Ana səhifə »  Xəbər lenti »  2021-ci ilin büdcə zərfi Milli Məclisin 7 komitəsinin birgə iclasında müzakirə olunub
A+   Yenilə  A-
2021-ci ilin büdcə zərfi Milli Məclisin 7 komitəsinin birgə iclasında müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 8 məsələdən ibarət gündəlikdəki qanun layihələrinin beşi büdcə zərfinə daxildir.

İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, bu sənəd komitədə çox geniş müzakirə olunub və Milli Məclis sədrinin tapşırığına əsasən bütün komitələrin deputatları üçün translyasiya edilib, bu, Azərbaycan parlamentinin tarixində bir ilkdir.

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq büdcə zərfi və Hesablama Palatasının rəyi deputatlara təqdim olunub. Qısa müddətdə belə bir rəyin hazırlanması təqdirəlayiqdir. Gələn ilin büdcəsi manat ifadəsində Azərbaycanın ən böyük büdcəsidir. Qarabağda qazanılmış Qələbənin iqtisadi sahəyə transformasiya olunması büdcədə öz əksini tapıb. Pandemiya ilə əlaqədar dünya və ölkə iqtisadiyyatının cari ildə çətinliklər yaşamasına baxmayaraq 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 3,4 faiz artması planlaşdırılır.

Daha sonra “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Tahir Mirkişili deyib ki, gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni miqdarda olmaqla 157 milyon 769 min 146 manat nəzərdə tutulub.

Onlayn iclasda gündəlikdəki 6 məsələni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, 44 günlük müharibədə qazandığımız Zəfər büdcə parametrlərinin müəyyənləşməsinə də ciddi təsir göstərib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə yanaşı şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli də diqqət mərkəzinə çəkilib. Hər zaman olduğu kimi, yeni büdcədə də sosial sahəyə üstünlük verilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsinə əsasən, bu fondun gələn il üçün həm gəlirləri, həm də xərcləri 5 milyard 146 milyon 30 min 160 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 161 milyon manat və ya 7,5 faiz çoxdur. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 68,4 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək.

Deputatların diqqətinə çatdırılıb ki, büdcə zərfindəki qanun layihələrində 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. 2021-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 170 manat məbləğində nəzərdə tutulur.

Komitədə birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsi də ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda büdcə zərfi barədə fikirlərini açıqlayan maliyyə naziri Samir Şərifov əvvəlcə 2021-ci ilin büdcə müzakirələrinin bu formatda təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsi ölkəmiz üçün əlamətdar bir dövrdə hazırlanıb. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi-siyasi təcavüzünə son qoyub, tezliklə soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Gələn ilin büdcəsində işğaldan azad olunmuş bölgədə bərpa və yenidənqurma işlərinə 2,2 milyard manat məqsədli vəsait ayrılıb.

Nazir vurğulayıb ki, layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat müəyyənləşdirilib. Samir Şərifov deputatlara 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat, elm və təhsil, səhiyyə və mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti və digər sahələrin fəaliyyətinə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verib.

Sonra iclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev büdcə zərfində bu sahəyə ayrılan vəsaitlər və başçılıq etdiyi sahənin fəaliyyət planları barədə parlamentarlara geniş məlumat verib. Bildirib ki, cari ildəki bütün çətinliklərə baxmayaraq, hökumətin ana xətti əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və bütün sosial proqramların icra olunmasıdır.

Nazir qeyd edib ki, DSMF-nin gələn il üçün büdcəsi 2020-ci ilin dürüstləşdirilmiş büdcəsindən 361 milyon manat və ya 8 faiz çoxdur. Büdcədəki bir sıra göstəricilər özəl sektorun inkişafına, iqtisadiyyatda daha aktiv rol almasına imkan yaradacaq. Vergi güzəştlərinin tətbiqi, minimum əmək haqqının 130 manatdan 250 manata qaldırıldığı barədə danışan nazir bir sıra əlaqədar nazirlik və qurumların səyləri ilə özəl sektorda çox ciddi leqallaşmaya nail olunduğunu vurğulayıb. Bunun nəticəsində əldə edilən gəlirlərin məqsədyönlü sahələrə yönəldildiyini deyib.

DOST-un fəaliyyəti, sosial dəstək tədbirləri, şəhid və qazi ailələrinə göstərilən diqqət, rekord sayda ailənin özünüməşğulluq layihəsinə cəlb edildiyi və sair barədə məlumat verib. Sahil Babayev qeyd edib ki, nazirliyin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi inkişafına töhfə verməkdir, 2021-ci ildə əsas diqqət bu bölgələrə geri dönəcək vətəndaşlarımızın layiqli məşğulluğunun təmin olunmasına yönəldiləcək.

Müzakirə zamanı Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputat Arzu Nağıyev vurğulayıblar ki, qalib xalqın nümayəndəsi kimi dövlət büdcəsinin müzakirəsini aparmaq qürur və iftixar doğurur.

Çıxışlarda büdcənin peşəkarlıqla hazırlanması və sosialyönümlü olması, Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizlə qazilərimizin şücaəti sayəsində işğaldan azad olunmuş Dağlıq Qarabağın və ətraf bölgələrimizin bərpasına büdcədə xüsusi diqqət ayrılması yüksək dəyərləndirilib. Təkliflər irəli sürülüb, tövsiyələr bildirilib.

Yekunda nazirlər Samir Şərifov və Sahil Babayev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Yeddi komitənin birgə iclasında Azərbaycan Respublikasının 2021-ci il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdıqdan sonra deputatların yekdil qərarı ilə baxılan məsələlərin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 21:17
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
20 Yanvar 21:14
ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib
20 Yanvar 20:39
20 Yanvar xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir gündür
20 Yanvar 20:30
Pakistanın müxtəlif universitetlərinin tələbələri üçün “Şəhidlikdən Qələbəyə” adlı mühazirə təqdim olunub
20 Yanvar 19:36
Misirdə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual tədbir keçirilib
20 Yanvar 19:34
Tədqiqatçı-yazar: 20 Yanvar qardaş Azərbaycanın azadlığına və müstəqilliyinə aparan yolda bir işıq kimi yandı
20 Yanvar 19:14
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
20 Yanvar 19:13
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad edilir
20 Yanvar 18:57
İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib
20 Yanvar 18:51
Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq!
20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA