Ana səhifə »  Xəbər lenti »  Möhtərəm Prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı
A+   Yenilə  A-
Möhtərəm Prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı

Milli Məclisin deputatı Malik Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Malik müəllim, 2020-ci ili başa vurmağa sayılı günlər qalır. Hər ilin, hər günün bir hesabatı olduğunu nəzərə alsaq, bu ili necə xarakterizə edərdiniz?
- Başa çatmaqda olan 2020-ci ilin dünyada əsas mövzusu COVID-19-la mübarizə, regionda isə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə tarixə yazılması, yeni reallıqların yaradılmasıdır.
Pandemiyaya qarşı mübarizəyə gəldikdə, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb və görməkdə də davam edir. Ümumdünya Səhiyyə Təşkilatının ilk gündən Azərbaycanla bağlı proqnozu belə olub ki, ölkəmiz bu mübarizədən az itki ilə çıxacaq.
2020-ci ilin mühüm hadisələrindən biri ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Məlum olduğu kimi, ötən ilin sonlarında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli inkişafına dəstək olan, milyonların sevgisini, etimadını qazanan Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımlardan sonra möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında bu il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Milli Məclisin, həmçinin komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması siyasi sistemdə təkmilləşmənin bariz nümunələrindəndir. VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Atılan addımlar nəticəsində ölkədə çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. 9 fevral tarixi, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövlətimizin başçısı qeyd edilən çıxışında parlamentin yeni heyətinə mühüm tövsiyələr verərək, əminliyini ifadə etdi ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Yeni parlamentin formalaşmasından ötən qısa müddətdə qəbul olunan qanun layihələri, həmçinin bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təkmilləşmənin müasir dövrün tələbləri sırasında olduğuna, ən əsası dövlətimizin başçısı İlham Əliyevin tövsiyələrinə uyğun olaraq qanunvericilik bazası hazırlanarkən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verildiyini təsdiqləyir. Eyni zamanda, möhtərəm Prezidentimiz həmin proqram və tövsiyə xarakerli çıxışında millət vəkillərini ölkədə gedən proseslərdə fəal iştirak etməyə, seçiciləri ilə mütəmadi görüşərək onların problemləri ilə yaxından tanış olmağa və bu problemləri icra orqanları qarşısında qaldırmağa çağırışlar etmişdir. Vətəndaş məmnunluğunun artırılması, ölkə ictimaiyyətini narahat edən məsələlərin öz həllini tapması dövlətimizin başçısı İlham Əliyevin daim gündəmdə saxladığı məsələlər sırasındandır.
- Cənab İlham Əliyevin son 17 ildə atdığı hər bir addım “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinin reallıqda təsdiqidir. Günümüzün bu gerçəkliyini necə şərh edərdiniz?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin son 17 ildə fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı dayanıb. 2003-cü il oktyabrın 1-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev xalqa müraciətində əminliklə ifadə etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Cənab İlham Əliyevin 17 illik fəaliyyəti, yeni inkişaf modeli əsasında Azərbaycana davamlı uğurlar qazandırması bu inamın, etimadın real həyatda təsdiqidir. Son 17 ilə qısa nəzər salanda dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfinin güclü Azərbaycan dövlətinin formalaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi, sosial və mədəni infrastrukturun yaradılması, əhalinin sosial rifahının təmin edilməsi, sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi, güclü və müasir ordunun yaradılması, ümumiyyətlə, bu məqsədlərə çataraq yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu görürük. Cənab İlham Əliyevin islahatlar kursu ölkəmizin hərtərəfli inkşafını təmin etdi, ən əsası “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini reallığa çevirdi.
Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi, həmçinin dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması və sair kimi biri-birindən önəmli addımlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu daha da möhkəmləndirir. Azərbaycan ötən dövrdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Dövlətimizin siyasətində insan amilinə dəyər cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “neft kapitalını insan kapitalına çevirək” tezisində özünün aydın ifadəsini tapdı. Bu baxımdan bu tezis özündə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaiti deyil, Azərbaycan vətəndaşına hər yerdə hörmətin olunmasını, dövlət məmurlarının xalqın qayğıları ilə yaşayıb onların problemlərinin həllinə dəstək olmalarını ehtiva edir. Prezident Öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının vacibliyini örnək göstərir. Daim Öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 50 illik yubileyində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin açılışında iştirak etməsi bu gün də ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə xatırlanır. Prezidentimizin ən xoş anını, sevincini paylaşmaq üçün ictimaiyyətlə görüşə daha çox maraq göstərməsi, səmimiyyəti ona olan sevgini, etimadı daha da artıran məqamlardandır. Həmin açılış mərasimində cənab İham Əliyev bildirmişdir ki, bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik: “Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir”.
Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onların arzularını, istəklərini dinləmək cənab İlham Əliyev üçün hər zaman önəmli olub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdıqdan sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza - Cəbrayıl, Füzuli və Ağdama səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları da bu birliyin, həmrəyliyin təzahürüdür. Ölkə Prezidenti daim xalqa arxalandığını, xalqdan güc aldığını bildirir. 44 günlük Vətən müharibəsi bu birliyin sarsılmazlığını bir daha nümayiş etdirdi.
- Malik müəllim, şanlı Qələbəmizə gedən yola bir nəzər salmağınızı istərdik. Artıq zaman hakimliyini, tarix yaddaşlığını ortaya qoyaraq işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 il danışıqları imitasiya naminə, vaxt uzatmaq üçün apardıqlarını təsdiqlədi...
- Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi həqiqət anı idi. Kimin haqqın-ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğu bir daha açıqlandı. Bu, 44 günlük müharibə dövrünün reallıqlarıdır. 30 ilə baxış fonunda isə Ermənistanın işğal altında saxladığı torpaqları öz xoşu ilə vermək istəmədiyi, havadarlarının isə beynəlxalq hüququ, ədaləti kobud şəkildə pozaraq təcavüzkara bu niyyətini gerçəkləşdirməkdə yardımçı olduğu açıq-aydın görünür. Ermənistanın yeni ərazilər uğrunda müharibə planı olduğunu rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi.
Bu il işğalçı Ermənistan Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədib. İyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirdilər və bu hərbi təxribat nəticəsində hərbçilərimiz həlak oldu, yaralandılar. Ermənistan torpaqlarımızı işğal etmək istəyini nümayiş etdirdi. Amma Azərbaycan Ordusu layiqli cavab verərək onları yerinə oturtdu. Bu əməliyyatın da Azərbaycan Ordusunun şanlı tarixində öz yeri var. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri düşmənə dərs verdi, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl - 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu.
Bu ilin avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumları zamanı kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı, mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Dövlətimizin başçısı İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, “artıq yetər, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” söylədik. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik” əmrinə uyğun olaraq ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirərək 44 günlük Vətən müharibəsini Azərbaycanın siyasi Qələbəsi ilə başa vurdu.
- Malik müəllim, bu günün reallıqları belə ümumiləşdirmə aparmağa əsas verirmi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək, möhtərəm Prezidentimiz İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adlarını tarixə qızıl hərflərlə yazdılar?
- Əlbəttə, Ümummilli Lider yeni Azərbaycan qurdu. O Azərbaycan ki, bu gün möhkəm bünövrəsi olan binaya bənzədilir. Mərtəbələrinin sayı gündən-günə artdıqca, daha möhtəşəm, qürurverici görünür. Azərbaycan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində son 17 ildə daha da zirvələrə yüksəlir. Yeni əsrin yeni Lideri olan Prezident İlham Əliyev Öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən, güc toplayan Azərbaycan xalqı, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğaldan azad olunan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşamızın işğaldan azad olunduğu günün - 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi, Qələbəmizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır. Daim xalqı ilə bir olan, onun xoşbəxt gələcəyini düşünən Liderə milyonların sevgisi, etimadı şəksizdir. Zəfər paradında dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi bu əminliyi bir daha xatırlatmaq istərdik: “Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək”. Bu fikirlər beynəlxalq səviyyədə ifadə edilir ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir. Hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. Zəfərimiz günbəgün qüdrətlənən, ən islahatçı ölkələr sırasında qərarlaşan Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Zəfərin mübarək Azərbaycan! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Yeni ilə Zəfərinlə addımla məğrur, yenilməz Azərbaycan xalqı!

 
  • Oxunub:  1680  |  
  • Tarix:  24-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir
18 Yanvar 12:10
"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
18 Yanvar 11:58
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq
18 Yanvar 11:56
Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”
18 Yanvar 11:54
Oqtay Şirəliyev: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşısı "Sinovac" şirkətinin vaksinidir”
18 Yanvar 11:47
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18 Yanvar 11:44
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
18 Yanvar 11:42
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:11
Azərbaycanda vaksinasiya prosesi başlayıb
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA