Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz qərarı ilə işğal altındakı torpaqlarını düşməndən azad etdi

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz qərarı ilə işğal altındakı torpaqlarını düşməndən azad etdi

23.12.2020 [14:54]

Qarabağda otuz ildir biganə yanaşılan işğalın sonra çatmasına dəstəyimizi verdik. Azərbaycanlı qardaşlarımız qərar verdilər, öz məsələlərini özləri həll etdilər və işğal altındakı torpaqlarını düşməndən azad etdilər. Bu tarixi zəfəri qəbul etməmək yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

Gündəlikdə duran məsələlərlə bağlı fikir və düşüncələrini millət vəkilləri ilə bölüşən dövlət başçısı bildirib ki, haqlı mövqeyindən geri çəkilmək niyyətindən uzaq olan Türkiyə öz inkişaf yolu ilə getməyə davam edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onlar heç vaxt kimsənin milli mənşəyinə, inanclarına, mədəniyyətinə və həyat tərzinə müdaxilə etməyiblər. Ancaq heç kimin də onların inancına, dəyərlərinə, mədəniyyətinə müdaxilə etməsinə imkan verməyəcəklər.

Türkiyənin xarici siyasət formasının dəyişmədiyini, dialoq tərəfdarı olduğunu, terrorizmlə mübarizəni qətiyyətlə davam etdirəcəyini, o cümlədən ikili standartlara qarşı olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan deyib ki, 2021-ci ildə ABŞ və Avropa İttifaqı ilə yeni münasibətlərin qurulmasını arzulayırlar.

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30