Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi strategiya Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub
A+   Yenilə  A-
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi strategiya Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər Heydər Əliyevin 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciətində səsləndirdiyi bu fikirlər bu gün özünü bütün sahələrdə doğruldur. Həmin seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq, Prezident seçilən cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi strategiya bu gün Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən yeganə dövlətdir.

O deyib: “Prezident İlham Əliyevin 2003- cü il oktyabrın 31- də keçirilmiş andiçmə mərasimindəki nitqindən bir məqamı diqqətə çatdırmaq istərdim: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir”. Bu fikirlər dövlət başçımızın uzaqgörənliyindən, praqmatik düşüncə sahibi olmasından xəbər verir. 17 il əvvəl səsləndirilmiş bu qətiyyətli fikirlər artıq reallığa çevrilib. Bəlkə də o zaman çoxları, o cümlədən mənfur qonşumuz - işğalçı Ermənistan, erməni lobbisi, həmçinin təcavüzkarın havadarları bu fikirləri istehza ilə qarşılaşmışdılar. Axı, o vaxt Ermənistanın havadarları bütün vasitələrlə ölkəmizə qarşı təzyiqlər edir, ərazilərimizin düşmən tərəfindən işğalına köməklik göstərirdilər. Ancaq unudurdular ki, bu işğal əbədi ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.

Bu il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışından bir məqamı diqqətə çatdırmaqla 17 il əvvəl verdiyi vədin həqiqətə çevrildiyini bir daha düşmənlərimizin və onlara havadarlıq edənlərin diqqətinə çatdırmaq istərdim: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Budur qətiyyət, siyasi iradə, verilən vədə sadiqlik və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. İndi bütün dünyanın nəzər-diqqəti Azərbaycana yönəlib. Çünki 27 il ərzində BMT Təhlükəsizlik Şurasının, eləcə də digər nüfuzlu beynəlxalq qurumların icra olunmayan qətnamələrini Prezident, Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində qəhrəman ordumuzun gücü ilə həll etdi. Həm də status-kvonu, təmas xəttini rədd etdi.

Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində səsləndirdiyi fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək...”, - deyən Ulu Öndərin uzaqgörənliyini bu gün hər kəsə bəllidir. Çünki Ulu Öndərin yarımçıq qalmış əsas işlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi idi. Bu gün bu məsələ artıq öz həllini tapıb. Dövlətimizin başçısı da xalqa müraciətində bunu bir daha diqqətə çatdırdı və atasının vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi proqram xarakterli bir fikri də yada salaq: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”. Bəli, elə də oldu. Azərbaycan tarixi Qələbəni müzəffər Ali Baş Komandanın müdrikliyi, siyasi iradəsi, rəşadətli ordumuzun qüdrəti və xalqın həmrəyliyi, Prezidentin ətrafında yumruq kimi birləşməsi sayəsində qazandı.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.

Son 17 ildə Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəldi və dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Dövlət başçımızın dediyi kimi: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının respublikamıza, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Keçən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşünə 70 ölkədən dini liderlər təşrif buyurmuş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir.

Dünyanın başı üzərini koronovirus təhlükəsi alanda və öz acı fəsadlarını davam etdirəndə də Azərbaycan bu təhlükədən az itki verən dövlətlərdən biri oldu. Üstəlik dünyada bu pandemiyadan daha çox zərər çəkən dövlətlərə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına yardım və ianələr etdi. Bu, ölkəmizin etibarlı əllərdə olmasının nəticəsi idi.

Bu gün Azərbaycan dünyada artıq qalib ölkə kimi tanınır. Bu Qələbənin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür
15 Yanvar 09:11
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
15 Yanvar 09:08
YAP Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər
15 Yanvar 09:06
Rüstəm Nağıyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl fəaliyyətə başlayıb
15 Yanvar 09:04
Həsən Şirinov: Şuşa Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
15 Yanvar 09:02
Asim Mollazadə: Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır
15 Yanvar 09:01
Elşən Musayev: Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır
15 Yanvar 08:58
Elşad Musayev: Azərbaycan əldə edilən qələbəni siyasi yolla möhkəmləndirir
15 Yanvar 08:57
Qabil Hüseynli: Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib

15 Yanvar 08:55
“Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...

15 Yanvar 08:53
Ermənistanda total tənəzzül...
15 Yanvar 08:50
Azərbaycan tarixi zəfərini diplomatik müstəvidə möhkəmləndirir
15 Yanvar 08:49
COVID-19-a təkrar yoluxma riski var...
14 Yanvar 22:21
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
14 Yanvar 20:49
İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf
14 Yanvar 20:34
Rəcəb Tayyib Ərdoğan: Qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasının hədəfləyirik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6