Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyevin siyasəti güclü dövlət, güclü vətəndaş fəlsəfəsinə əsaslanır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin siyasəti güclü dövlət, güclü vətəndaş fəlsəfəsinə əsaslanır

2020-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağı indi nə tarixçilərdə, nə də sadə vətəndaşlarda şübhə doğurur. Azərbaycan bu il, sözün həqiqi mənasında, gələcək nəsillərin də qürurla xatırlayacağı böyük bir Qələbəyə imza atdı. 44 gün davam edən Vətən müharibəsi ölkənin ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda qüvvələr balansının yeni konfiqurasiyasını formalaşdırdı. Azərbaycan Ermənistanın 30 il davam edən işğalına son qoymaqla, Cənubi Qafqazda əsl söz sahibinin kim olduğunu bir daha dünyaya nümayiş etdirdi. Heç şübhəsiz ki, bu tarixi Qələbənin əsas müəllifi ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək qısa müddətdə güclü dövlət və qüdrətli ordu yaratmağa müvəffəq olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ilin demək olar bütün mərhələlərində ən əsas məsələ Azərbaycan xalqının milli hədəfi kimi ictimai şüurda özünə kök salmış ərazi bütövlüyünün təmin olunması idi. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən dövlətin çoxşaxəli fəaliyyətini bu müqəddəs vəzifənin uğurla həyata keçirilməsi üçün zəruri şərtlərin təmin olunması istiqamətində qurmağa nail oldu.

Azərbaycanda iqtisadi və sosial sahədə aparılan ardıcıl, sistemli islahatlar qısa müddət ərzində ölkənin iqtisadi imkanlarının xeyli dərəcədə genişləndirilməsinə, uğurlu sosial dövlət modelinin qurulmasına imkan yaratdı. Bu günlərdə "Doing Business” hesabatında müəyyən edilən indikatorlar üzrə Azərbaycanın mövqelərinin əhəmiyyətli dərəcədə yüksəlməsi və 190 ölkə arasında qabaqcıl yerlərdə qərarlaşması bu islahatların kifayət qədər düşünülmüş strategiyaya əsaslandığının daha bir sübutu kimi qiymətləndirilə bilər. Dünya Bankının daxili auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticəsinə əsasən, Azərbaycanın "Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb və ölkəmiz bir daha dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil olub. İslahatların "Elektrik təchizatı şəbəkələrinə qoşulma”, "Müqavilələrin icrası” və "Sərhəddə ticarət” indikatorları üzrə "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və ya daha az balla qiymətləndirildiyi məlum olub. Düzəlişlərdən sonra isə "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Bununla da Azərbaycanın qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən dünyanın ən islahatçı on ölkəsindən biri kimi qiymətləndirilib.

Ötən müddətdə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri qlobal əhəmiyyətli layihələrdə fəal iştirak etməklə Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətlilik İndeksinə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətləri üzrə 12-ci, dəniz limanı xidmətləri üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə isə 27-ci yerdə qərarlaşmışdı.

Ölkənin enerji resurslarının səmərəli istifadəsi, iqtisadi azadlıqların təmin olunması, kölgə iqtisadiyyatı ilə mübarizə və digər sahələrdə əldə olunmuş uğurlar makroiqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan yaratmışdı. Azərbaycan indi iqtisadi baxımdan regionun ən güclü dövləti kimi bütün dünya tərəfindən qəbul olunur.

Azərbaycanda həyata keçirilən sosial islahatlar isə dövlətin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də güclü vətəndaş, mütəşəkkil cəmiyyətin formalaşdırılmasını hədəfləyən strateji baxışın nəticəsidir. COVİD-19 pandemiyasının yaratdığı yeni və son dərəcə mürəkkəb reallıqlarda belə dövlət tərəfindən vətəndaşların sosial müdafiəsinin təmin olunmasına yönəlmiş islahatlar kompleksinin davam etdirilməsi dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə yeni stimul verdi. Sosial islahatlar əhalinin aztəminatlı hissəsindən tutmuş fiziki məhdudiyyətli şəxslərə, müharibə əlillərinə və veteranlarına, məcburi köçkünlərə, şəhid ailələrinə, eləcə də bu kateqoriyadan olan digər təbəqələrə qədər böyük bir qrupu əhatə edirdi. Bu tədbirlərin ən əsas məqsədinin insanların rifahını yaxşılaşdırmaqdan ibarət olduğu sözsüzdür, lakin bu, nəticə etibarilə həm də dövlətin gücünü artıran islahatlar konsepsiyası kimi səciyyələndirilməlidir. Çünki, güclü vətəndaş elə güclü dövlət deməkdir. Başqa sözlə desək, vətəndaşı güclü olmayan dövlət özü güclü ola bilməz. Azərbaycanda aparılan sosial islahatların fəlsəfəsi də elə bundan ibarət idi.

Azərbaycanın ötən dövrdə həyata keçirdiyi xarici siyasət kursunun da başlıca hədəfi Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquqa əsaslana, tarixi reallığa istinad edən həllinə nail olmaqdan ibarət olmuşdu. Bu məqsədlə Azərbaycan dövləti bütün beynəlxalq platformalarda sistemli iş aparırdı. Məhz görülən ardıcıl işlərin nəticəsi olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bütün dünyanı inandırmağa nail olundu. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı geosiyasi proseslərə təsir imkanlarının artmasında mühüm rol oynayırdı. Qoşulmama Hərəkatına sədrlik, BMT BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyət Azərbaycanın nüfuzunun artmasına böyük töhfələr verdi. Torpaqlarının 20 faizi işğal altında olan bir ölkə üçün, beynəlxalq platformalarda diplomatik fəaliyyətin uğurlu təşkili son dərəcə mühüm əhəmiyyətə malik idi. 2020-ci ilin payızında – Vətən Müharibəsinin davam etdiyi günlərdə biz bunun bir daha şahidi olduq.

Heç şübhəsiz ki, iqtisadi imkanların artması ordu quruculuğu sahəsində də həyata keçirilən islahatların uğurla nəticələnməsini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ordusunun müasir döyüş standartlarına uyğun modernləşməsi həyata keçirildi. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlarının Azərbaycanda qoşun növlərinin silahlanmasında yer alması ordunun imkanlarını əhəmiyyətli dərəcədə artırdı.

Bu gün Azərbaycan vətəndaşı yeni bir reallıqda yaşayır. O, güclü orduya, beynəlxalq aləmdə layiq olduğu siyasi nüfuza, dayanıqlı iqtisadiyyata sahib qalib ölkənin vətəndaşıdır. Bu reallığı yaratmaq üçün Azərbaycan uzun, bəzi məqamlarda çətin yol keçməli oldu. Lakin məhz Prezident İlham Əliyevin liderliyi, müdrikliyi, uzaqgörənliyi, tarixi prosesləri düzgün qiymətləndirmək bacarığı bütün çətin vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan xalqı yeni bir tarix yazdı. Bu tarixdə dünyanın harasında yaşamasından, sosial statusundan, dünyagörüşündən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlının imzası var. Çünki məhz xalqımızın birliyi, həmrəyliyi, öz liderinə sonsuz inamı bizim qələbələrimizin qayəsini təşkil edir. Bu inamı, bu birliyi yaradansa cənab İlham Əliyevdir. Azərbaycan Prezidentinin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bu gün milyonlarla azərbaycanlının inamının başlıca mənbəyidir.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır
26 Yanvar 08:56
Ölkəmizdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir
25 Yanvar 22:40
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib
25 Yanvar 21:45
Səməd Seyidov: AŞPA-dakı bəzi qrupların gərginliyi səngiməyib, onlar vəziyyəti qızışdırmağa çalışırlar
25 Yanvar 20:49
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
25 Yanvar 20:43
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 20:37
Səməd Seyidov: Ermənilərin AŞPA-da Azərbaycanla bağlı əsassız iddiaları tamamilə iflasa uğradı
25 Yanvar 20:34
Ölkəmizdə əlillərə, şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilir
25 Yanvar 20:29
Rafael Hüseynov: Ermənistan nümayəndə heyətinin üzvləri təxribatçı çıxışlarına son qoymalıdırlar
25 Yanvar 20:24
Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib
25 Yanvar 20:20
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 19:48
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 19:45
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
25 Yanvar 19:45
Azərbaycanda koronavirusdan 273 nəfər sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 18:23
Hande Harmancı: "İlkin səhiyyə xidməti nəticəsində ildə 24 min insanın həyatını xilas etmək mümkündür"
25 Yanvar 18:17
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
25 Yanvar 18:13
Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb
25 Yanvar 18:11
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsinin ilk görüşü olub
25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
25 Yanvar 17:43
MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb
25 Yanvar 17:42
Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5