Ana səhifə »  Xəbər lenti »  200 ildən sonra yazılmış əbədi tarixi gerçəklik – İlham Əliyev, qalibiyyət fenomeni
A+   Yenilə  A-
200 ildən sonra yazılmış əbədi tarixi gerçəklik – İlham Əliyev, qalibiyyət fenomeni

Mütərəqqi dövlət xadimi: Prezidentin üzərinə düşən missiyanın mühüm xarakterləri

Artıq əminliklə vurğulaya bilərik ki, müasir və müstəqil Azərbaycan tarixinin yeni mərhələsi, eləcə də yeni əsrimizin yeni liderlik dövrü dövlət xadimi İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq İlham Heydər oğlu Əliyev adı və sanı ilə xalqın qalib simvoluna, mütərəqqi əməlləri isə qürur rəmzinə çevrilmişdir. Bütün bu həqiqətlərin təməlində isə həyat və fəaliyyətini doğma xalqına və torpağına sonsuz məhəbbət və sədaqət meyarları dayanmaqdadır. Bu məhrələlərin reallaşması isə söz yox ki, heç də asan başa gəlməmişdir. Çünki o da sirr deyil ki, dövlətçilik, milli-mənəvi dəyər ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında, ölkənin qalib gücə çevrilməsində şəxsiyyətin rolu böyükdür.

Dahi Öndər Heydər Əliyev tarixi müraciətində peyğəmbərcəsinə vurğulamışdı ki: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Bütovlükdə isə, İlham Əliyevin fəaliyyəti istiqamətindəki danılmaz gerçəkliklərə sistemli olaraq nəzər salsaq biz bir çox keçidlərin, mərhələlərin şahidlərinə çevirlmiş olarıq. Bu mərhələlərin uğurlu keçididir ki, artıq Onun barəsində danışarkən, düşünərkən, yazarkən biz müdrik dövlət xadimi ifadəsini işlədirik. Bu ifadə İlham Əliyevin üzərinə düşən, ardıcıllığı ilə seçilən missiyanın mühüm xarakterlərinin ilk göstəricilərindədir. Söz yox ki, bu missiyanın təməlini Ulu Öndər Heydər Əliyev öz tarixi müraciətində qoymuşdu. Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadiminə çevirir.

Məhz bu müddət ərzində Prezident İlham Əliyevin bir dövlət xadimi kontekstində genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, O öz qarşısına bütünlüklə Azərbaycana, xalqının sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirmək məqsədini qoyub. Əbəs deyildi ki, Azərbaycan Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir”.

Yaxud, Dahi Öndər Heydər Əliyevin peyğəmbərcəsinə “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı da qeyd edilən fikirləri özündə cəmləşdirib və bu gün biz bütün bunların məntiqi, əməli nəticələrini görməkdə, şahidi olmaqdayıq.

Bəli, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti möhkəm, sarsılmaz dövlətçilik ucalığı üzərində dayanmaqdadır. O cümlədən, qlobal dünyamızda baş verən hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək bilavasitə İlham Əliyevin dövlət xadimi olaraq, həm də dövləti idarəetməsinin əhəmiyyətli əsasını təşkil edir.

Artıq bu gün Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar, təhsil, səhiyyə və s. çoxşaxəli sahələri əhatə edən bir çox dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi. Beləliklə, ölkəmizdə 17 il ərzində əldə olunmuş böyük uğurların təməlində Prezident İlham Əliyevin mütərəqqi yolu dayanır.

Daha bir xüsusi məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm faktorlardan biridir. Çünki qarşıda qoyulan bütün məqsədlərə çatmaq üçün Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tuturdu və bu istiqamətdə də görülən işlər Onun alternativsiz dövlət xadimi olaraq bütün uğurlarını səciyyələndirməkdədir. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edirdi ki, artıq bu yolun da mühüm hissəsi keçilib, qarşıda isə daha nəhəng işlər dayanmaqdadır...

