ki, nümayiş etdirdi. Bu birlik həm də siyasi hakimiyyətə etimad birliyi idi. Xalqın bütün təbəqələri, bütün ictimai-siyasi qüvvələr, aşağılar, yuxarılar dövlət ətrafında, bayraq, himn, Prezident ətrafında qardaş kimi birləşdi. Belə birliyi heç birimiz görməmişdik. Bizi Qarabağ uğrunda ölüm-dirim döyüşünə gedən Prezident birləşdirdi. Əbədi olsun bu birlik - deyirəm. Qarşı tərəfdəki hərc-mərcliyin fonunda bu birliyin əzəməti daha aydın görünür.
İndi ən vacib məsələ, özü də vacib milli məsələ postmüharibə dövründə bizim özümüzü necə aparmağımızla bağlıdır: həm ölkə daxilində, həm də ölkə xaricində. Biz qələbəyə layiq millət olduğumuzu müharibə dövründə olduğu qədər postmüharibə dövründə də nümayiş etdirməliyik. Biz “qaliblərin mədəniyyəti necə olar?!” fikrini hamıya göstərməliyik, xüsusilə də düşmənlərimizə. Biz azad edilmiş torpaqlara nəvaziş, məhəbbət, anlayış və könül xoşluğu gətirməliyik. Mərhəmət gətirməliyik. “Dünən sən mənə bunu etmişdin, mən də sənə bu gün bunu edəcəyəm” ideologiyası ilə biz bu düşmənçiliyi övladlarımıza, nəvə-nəticələrimizə buraxıb gedə bilmərik. Burada mən illər öncə yenə də müdrik Prezidentimizin böyük fəhm və uzaqgörənliklə siyasi-ideoloji müstəviyə gətirdiyi Azərbaycan multikulturalizmi ideyasını xatırlamaya bilmirəm. Bu gün bu ideyanın bizə nə qədər lazım olduğu bir daha hamımıza aydın olur. “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir” fikrini dəfələrlə rəsmi şəkildə qeyd edən Azərbaycan Prezidenti ona nail oldu ki, bu gün bizim haqq müharibəmizi xristian-müsəlman qarşıdurması kimi qələmə vermək istəyənlərə cavab belə verməyə ehtiyac duyulmur. Çünki dünya artıq multikultural Azərbaycanı tanıyır.
Multikulturalizm sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dünya səviyyəsində gördüyü təkzibedilməz işlər, əməllər, Azərbaycanda müxtəlif konfessiya sahiblərinin bir-biri ilə münasibəti, qədim kilsə və məbədlərin bərpası, məscidlərin tikilməsi, konfessiyasından asılı olmayaraq dini-ruhani təbəqəyə get-gedə artan diqqət bu gün bütün dünyanın gözü qarşısında baş verən milli-ideoloji proseslərdir. Azərbaycanda yaşayan milli icmaların Vətən müharibəsindəki iştirakını, göstərdikləri rəşadəti də bura əlavə eləsək, ölkəmizin milli və dini müxtəlifliyinin Ulu Öndərin sözləri ilə desək, Azərbaycanın bütövlükdə gücü olduğunu bir daha sübut etdi. Təsəvvür edin, Vətən müharibəsi və multikulturalizm. Sanki bir-birindən xeyli uzaq mətləblərdir. Amma bir-birinə nə qədər də yaxın imişlər. Ali Baş Komandan hələ neçə il bundan əvvəl özünəməxsus bir fəhmlə hiss edib bilirdi ki, bizim bu boşluğun doldurulmasına ehtiyacımız olacaq. Və hələ o zaman ideoloji siyasəti elə qurdu ki, xalqımızın canında, qanında, ruhunda yaşayan bu multikultural baxışlar yeni bir parlaqlıqda üzə çıxdı, yeni işıqlı görmə bucaqları yaratdı.
Biz hələ çox təəccüb edəcəyik ki, necə oldu bütün bu dediyimiz keyfiyyətlər bir şəxsiyyətin timsalında özünü göstərdi?! Buna çox cavablar axtaracağıq. Ulu Öndərin xidmətləri də unudulmayacaq, cənab İlham Əliyevin fərdi fövqəladə səriştə və bacarığı da qeyd ediləcək, xalqın sevgi və inamının verdiyi güc də diqqətdən kənarda qalmayacaq. Amma bir səbəb də var ki, biz onu çox zaman dilə gətirməyə çətinlik çəkirik. Bu, Allahın inayətidir. Azərbaycan xalqına Allahın inayəti olan İlham Əliyev - xalqının başında, xalqının yanında, xalqının xidmətində olan insan! Mən bu gün onu belə qiymətləndirərdim.
