Prezident İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir. Azərbaycan beynəlxalq arenada çox mühüm rol oynayır. Heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı uğura ən böyük töhfəni Azərbaycan dövlətinin başçısı verib.
Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
L. Marçenkonun fikrincə, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq sayəsində ölkəmizin xarici əlaqələri daha da möhkəmlənib. Ukrayna ilə Azərbaycanın birgə layihələri də sevindirir. Bu il ticarət və nəqliyyat, bərpa olunan enerji istehsalı və başqa sahələrdə ölkələrimizin əməkdaşlığı daha da genişlənib və möhkəmlənib.
Yaxın günlərdə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Turizm məsələlərinə dair Ukrayna–Azərbaycan işçi qrupu ildə iki dəfə növbə ilə hər iki ölkənin şəhərlərində və turizm mərkəzlərində müvafiq forumlar keçirilməsi barədə razılığa gəliblər.
Lyudmila Marçenko daha sonra deyib: “2020-ci ildə cənab Əliyevin əsas xidməti və ən böyük qələbəsi, əlbəttə, Qarabağdır. Otuz ilə yaxın davam etmiş işğaldan sonra Azərbaycan torpaqlarının azad edilməsi respublikanın yeni tarixində ən böyük hadisədir. Azərbaycan xalqı bu günü 30 il gözləyib! Bu böyük qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun rəşadəti sayəsində qazanılıb.
Fürsətdən istifadə edib cənab İlham Əliyevi qarşıdan gələn Yeni il bayramı və onun doğum günü münasibətilə də təbrik etmək, ona möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, mühüm dövləti fəaliyyətində uğurlar, bütün planlarının və ideyalarının həyata keçməsini arzu edirəm”.
- Oxunub: 2100 |
- Tarix: 23-12-2020 |
-
Çap et |