Ana səhifə »  Xəbər lenti »  Ermənilər tərəfindən təhdid olunan italyan senator: Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamır
A+   Yenilə  A-
Ermənilər tərəfindən təhdid olunan italyan senator: Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamır

İtaliya Senatının üzvü, dekabrın 5-7-də İtaliya parlament nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş senator Maria Rizzotti ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb. Senator, həmçinin səfərdən sonra İtaliya parlamentarilərinə qarşı ermənilər tərəfdən edilən təzyiq və təhdidlərdən danışaraq deyib: “Nümayəndə heyətinin üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən də narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, parlament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə o qədər də sülhə meyilli və sülh istəyən təəssüratı bağışlamır. Təkrar edirəm, bununla polis məşğul olacaq, təhqirin sosial şəbəkələrə xas olduğunu bilirik, fiziki təhdidlər isə başqa məsələdir və tam fərqlı kontekstə aiddir”.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədləri barədə suala cavab verən senator nümayəndə heyətinin missiyasının məhz araşdırma və sülh məqsədi daşıdığını deyib. “Bilirəm ki, Ermənistan vətəndaşları hökumətlərinin sülh seçiminə etiraz edirlər və bu, təbii ki, yaxşı əlamət deyil. Azərbaycan hökumətinin üzvləri, Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistanın işğalından azad olunan bütün ərazilərdə azərbaycanlılar ermənilərlə sülh və dinc şəraitdə yaşaya bilərlər. İllər ərzində Avropa Şurası, NATO və BMT Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması barədə və uzunmüddətli sülhü bərqərar etmə yollarının müəyyən olunması üçün qətnamələr qəbul edib. Söhbət beynəlxalq səviyyədə atılmış addımlardan gedir. Yerevanın bu münasibəti təəccüb doğurur. Çünki məsələn, təkcə Bakıda 20 mindən çox erməni mükəmməl əmin-amanlıq içərisində yaşayır. Azərbaycan 1918-ci ildə - ABŞ-dan da əvvəl qadınların səsvermə hüququnu tanıyan birinci dünyəvi müsəlman ölkəsi olub. Ona görə də müxtəlif dinlərin sülh şəraitində birgəyaşayışı həmişə Azərbaycan xas xüsusiyyət olub. Təsadüfi deyil ki, dini bayramlar zamanı bir icmanın rəhbəri fərqli etnik və dini mənsubiyyəti olan digər həmkarını da dəvət edir. Bir çox yerdə, təkcə Bakıda deyil, Avropadan kənar başqa ölkələrdə də ermənilərin azərbaycanlılarla sülh şəraitində birgə yaşaması artıq reallıqdır. Ona görə də Ermənistan tərəfindən belə sərt münasibət məni təəccübləndirir”, - deyə italyan senator bildirib.

Maria Rizzotti qeyd edib ki, əgər Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsəydi, münaqişə baş verməzdi. Senator işğal vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən danışaraq Xocalı qətliamını xatırladıb və bir gecə içində 600-dan çox mülki azərbaycanlının qətlə yetirildiyini, ümumilikdə isə 1 milyondan artıq azərbaycanlının öz torpaqlarını tərk etməyə məcbur edildiyini deyib.

Münaqişədə digər ölkələrin rolu ilə bağlı sualı cavablandıran senator bildirib: “Türkiyə Azərbaycana mənəvi dəstək verərək Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin tam yerinə yetirilməsinə çağırıb. Rusiya isə Ermənistana yaxın ölkə olmasına baxmayaraq, hər zaman deyib ki, “biz Ermənistanı müdafiə məqsədilə yalnız onun ərazilərinə hücum olunduğu təqdirdə müdaxilə edə bilərik”. Azərbaycan isə Ermənistan ərazisinə hücum etməyib. Hərbi əməliyyatlar yalnız Ermənistan tərəfindən işğal olunan ərazilərdə həyata keçirilib. Təəssüf ki, kasetli bombalar vasitəsilə Azərbaycan şəhərlərinə edilən hücumların şahidi olduq”.