- Bu gün Azərbaycan dəyişir, müasirləşir, daha da inkişaf edir. Siz bu dəyişiklikləri necə xarakterizə edərdiniz?
- Mən bunu bir dəfə demişəm. Bu gün Azərbaycan dəyişir. Dəyişən təkcə onun şəhərləri, kəndləri, bu şəhər və kəndlərdə çəkilən və tikilən yollar, evlər, küçələr deyil. Abadlaşan yaşayış məntəqələri deyil. Bu gün Azərbaycan insanı dəyişir. Bu gün o, ölkəsində, regionda, dünyada gedən proseslərə daha açıq gözlə, daha sayıqlıqla baxır. Artıq ona yalan demək, hətta yalan sırımaq heç də asan məsələ deyil. O, artıq tükü-tükdən seçməyi bacarır. Ona müharibədən sonra verilən saxta və yalan məsləhətlər lazım deyil. Ona başqa ölkə, başqa bayraq, başqa Prezident lazım deyil. O, artıq ictimai mənafeni şəxsi mənafedən üstün tutmağı bacarır. Raketlərlə dağıdılmış evi onun umurunda belə deyil. O, deyir: Vətən sağ olsun. Qarabağ Azərbaycandır. Qarabağ azad olsun.
Bəs biz qarşı tərəfdə nə görürük?! Kəlbəcərdən, Laçından köçən ermənilər evləri yandırır ki, bu evlər azərbaycanlılara qismət olmasın. Guya biz ev tikə bilmirdik?! Başlarına vurmayaq. Amma Avropaya bunu deyək. Qoy bilsinlər, özlərini mədəni və qədim xalq kimi qələmə verənlərin əsl üzü nədən ibarətdir. Avropanın anladığı özəl bir dil var. Evlərin, ağacların yandırılması, ev heyvanlarının öldürülməsi onların başa düşdükləri dildir. Onlar bunu anlayıb bundan dəhşətə gələ bilərlər. Başlarına vurmadığımızı da deyək. Biz belə olarkən güclü oluruq. Bu gücümüzü itirməyək.
Azərbaycan insanı bu gün öz Prezidenti ilə güclüdür. Prezident də bu sadə, əməksevər, ədalətli, haqqı nahaqqa verməyən insanlarla. Mən dəfələrlə şahidi olmuşam ki, Prezidentin Özü, Onun xanımı Mehriban xanım sadə adamlarla necə böyük bir səmimiyyət, məhəbbətlə görüşürlər. Ürəkdən görüşürlər. Prezident, ilk növbədə, onların Prezidentidir. Sonra bütün dünya azərbaycanlıların!
Müharibə təkcə Qarabağa azadlıq gətirmədi, müharibə bizi bizə qaytardı. Bu isə ancaq eyforiya demək deyil. Təkcə sevinc və şənlik demək deyil. Təkcə bayrağa sarılıb nərə çəkmək demək deyil. Bu, çox böyük bir məsuliyyətdir. Əsgərə, zabitə layiq olma məsuliyyəti. Hər kəs öz iş yerində öz görə biləcəyini görməli, dünənkindən daha böyük əzmlə çalışmalıdır. Postmüharibə dövrü bizdən bunu tələb edir. Yaratmaq! Yaratmaq! Yenə də Yaratmaq!
Pandemiya bizə ondan qorunarkən bir-birimizin gözünə baxmağı öyrətdi. Çünki maska geyinənlər, ancaq qarşıdakının gözlərini görə bilir. Biz gözlər vasitəsilə insanları tanımağa başladıq. Biz gözlər vasitəsilə qəlblərə girməyə alışırıq. Biz qəlbimizi dinləməyə çalışırıq və buna öyrəşirik. Bir-birimizin qəlbində bir-birimizə və dünyaya sevgi görək. Mərhəmət, nəvaziş görək. Arzum budur.
Prezidentimizə bir kəlmə ilə müraciət etməli olsaydım, belə müraciət edərdim: MÜZƏFFƏR ÖNDƏR! Və Müzəffər Öndərə qəlbdən gələn təbriklər, təbriklər, təbriklər.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  24-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA