“Müstəqil Azərbaycan dövləti Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində böyük inkişaf yolu qət edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə müstəqil, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Bunu təmin edən əsas amil məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar bütün sahələrin inkişafını təmin edib, gələcək inkişaf üçün güclü baza yaradıb: “Bu siyasət Azərbaycanın gələcək inkişafını təmin etmək iqtidarındadır. Bu səbəbdən Azərbaycan vətəndaşları ölkəmizin inamlı sabahı, xalqımızın rifahı üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir”.
M. İbrahimova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi siyasət nəticəsində inkişafın Azərbaycan modelinin əsası qoyulub: “Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim edib və bu, bir çox ölkələr üçün nümunədir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. İnfrastruktur layihələri uğurla reallaşdırılıb, o cümlədən ötən 17 ildə ölkəboyu 700-ə qədər tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Bu amil COVİD-19 pandemiyası ilə mübarizədə öz sözünü deyir. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir”.
M.İbrahimova söyləyib ki, bu gün ən mühüm hadisə Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasıdır: “Ali Baş Komandanın müdrikliyi, qətiyyəti və Azərbaycan Ordusunun öz gücü və qüdrəti hesabına Azərbaycan böyük qələbə qazandı. Hazırda Azərbaycanın üçrəngli bayrağı Qarabağın ən yüksək zirvələrində dalğalanır. Bütün dünya ictimaiyyəti də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü. Bizə bu xoşbəxtliyi yaşatdığı üçün Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
- Oxunub: 3480 |
- Tarix: 23-12-2020 |
-
Çap et |