Senator vurğulayıb ki, ədalət bərqərar olmadan sülh mümkün deyil və beynəlxalq təşkilatların buna nail olmaq üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonun azad edilməsi ilə bağlı qətnamələr qəbul etməsi təsadüfi deyil.

Jurnalist erməni tərəfinin həmin qətnamələrin müharibə müddətində qəbul olunduğu və atəşkəsə nail olmaq məqsədi daşıdığı və onların yerinə yetirilməsi üçün Ermənistandan Dağlıq Qarabağdakı ermənilər üzərində olan nüfuzundan istifadə etməyi istədiyi, bu qətnamələrin Ermənistanın Azərbaycanın 7 rayonunun işğalına görə məsuliyyət daşıdığını nəzərdə tutmadığını iddia etməsi ilə bağlı senatorun fikirlərini soruşub. Sualı cavablandıran parlamentari deyib: “Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri atəşkəsdən əlavə, bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi ki, bu da 27 il ərzində həyata keçirilmədi. Bundan əlavə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı digər qətnamələr qəbul olunub və buna 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyinə görə məsuliyyət daşıdığı bildirilən və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnaməni misal göstərmək olar. Həm də deyə bilərəm ki, işğal həmin ərazilərdə yaşayış, dini, sənaye və kənd təsərrüfatı əhəmiyyətli bütün reallıqların tam məhvinə gətirib çıxarıb”.

Senator münaqişənin səbəblərinin də təhrif olunduğunu və bunun dini müharibə olmadığını, Azərbaycanın müsəlman çoxluqlu dünyəvi və din azadlığının tam təmin edildiyi ölkə olduğunu, eyni zamanda, qadınların cəmiyyətdə müstəsna rol oynadıqlarını və dövlət idarələrində mühüm vəzifələr tutduqlarını bildirib.

Jurnalistin münaqişənin ən gərgin mərhələsində Türkiyə tərəfindən Suriya muzdlularının Dağlıq Qarabağa göndərilməsi barədə suala senator belə cavab verib: “Bunu siz və sizin mənbələriniz deyir. Mən bilirəm ki, bu fakt inkar olunub və bu barədə sübutlar yoxdur. Mən dəlillərə güvənirəm. Heç bir beynəlxalq təşkilat, nə də orada olan ruslar muzdluların mövcudluğunu təsdiq etmədi. Amma bilirəm ki, Livandan və başqa ölkələrdən erməni dəstələri vuruşmağa gediblər. Ermənistanın hakim dairələri də başqa ölkələrdən gələn erməni əsilli muzdluların ordu sıralarında mövcudluğunu etiraf ediblər”.

Azərbaycan mülki əhalisinə qarşı istifadə olunan kasetli bombaların nəticələrini öz gözləri ilə gördüklərini deyən Maria Rizzotti bildirib: “İşğaldan azad olunmuş bütün ərazilər minalarla doludur və bu əraziləri yararlı vəziyyətə gətirmək üçün illər lazım olacaq. Əgər bir və ya digər tərəfin bir-birinə qarşı nələr etdiyini düşünməyə davam etsək, sülhə qarşı olan hissləri qidalandırmış olacağıq. Özü də bir halda ki, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilərin xoş qarşılanacağı rəsmi olaraq açıqlanıb”.

İtalyan senator Ermənistanda hökumət binasının qarşısında keçirilən etirazların, italyan parlament nümayəndə heyətinin üzvlərinin ölümlə hədələnməsi kimi halların erməni tərəfinin sülhə olan münasibətinin göstəriciləri olduğunu deyib. Uzunmüddətli və davamlı sülh üçün bir yolun tapılacağına ümid etdiyini bildirən senator Azərbaycana missiyanın məqsədinin dialoqu gücləndirmək olduğunu vurğulayan Maria Rizzotti diqqətə çatdırıb: “Çətin bir dövr arxada qoyulmalı, məlumatlandırma işi davam etdirilməlidir. Keçmişlə yaşayıb, keçmişə baxmaqla sülhə nail olmaq mümkün deyil. Müharibə ölkələrə rifah gətirmir. Bu səhifəni bağlamaq və inkişafa nail olmaq üçün ədaləti təmin etmək əsas şərtdir.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA