Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Prezidenti İlham Əliyev Zəfər yürüşünün bayraqdarıdır
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Zəfər yürüşünün bayraqdarıdır

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, hazırda Azərbaycan xalqı tarixi günlər yaşayır. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. Sizcə, qələbəmizi şərtləndirən əsas amil nədən ibarətdir?
- Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Dağlıq Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.
Müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər oldu, itkilər verdik, mərhumiyyətlər yaşadıq, çox bərkə-boşa düşdük, harayımızı dünya eşitmədi, bir-birimizdən küsdük-incidik. Doğru olan yolu isə bizə 1993-cü il iyunun 15-də yenidən ölkə rəhbərliyinə qayıtmaqla dövlətçiliyimizi xilas edən Ümummilli Lider Heydər Əliyev göstərdi. Xalq Ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə xilaskar kimi Onu çağırdı, O gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri Özü kimi inandığı siyasi varisinə - cənab İlham Əliyevə həvalə etdi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi: “Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq”.
17 ildir ki, cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik. Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq? Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik! Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli-psixoloji transformasiya yolu keçdik.
Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövlət qurduq, özümüzü dünyaya sübut etdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etdik, dünya kosmos ailəsinin üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, onlarla beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğurlar qazandıq və uğurlarımızı bölüşdük.
Bu illər ərzində milli-psixoloji transformasiyamızda, heç şübhəsiz ki, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və onun funksionallığını təmin etdi. Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.
Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ötən dövrdə Dağlıq Qarabağ münaqişəsi müxtəlif səbəblərə görə diplomatik yolla həllini tapmadı.
Münaqişənin müharibə yolu ilə həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin rəğbətini və dəstəyini qazanmaq lazım idi.
Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və ölkənin ərazi bütövlüyünü təmin edən sərkərdə kimi adını qızıl hərflərlə tarixə yazdırdı. Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan + müzəffər Ordu + müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, dəmir yumruqdur - xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!
Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandandır! Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya-təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.
Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən işğalçı Ermənistanın rəzil duruma düşən baş naziri noyabrın 10-da düşmən ölkə üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ən önəmli məqamlardan biri odur ki, bəhs olunan sənədə əsasən düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana döyüşsüz təslim etdi.
- Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində sosial ədalət prinsipi də mühüm faktorlardan biridir. Bu barədə nə deyə bilərsiniz?
- Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk Prezidentlik inaqurasiyasında “mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - söyəldi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikri Öz Prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi. Təbii ki, hər bir yaxşı rəhbər kimi, cənab İlham Əliyev də prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imzalamışdır.
Prezident İlham Əliyevin sosial siyasəti iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah prinsiplərinə. Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.
Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsilə onlara daim dəstək verilir. Cənab Prezident İlham Əliyev 2003-cü ildə Öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50 faiz, yoxsulluq 49 faiz idi. Cənab İlham Əliyev 600 min yeni iş yeri açacağıq söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. Beş il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzində 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi.
Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqət mərkəzində oldu və son 17 il ərzində ölkədə 1 milyon 800 mini daimi olmaqla 2 milyon yeni iş yeri açıldı. İşsizlik on dəfə aşağı düşdü. İndi Azərbaycanda işsizlik 2003-cü illə müqayisədə 10 dəfə azalaraq 4,9 faiz təşkil edir və respublikamız işsizlik göstəricisinə görə dünyada ən öndə gedən ölkələrdən biridir.
2003-cü ildən bu yana ölkədə minimum əməkhaqqı 10 dəfədən çox artmış, 2019-cu ildən isə minimum əməkhaqqı 250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31,5 faiz üstələmişdir.
- Ölkəmizdə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən proqramlar barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.
2008-ci ildə Prezident İlham Əliyev daha bir cəsarətli və humanist təşəbbüslə çıxış etdi: “Qarşıdakı beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, bir nəfər də məcburi köçkün vaqonlarda, yeraltı qazmalarda yaşamayacaq!” Yenə şübhələr, tərəddüdlər oldu. Yüz minlərlə insanın məskunlaşması üçün milyonlarla kvadratmetr mənzil tikilməlidir, onlarla şəhər, qəsəbə salınmalıdır, milyardlarla manat vəsait xərclənməlidir. Lakin zaman yenə də göstərdi ki, cənab Prezidentin bütün qərarları kimi, bu qərarı da ölçülüb-biçilmiş, zamanında verilən düzgün qərardır. Növbəti illərdə nəinki çadır şəhərcikləri tarixə qovuşdu, yüzlərlə qəsəbələr salındı, yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdı, məşğulluğu təmin edildi, biz Qarabağın qayıdış simvolu olan Cocuq Mərcanlını bərpa edib orada həyata yeni nəfəs verdik.
Cənab Prezidentin məcburi köçkünlərə qayğısı təkcə bir rəhbər məsuliyyətindən doğan qayğı deyil, eyni zamanda yüksək mənəviyyatlı insana və vətəndaşa məxsus humanistlik hissindən qaynaqlanır.
Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, daim məmurları təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil, Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm Prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan Prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarıdır.
- İstərdik ki, ölkəmizdə həyata keçirilən təhsil və səhiyyə islahatları barədə söhbət açasınız.
- Bəli, qeyd olunan sahələrdə də görülən işlərin, aparılan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Neft gəlirlərini insan kapitalına çevirmək! Bu da cənab Prezident İlham Əliyevin irəli sürdüyü və uğurla həyata keçirdiyi onlarla tarixi ideyalardan biridir! Cənab Prezident qısa vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi siyasəti ilə yanaşı olaraq, təhsilin maddi-texniki bazası da, demək olar ki, yenidən quruldu, 3500 dən çox məktəb və uşaq bağçası yenidən tikildi, müasir avadanlıqlarla təchiz edildi, yeni kolleclər, universitetlər yaradıldı, xaricdə təhsil proqramı qəbul edildi, 5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil aldı.
Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyəti və əlçatan olması da cənab Prezidentin sosial siyasətində həmişə aktual olmuşdur. Dövlət büdcəsinin vəsaiti ilə 700-dən artıq xəstəxana və poliklinika əsaslı təmir edilib, ən müasir avadanlıqla təchiz olunub, onlarla yeni klinikalar açılıb. Maddi-texniki bazanın yenilənməsi ilə yanaşı, səhiyyənin idarə edilməsi və kadr təminatı sahəsində də dərin islahatlar aparılmışdır. Xarici ölkələrin qabaqcıl tibb təcrübəsinin ölkəmizə gətirilməsində Türkiyə, Almaniya və digər ölkələrin universitetlərində təhsil almış, klinikalarında təcrübə qazanmış həkimlərimizin böyük xidməti vardır. Bu yeni nəsil tibb kadrlarının yetişməsi də cənab Prezident İlham Əliyevin səhiyyə siyasətinin mühüm tərkib hissəsidir.
Cənab Prezident İlham Əliyev vətəndaşların tibbi maariflənməsinə, profilaktik dispanser müayinələrə cəlb olunmasına həmişə qayğı ilə yanaşır, rayonlara səfərlərində əhali ilə görüşlərdə hər kəsi ildə azı iki dəfə tibbi müayinələrdən keçməyə dəvət etməsi, dövlət vəsaiti hesabına hər il beş milyondan çox vətəndaşın icbari dispanserizasiyaya cəlb olunmasına təminat yaratması məhz vətəndaşın sağlamlığına rəhbər qayğısının ifadəsidir.
Tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsi üçün səhiyyə idarəçiliyinin ən optimal forması sayılan icbari tibbi sığorta sisteminə keçid Prezident İlham Əliyevin sosial sahədə apardığı ən fundamental islahatlardan biridir.
Azərbaycan Prezidenti gənc nəslin sağlam və güclü vətəndaş kimi böyüməsi üçün ölkənin əksər bölgələrində Olimpiya İdman Komplekslərinin, üzgüçülük hovuzlarının, stadionların tikilməsini təmin edən proqramlar qəbul etmiş, gənclərin inkişaf mərkəzlərinin tikilməsi, parkların, istirahət zonalarının açılması üçün sərəncamlar imzalamışdır.
- Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?
- Yola salmaqda olduğumuz 2020-ci il bəşər tarixində yeni bir bəla - koronavirus pandemiyası ilə mübarizə ili kimi qalacaqdır. Heç kəsin gözləmədiyi bir zamanda meydana çıxan və bütün yer kürəsini cənginə alan bu dəhşətli virus epidemiyası həm də dövlətlərin idarəçilik sistemini və liderlərin siyasi iradəsini sınağa çəkmiş oldu.
Pandemiya ilə mübarizədə geridə qoyduğumuz dövrü dünyadakı vəziyyətlə müqayisəli şəkildə qiymətləndirərək deyə bilərik ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə, ən az itki vermiş, ən uğurlu nəticələr əldə etmiş ölkələr sırasındadır.
Pandemiyanın dünyada tüğyan etdiyi ağır günlərdə cənab Prezident İlham Əliyev Öz xalqının əsl xilaskarı kimi mübarizənin önünə çıxdı, bir Rəhbər müdrikliyi ilə, bir Sərkərdə cəsarəti ilə, bir Lider qətiyyəti ilə bütün resursları bir məqsədə yönəldərək, kompleks mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etdi.
