Ana səhifə »  Xəbər lenti »  Parlament komitələrin birgə iclasında 2021-ci ilin büdcəsi müzakirə olunub
A+   Yenilə  A-
Parlament komitələrin birgə iclasında 2021-ci ilin büdcəsi müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, hüquq siyasəti və dövlət quruculuğu, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının şanlı dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə ili kimi həkk olunub. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə yeni dövrə qədəm qoyub. Bu yeni mərhələdə dövlət orqanları qarşısında işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm çağırışlar formalaşıb.

Qeyd edilib ki, bu il, eyni zamanda, bütün dünyanı əhatə etmiş pandemiya ilə mübarizə ili kimi də yadda qalacaq. Azərbaycanda koronovirusun müalicə ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkəmiz Dünya Səhiyyə Təşkilatına və 30-dan artıq dövlətə 10 milyon dollar həcmində yardım göstərib. Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatının xüsusi sessiyasının keçirilməsi ilə bağlı xüsusi təşəbbüsü oldu və oktyabr ayında bu sessiya baş tutdu. Cənab Prezident bu tədbirdə həm Qoşulmama Hərəkatının üzvü olan 120 dövlətin adından, həm də Azərbaycan Prezidenti kimi çıxış etdi. Sessiyada pandemiya ilə mübarizənin yolları barədə geniş fikir mübadiləsi aparıldı. Cənab Prezident həmin tədbirdə Azərbaycanın verdiyi töhfələrdən bəhs edib və xüsusi vurğulayıb ki, pandemiyadan əziyyət çəkən ölkələrə vaksinlərin verilməsi bərabər şəraitdə aparılmalıdır. Bu sessiya bir daha göstərdi ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu getdikcə artmaqdadır.

Sonra Ziyafət Əsgərov 2021-ci ilin dövlət büdcəsinin ümumi parametrləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur.

Qeyd olunub ki, 2021-ci il dövlət büdcəsinin əsas prioritetləri işğaldan azad olunmuş ərazilərin bərpası, ölkənin müdafiə potensialının gücləndirilməsinin davam etdirilməsi və pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləridir. Növbəti ilin dövlət büdcəsinin ümumi xərclərinin 63,1 faizi cari xərclərə, 29,2 faizi əsaslı xərclərə, 7,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur.

Xərclərin əsas istiqamətləri müəyyən edilərkən ən ümdə prioritet kimi qəbul edilən və 2020-ci ildə Azərbaycan xalqının apardığı Vətən müharibəsi nəticəsində 30 ilə yaxın bir müddətdən sonra düşmən işğalından azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin görülməsi, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı çağırışlar, eləcə də qlobal iqtisadi vəziyyət və tendensiyalar nəzərə alınıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, bu ərazilərdə müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılacaq.

2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 faiz çoxdur.

Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2,1 milyard manat, cari illə müqayisədə 500 milyon manat və ya 31,3 faiz çox vəsait nəzərdə tutulub.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə ilə bağlı fikirlərini aşıqlayaraq bildirib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artım və pozitiv meyillərlə başlayacaq. Növbəti ildə ümumi daxili məhsulda 3,4 faiz artım gözlənilir, neftin qiymətinin daha yüksək olması planlaşdırılır. Neftin qiymətinin büdcədə 40 dollardan götürülməsi növbəti ilin büdcəsinin daha dayanıqlı olmasına əsas verir. Qeyd edilib ki, təqdim olunmuş sənəddə büdcənin riskləri də aydın şəkildə göstərilib. Bu, eyni zamanda, növbəti il üçün pul siyasətinin və fiskal büdcə siyasətinin istiqamətlərinin göstərilməsi daha çox təhlil aparmağa imkan verir.

Komitə sədri 2021-ci ildə Azərbaycan dövləti və iqtisadiyyatı qarşısında duran mühüm çağırışlardan bəhs edib. Bildirilib ki, bu çağırışlardan biri pandemiya ilə mübarizə tədbirləridir. Ümumi proqnozlara görə, peyvəndin tətbiq olunması mart-aprel aylarına qədər planlaşdırılır. Azərbaycan iqtisadiyyatı və büdcəsi buna hazırdır. Növbəti il iqtisadi cəhətdən dövlətlə özəl sektor arasında yeni münasibətlərin qurulmasında mühüm il olacaq.

Tahir Mirkişili bildirib ki, komitənin ümumi rəyi ondan ibarətdir ki, büdcə məqbuldur, ölkə Prezidenti tərəfindən Azərbaycan dövləti və cəmiyyəti qarşısında qoyulan çağırışlara cavab vermək üçün mühüm maliyyə mənbələri və imkanları yaradır.

Onlayn iclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2021-ci ildə də 2020-ci ildə həyata keçirilən büdcə siyasətinin davam etdirilməsi vacibdir. Bizim büdcə xərclərimiz daha da artıq olmalıdır ki, biz iqtisadiyyatımızın inkişafına əlavə təkan verək, əsasən də iqtisadi aktivliyi canlandıraq və sahibkarlara dəstək verə bilək. Qeyd olunub ki, növbəti il qarşımızda böyük vəzifələr durur. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası, ordumuzun hərbi qüdrətinin möhkəmlənməsi ilə əlaqədar müvafiq maliyyə təminatı yaradılmalıdır. Eyni zamanda, sosial proqramların həyata keçirilməsi, dövlətin beynəlxalq miqyasda fəaliyyətinin təbliğ edilməsi, təhsil, mədəniyyət, digər sahələrin maliyyələşməsi təmin olunmalıdır.

Maliyyə naziri 2021-ci ilin dövlət büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verdikdən sonra bildirib ki, növbəti ilin büdcəsi tarixi büdcədir. Ona görə ki, biz Qələbə qazanmış dövlətin büdcəsini təqdim edirik. Bu büdcə, ilk növbədə, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün şəraitin yaradılması, orada müvafiq infrastrukturun qurulması, iş yerlərinin açılması kimi önəmli vəzifələrin həyata keçirilməsini təmin edəcək. Eyni zamanda, əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaradan büdcədir.

Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Sadiq Qurbanov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Kamran Bayramov, Səttar Mehbalıyev, Nigar Arpadarai, Elman Nəsirov, Aydın Mirzəzadə, Asim Mollazadə 2021-ci ilin dövlət büdcəsi barədə fikirlərini açıqlayıblar.

Müzakirələrin yekununda maliyyə naziri Samir Şərifov millət vəkillərinin səsləndirdikləri bəzi məqamlara aydınlıq gətirib.

Tədbirin sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6