Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Güclü immun sistemi koronavirusa qarşı ən yaxşı sipər rolunu oynayır

Güclü immun sistemi koronavirusa qarşı ən yaxşı sipər rolunu oynayır

23.12.2020 [09:06]

Dünyada COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 1,7 milyon nəfəri ötüb. İndiyədək dünyada koronavirusa 77 milyondan çox yoluxma halı qeydə alınıb. Ekspertlərin fikrincə, bu dövrdə qidalanmaya xüsusi diqqət yetirməlidir. Pandemiya dövründə bəzən həm sağlam qidalanmadan, həm də pəhriz saxlamaqdan imtina edənlər olur. Düzgün qidalanmamaq isə artıq çəkiyə və bəzi xəstəliklərin yaranmasına səbəb olur.
Həkim-dietoloq Ləman Süleymanova deyib ki, düzgün qidalanmamaq, kortəbii dietlər, arıqlamaq üçün qəbul edilən dərmanlar immun sistemini o qədər zəiflədir ki, orqanizm istənilən virus infeksiyası qarşısında acız qalır: “Pandemiya dövründə immuniteti zəif olan, siqaret çəkən, arıqlamaq üçün dərmanlar istifadə edən və mədəkiçiltmə əməliyyatı keçirənlər xüsusilə ehtiyatlı olmalıdırlar”.
Həkim-dietoloqun dediyinə görə, pandemiya zamanı, həmçinin stresdə olarkən diet saxlamaq çətinlik yaradır, eyni zamanda, immun sisteminə də mənfi təsir göstərir. Ən vacib şərtlərdən biri isə gündə üç dəfə düzgün qidalanmaqdır: “Səhər, günorta və axşam yeməyi mütləq vacibdir. İmmunitet sisteminin aktivləşməsi üçün səhər qəbul edilən qidaların əhəmiyyəti çox böyükdür. Saat 7-dən 9-a qədər qəbul edilən səhər yeməyi zamanı rasionda mütləq meyvə-tərəvəzlər də olmalıdır. Xüsusilə C vitamini ilə zəngin olan narıngi və portağal qəbulu vacibdir. Bununla yanaşı, tərkibində A və E vitamini, eləcə də B qrupu vitaminləri olan dəmirlə zəngin meyvələrə üstünlük verilməlidir. Kəskin respirator virus infeksiyalarının yayıldığı dövrdə süfrədə qırmızı ət, balıq, proteinlə zəngin digər qidalar olmalıdır. Axşam saatlarında orqanizm ağırlaşır, qanda şəkərin səviyyəsi yüksəldiyindən təzyiq də arta bilər, ona görə də yüngül qidalar qəbul edilməli, çoxlu maye içilməlidir”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30