Cəmi 2 həftə ərzində ölkəyə 20-dən artıq test-laboratoriya gətirildi, tibbi maska, qoruyucu kombinzon, dezinfeksiya vasitələrinin istehsalı müəssisələri quruldu. 46 xəstəxana koronavirusla mübarizə üçün səfərbər olunmuş, 12 yeni mobil xəstəxananın tikintisinə vəsait ayrılmış, 2 milyon 400 minə yaxın insanda test analizi aparılmışdır.
Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədilə büdcədən 3,5 milyard manata yaxın vəsait ayrılmış, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox vəsait toplanmışdır.
Azərbaycan həkimlərinin koronavirusla mübarizədə göstərdiyi fədakarlıq dövlət başçımız tərəfindən layiqincə qiymətləndirilmişdir. Cənab Prezident İlham Əliyevin Fərmanı ilə onların əməkhaqları 3-5 dəfə artırılmış, dövlət başçısı, ölkənin Birinci vitse-prezidenti, millət vəkilləri dəfələrlə tibb işçilərimizi ayaq üstə alqışlamışlar. Koronavirusla mübarizə dövründə bir çox ölkələrin rəhbərləri “öncə iqtisadiyyat, yoxsa əhalinin sağlamlığı” dilemması qarşısında qaldığı halda, Azərbaycan xalqının Lideri cənab İlham Əliyev birmənalı və qəti şəkildə bəyan etdi: “Mənim üçün birinci əhalinin sağlamlığıdır!” Bu mövqe öz xalqını ürəkdən sevən ona bağlı olan, onun qayğıları ilə yaşayan əsl Liderin və rəhbərin mövqeyi idi.
Koronavirusla mübarizədə cənab Prezidentin beynəlxalq miqyasda səyləri və töhfələri Onun bir dünya lideri kimi rolunun və nüfuzunun yeni təntənəsi oldu. Azərbaycan güclü humanizm prinsipləri ilə yaşayan bir dövlət olduğunu növbəti dəfə nümayiş etdirərək, koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait köçürdü, 30-dan çox ölkəyə humanitar yardım göstərdi.
Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə keçirilən iki beynəlxalq konfrans - Türk Şurası dövlətlərinin və Qoşulmama Hərakatının Təmas Qrupunun zirvə toplantıları dünyada ilk dəfə COVID-19-la mübarizədə beynəlxalq çağırışlarla yadda qaldı.
Məhz Azərbaycan xalqının Liderinin təşəbbüsü ilə bu ilin 3-4 dekabr tarixində BMT-nin koranavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi sessiyası keçirildi.
Koronavirusla mübarizənin gərgin və məsuliyyətli günlərində cənab Prezident İlham Əliyevin irəli sürdüyü “Biz Birlikdə Güclüyük!” tezisi xalqımız tərəfindən birmənalı dəstəkləndi, həyat tərzinə, mübarizə, inkişaf və tərəqqi kredosuna çevrildi.
- Müsa müəllim, dövlətimizin başçısının Sərəncamı ilə “YAŞAT” Fondunun yaradılmasının əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik...
- Yaratmaq Tanrının işidir. Ona şərik qoşmaq olmaz. Tək hüceyrəli canlını da, külli- aləmi də yaradan Odur. Tanrı öz yaratdıqlarını yaşatmağı isə təbiətə- günəşə, torpağa, küləyə, suya həvalə edir. Bir də seçdiyi insanlara. Tanrının seçdiyini xalq da seçirsə, bu rəhbər adamın çiyninə daha böyük missiya düşür: idarə etmək, qorumaq, yaşatmaq.
Cənab Prezident İlham Əliyev məhz buna görə söyləyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Cənab Prezident həmişə çalışır ki, ölkəmizin maddi nemətləri ədalətli bölünsün, sərvətlərimizdən hər kəsə pay çatsın. Ona görə də xüsusi proqramlar qəbul olunur, sosial müdafiə xarakterli sərəncamlar verilir.
Heç şübhəsiz ki, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailələrinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunublar.
Bu prosesə cəmiyyətin fəal inteqrasiyası və göstərilən dəstək tədbirlərinin sistemli, ardıcıl və məqsədyönlü olmasını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaranması həm də yeni humanist münasibərlərin və yanaşmaların formalaşmasına xidmət edəcəkdir. Məhz “YAŞAT” Fondu vasitəsilə həm ölkə vətəndaşları, həm də ölkədən kənarda yaşayan soydaşlarımız, eləcə də Azərbaycanı sevən hər kəs öz xeyriyyəçilik niyyətini çox asanlıqla və şəffaf şəkildə həyata keçirə biləcəkdir. “YAŞAT” Fondunun dəstəyi ilə bütün şəhid ailələrinin və qazilərimizin bir çox sağlamlıq, məişət və sosial problemləri davamlı və şəffaf şəkildə öz həllini tapacaqdır.
Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir! Məhz sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, xalqın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur. Daha çox qayğıya ehtiyacı və haqqı olan şəhid ailələrinə, Qarabağ müharibəsində əlil olmuş şəxslərə, qaçqın və məcburi köçkünlərə, ahıl insanlara münasibətdə cənab Prezidentin davranışı onlara dövlət başçısının hörmətinin ifadəsi olduğu qədər də, cəmiyyətə bir xoş məram nümayişi, nümunə və çağırışdır.
... Xatırlayaq, Prezident Sarayındakı qəbulda tribunada çıxış edərkən qəhərlənən şəhid atasına Prezidentin kürsüdən qalxıb su süzüb verməsi anını...
...Xatırlayaq, Şamaxıda zəlzələ zamanı evi zərər çəkmiş ağbirçəyi ölkə başçısının bir övlad mehribanlığı ilə qucaqlayıb təskinlik verməsini...
...Xatırlayaq, Prezidentin ad gününü Taxta körpü qəsəbəsində məcburi köçkün ailəsi ilə birlikdə qeyd etməsini..
...Xatırlayaq, 24 aprel 2014- cü ildə Praqadakı “Türkiyə burada yoxdur, mən buradayam” təəssübkeşliyini...
...Xatırlayaq 4 oktyabr 2019- cu ildə Soçidə “Valday” Diskusiya Klubunda “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatını...
Xatılayaq, 11 oktyabr 2019 - cu ildə Aşqabadda və 10 fevral 2020- ci ildə Münhen də işğalçı və təcavüzkar Ermənistanın baş nazirinə verilən tarix dərsini...
...Xatırlayaq Milli Ordumuzun 44 günlük Zəfər yürüşündə Ali Baş Komandanın mübarizə əzminin simvoluna çevrilmiş “Dəmir yumruq” tezisini...
Xatırlayaq cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımızı, Xudafərin kürpüsünü, Ağdam məscidini necə qürurla və məhəbbətlə ziyarət etdikləri anları...
Bu addımların hər biri humanizm, insana qaygı və fərdi qəhrəmanlıq nümunəsidir. Bu addımların hər biri vətəndaşa hörmət, təsəlli, vətənə sevgi və xidmət mümunəsidir. Bu addımların hər biri xarizmatik Liderin öz xalqı və Vətəni üçün fədakarlığıdır! Bu addımların hər biri tarixin sınaqlarından çıxmış Lider-Xalq birliyini daha da möhkəmlədən, daha da mətinləşdirən addımlardır! Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik. Cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir! Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab İlham Əliyev!

 
  • Oxunub:  2010  |  
  • Tarix:  23-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19 Yanvar 17:26
Prezident: Qarabağdakı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm
19 Yanvar 17:26
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
19 Yanvar 17:22
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19 Yanvar 17:19
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
19 Yanvar 17:18
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
19 Yanvar 17:12
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
19 Yanvar 17:10
Prezident İlham Əliyev: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
19 Yanvar 17:08
Ərəb KİV-ləri 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayıblar
19 Yanvar 16:50
YAP İdarə Heyətinin iclası keçirilmişdir
19 Yanvar 16:39
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
19 Yanvar 16:34
Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir
19 Yanvar 16:22
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 Yanvar 16:20
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib
19 Yanvar 15:54
Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb
19 Yanvar 15:37
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19 Yanvar 15:10
“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək
19 Yanvar 14:56
Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır
19 Yanvar 14:52
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
19 Yanvar 14:52
Nazir müavini: Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır
19 Yanvar 14:46
Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq
19 Yanvar 14:45
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
19 Yanvar 14:43
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:41
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır
19 Yanvar 14:41
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:05
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
19 Yanvar 14:03
Sabah paytaxtda sulu qar, qar yağacaq
19 Yanvar 13:36
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO
19 Yanvar 13:32
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonun dağlıq ərazilərində müşahidə edilib
19 Yanvar 13:04
İndiyədək 2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
19 Yanvar 12:58
Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Yanvar 12:54
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib
19 Yanvar 12:48
Milli Məclisin insan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilir
19 Yanvar 12:30
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
19 Yanvar 12:29
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi gözlənilir
19 Yanvar 12:08
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
19 Yanvar 12:04
AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq
19 Yanvar 11:51
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
19 Yanvar 11:50
Pərviz Şahbazov Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
19 Yanvar 11:46
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
19 Yanvar 11:41
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 11:18
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19 Yanvar 11:17
Keçən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19 Yanvar 11:13
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19 Yanvar 11:13
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
19 Yanvar 11:11
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4