Lakin növbəti bir əhəmiyyətli məqam xarici siyasətin qurulması və uğurla davam etdirilməsi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Məhz bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq syatəsi ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə, bunun kökündə düzgün xarici siyasət reallığının dayanması şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib və bunun daha geniş izahı məqalənin aşağı hissələrində veriləcək. Ancaq qarşıda Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı və bu problemin könündən həll olunması vacibliyi özünü daha çox göstərməyə başlamışdı.

Ali Baş Komandan: Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol

Qeyd etdiyimiz kimi, Azərbaycanın digər sahələrdə əldə etdiyi uğur və qələbələri ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, həm də Ordumuzun güclənməsinə, peşəkar ordular sırasında yer almasına geniş şərait yaradırdı. Bu xüsusda, Ordu quruculuğu prosesinin aparılmasında da Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq bilavasitə iştirakı öz labüdlüyünü qoruyub-saxlamaqda idi. Ermənistanın işğalçılıq siyasəti, torapqlarımızı sülh yolu ilə təhvil vermək istəməməsi isə həmin labüdlüyü daha da artırdı. Nəticədə düşmənin silahlı təxribatlarına birdəfəli cavabın verilməsi zamanı çatdı. Bu qalibiyyətə qədər gedən hərbi yol da asan başa gəlməmişdi...

Azərbaycanın hərbi sənaye potensialının artırılması, ildən-ilə çoxsaylı və böyük masştablı hərbi təlimlərin həyata keçirilməsi, silah-sursat, hərbi texnika, təchizat və avadanlıqların ən masir standartlar səviyyəsinə çatdırılması, dost və qardaş ölkkə - Türkiyə ilə strateji bağların möhkəmləndirilməsi, dünyanın hərbi potensialı güclü olan ölkələri ilə sıx əlaqələrin qurulması, bunun ardınca isə dəstəyin alınması, habelə milli ruhun, döyüş ruhunun anbaan artırılması – qeyd edilən hər bir məqamların arxasında nə qədər nəhəng siyasətin dayandığını ortaya qoymaqdadır. Cənab Ali Baş Komandan bilirdi ki, düşmən sakit dayanmayacaq və onun məhv edilməsi üçün hər an hazır olmaq zamanın reallığına çevirlmişdi. Azərbaycan heç vaxt işğal faltı ilə barışmayacaqdı və bu tarix – işğaldan azad olunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il, 27 sentyabr tarixinə dəng gəldi. Bu mənadan da çıxış edərək bildirək ki, cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Bu baxımdan, İlham Əliyevin Qalib Sərkərdəlik fenomeni də həmin tarixdən başlanıldı. Prezident İlham Əliyev hələ Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını verilmişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu.

Bu xüsusda, bəzi mühüm nüanslara diqqət yetirək. 44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibi planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında işlənilir və həyata keçirilirdi. O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən, dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmir iradəli lider, böyük strateq gələ bilərdi.

Söz yox ki, qələbəyə doğru atılan addımların hər birindən sonra növbəti atılacaq addımlar, qərarlar da düşünülürdü və bunların hər birinin yükü Qalib Sərkərdənin – Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm çiyinlərində dayanırdı.

Biz, tarixi qələbəmizdən sonra Onun azad olunmuş ərazilərimizə səfərlərini xatırlaya və orada verdiyi bəyanatlarını da vurğulaya bilərik. Cənab İlham Əliyev “Mən bura Ordum ilə gəlmişəm” ifadəsini bəyan etməsi ilə düşmənə mesaj verdi ki, artıq güclü, qüdrətli Azərbaycan Ordusunun qarşıını heç bir cəhdləri ilə ala bilmək mümkün deyil. 30 il boyunca dağıdılmış, viran qoyulmuş, talan edilmiş ərazilərimizin qısa müddətdə bərpası üçün də mühüm qərarlar verən cənab Ali Baş Komandan dünyaya onu da mesaj olarraq çatdırdı ki, Azərbacan xalqı və dövləti bütün çətinliklərdən, sınaqlardan qalib çıxmaq əzmindədir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi, Ağdam şəhərinə gedərək, dağıdılmış məscidi ziyarət etməsi də möhtəşəm Qələbəmizin nidası oldu. Qalib Sərkədəmizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın düşmən tapdağından azad edilən torpaqlara səfəri zamanı bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı vəhşiliklərinə, vandallıqlarına bir daha şahidlik etdilər. Çəkilən videomateriallar bir daha bütün dünyaya Azərbaycan xalqıının azğın, qana susamış düşmənlə üz-üzə olduğunu təsdiq etdi: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyub. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək. nə günə salıblar Cəbrayıl şəhərini.”

Ali Baş Komandanımız işğalçı, faşist ideologiyasından bəhrələnən ermənilərin bu vəhşiliklərin, Kəlbəcərdə törətdikləri yanğınların cavabının veriləcəyini dedi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.

Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə, Ağdama qalibiyyət səfəri edərək, Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verərərək bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi, bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Müzəffər Lideriyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad!

Beləliklə, Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi, eyni zamanda Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı.

O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Çünki Qarabağ zəfərimizə qədər Azərbaycana qarşı bir çox ədalətsizliklər baş vermişdi. Tariximizin ən sarsıntılı sazişi olan Türkmənçay sazişindən sonra (1828-ci il) tarixi torpaqlarımız mərhələli şəkildə zorla əlimizdən alınaraq düşmənlər tərəfindən ilhaq olundu. Bu, bir tərəfdən milli dövlətçiliyimizə gedən yolda ciddi əngəllər yaratmış, digər tərəfdən Azərbaycanı faktiki olaraq iki hissəyə ayırmışdır. Yüz illər boyu davam edən bu proses, min illər boyu mövcud olan dövlət sərhədlərimizin kiçilməsinə səbəb oldu. Bu milli faciə təkcə torpaqlarımızın itirilməsi ilə deyil, xalqımız arasında olduqca mənəvi-psixoloji deformasiyaya da səbəb olmuşdur. O da faktıdr ki, istər çar Rusiyası, istərsə də bolşevik Rusiyasının işğalı dövründə bizə məcburən diqtə edilən siyasi reallıqları qəbul etməyə məkum edilmişdik. XX əsrin 90-cı illərində müstəqilliyimizin yenidən bərpa olunması, mill kimlik şüurumuzun güclənməsinə, dövlətçilik ənənələrimizin yenidən inkişaf etdirilməsi üçün bizə geniş imkanlar yaratdı. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl və uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı və eyni zamanda, bu gün Azərbaycan Müzəffər Lider İlham Əliyevin sayəsində dünyada qalibiyyət və zəfərlər yazan ölkə olaraq tanınmaqdadır.

Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhəri oldu. Yeri gəlmişkən, xatırlaya bilərik ki, Prezident İlham Əliyev də müsahibələrinin birində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Məhz qədim Azərbaycan şəhəri olan Şuşa mədəniyyət məbədimiz, musiqi beşiyimizdir. Şuşa bizim qürur rəmzimiz, milli kimliyimiz, qeyrət qalamız deməkdir. Azərbaycanlılar Şuşanı müqəddəs sayır və ona görə bu şəhərin işğal altında qalması hər birimizin yarası idi.

Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın mirvarisi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi ikinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Hər bir zəfərdə şəhid qanı var. Hər bir şəhər və kəndimiz əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qanının axması hesabına azad olunub. Uca dağların, keçilməz qayaların zirvəsində yerləşən Şuşanın azad edilməsi isə göstərdi ki, Azərbaycan əsgərinin qarşısında işğalçı ordunun tab gətirə bilməsi mümkünsüzdür. Şuşanın alınması ilə əsgərlərimiz düşmənin mümkün saymadığını reallığa çevirdilər, hərb elminin yeni səhifəsini yazdılar, Azərbaycanın hərb tarixini şərəfləndirdilər. Tarixə səs salan Şuşa döyüşünün Müzəffət Sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir. Artıq Azərbaycan Prezidentinin adı çoxsaylı möhtəşəm uğurlarla yanaşı, tariximizə həm də Şuşanı işğaldan azad edən lider kimi həkk olunub. Şuşanı azad etməklə İlham Əliyev bütün xalqımızın nisgilinə son qoydu. Şuşanın işğaldan azad edilməsi ilə möhtərəm İlham Əliyev Azərbaycan tarixinin yeni şərəfli səhifəsini yazdı.

Ötən 44 gündə Ermənistan rəhbərliyinin və erməni lobbisinin fikirləşdiyinin tamamilə əksi olan proseslər baş verdi. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə Prezident İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. İlham Əliyev siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanı cəzalandırdı.

Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev zamanında işağl altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Tükənməz etimad: Vahidlik və birlik ilə qələbəni qazanan Lider-Xalq gerçəkliyi!

Noyabrın 10-da isə Azərbaycan xalqı gözlədiyi müjdəni aldı. Gecə saatlarında xalqa müraciət edən müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Böyük Qələbə xəbərini xalqımız son dərəcə böyük coşqu ilə qarşıladı. Səhər saatlarından başlayaraq Bakının, ölkəmizin və bütün şəhər və rayonlarının küçə və meydanlarına, parklarına axışan böyüklü-kiçikli milyonlarla insanın bayram şənliyi axşama qədər davam etdi. Bu, xalq-hakimiyyət birliyinin, vəhdaniyyətinin, sarsılmazlığının və qarşılıqlı inamın, etibarın, etimadın təntənəsi idi.

Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir.

Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil daim hörmət və ehtiramla yada salınır, anılır, xatırlanır. Məhz Qalib Sərkərdəmizə, Müzəffər Ali Komandanımıza olan tükənməz etimadın nəticəsidir ki, Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, sadə insanlar 44 gün ərzində növbəyə dayandılar. Düzdür, Azərbaycan dövləti bütün mənalarda Ordunu tam şəkildə təchiz edirdi, amma xalq da bu missiyada öz yerini tutmaqla vətəndaşlıq məsuliyyəti ilə çıxış etməklə bundan qürur duyurdu. Məhz bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə layiqdir. Bundan sonra yüz illər ötsə belə yenə də bu üç əsas faktor haqqında həmişə ən xoş sözləri yazanlar, deyənlər olacaq, çünki bu qürur tariximizin bir parçasıdır.

Hesab edirəm ki, xalqın təşəbbüsü ilə dövlət tərəfindən müharibəni qələbə ilə tamamlayan ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyevə "Azərbaycanın Milli Qəhrəmanı", “Vətən müharibəsi qəhrəmanı” adı verilməlidir. Hətta deyərdim ki, Azərbaycan dövləti tərəfindən “Xalq Qəhrəmanı” xüsusi mükafatı təsis olunmalıdır və bu ada Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə görə ilk olaraq da cənab İlham Əliyev layiq görülməlidir. Çünki dövlət başçısı bu xüsusi mükafata layiq olan şəxsiyyətdir. Xalq tərəfindən cənab Prezidentə istər pandemiya dövründə olsun, istərsə də 44 günlük Vətən müharibəsi dövründə saysız-hesabsız müraciətlər gəlirdi və gəlməkdədir, hər bir müraciətdə də ölkə başçısının gördüyü işlər təqdirəlayiq hal kimi qiymətləndirilir. Bunların hər biri göstərir ki, xalq Prezidentinə etimad edir və Onu öz Lideri, Qəhrəmanı kimi görür.

Məqaləmin sonunda isə daha bir mühüm faktora toxunmaq istərdim. Dekabrın 24-də cənab Prezident, Ali Baş Komandan, Müzəffər Sərkərdəmiz İlham Əliyevin doğum günüdür və biz xoşbəxt xalqıq ki, belə bir mötəbər günü vahid şəkildə qeyd etmək ərəfəsindəyik – 200 ildən sonra qalibiyyət simvolunu müqəddəs Azərbaycanımızın şərəf lövhəsinə yazmağa qadir olan Liderimiz iki möhtəşəm tarixi xalqı ilə birlikdə yaşayır – Qarabağ zəfərini və doğum gününü! Mən də fürsətdən istifadə edərək, bu tarixlərə şahidlik etdiyim üçün hədsiz qürur hissi ilə deyirəm: Qələbəniz və doğum gününüz mübarək, cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

 
  • Oxunub:  2310  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA