Ana səhifə »  Xəbər lenti »  Tarixi Qələbəyə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, əzmi, müdrik və cəsarətli siyasəti nəticəsində nail olduq
A+   Yenilə  A-
Tarixi Qələbəyə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, əzmi, müdrik və cəsarətli siyasəti nəticəsində nail olduq

Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, xilaskar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı ilə 32 illik qanlı münaqişəyə son qoyuldu. 44 günlük tarixi, möhtəşəm Vətən müharibəsi ilə işğalçı, faşist, terror dövləti olan Ermənistan dizə gətirildi, təslim edildi, məğlubiyyətini elə öz dilindən etiraf etdi. Yağı düşmən üzərində 32 il səbirlə, təmkinlə, dözümlə gözlədiyimiz tarixi Zəfər çalındı, üçrəngli bayrağımız 28 ildən sonra yenidən Qarabağımızın hər bir guşəsində, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Hadrutda, Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, yaralı Xocalımızın kəndlərində dalğalandırıldı. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. 10 dekabr tarixində bütün dünyanın maraqla gözlədiyi, bütün gözlərin zilləndiyi tarixi, möhtəşəm Zəfər paradı keçirildi. Qardaş və dost Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycan və Türkiyə liderlərinin tarixi çıxışları ilə dünyaya bir daha birlik və bərabərliyimizin, dost və qardaşlığımızın sarsılmazlığının növbəti mesajları verildi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

J.Əliyeva deyib: “Bəli, tarixi Qələbəyə qədər böyük yol, məsafə qət edildi. Bu Qələbəni əldə etmək üçün çox böyük, tarixi addımlar atıldı. İkinci dəfə müstəqilliyimizi itirmək, parçalanmaq, məhv olmaq təhlükəsi aradan qaldırıldı, Azərbaycan inkişaf, tərəqqi, sabitlik yoluna qədəm qoydu. Bunlar da heç şübhəsiz ki, 1993-cü ilin gərgin və ağır iyun günlərində ikinci dəfə hakimiyyətə qayıdan, müasir müstəqil Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin tarixi xilaskarlıq missiyası nəticəsində mümkün oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın, dəyəri heç nə ilə ölçülə bilməyəcək mənəvi, maddi sərvətlərimizin, milli, tarixi, dini abidələrimizin, məscidlərimizin, ziyarət yerlərimizin, qəbiristanlıqlarımızın, açıq və qapalı muzeylərimizin, mənəvi zənginliklərimizin murdar düşmən tapdağından qurtulması üçün bütün cəbhələrdə, bütün səngərlərdə ardıcıl, sistemli mübarizə başlanıldı. Elə bir tədbir, elə bir yüksək səviyyəli forum olmadı ki, torpaqlarımızın işğalı, mənəvi, maddi sərvətlərimizin barbarizm və vandalizmə məruz qalması, onların azad olunması məsələsi dilə gətirilməsin. İstər Ulu Öndərin 10 illik ikinci hakimiyyəti dönəmində, istər onun layiqli davamçısı Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə, istərsə də dövlət başçısının ən yaxın və ən sədaqətli silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın ötən illər ərzindəki tükənməz, bənzərsiz ictimai-siyasi fəaliyyəti müddətində bu məsələlər, xüsusilə, milli, tarixi, dini abidələrimizin, sərvətlərimizin vəhşiliklərə məruz qalması, ermənilər tərəfindən mənəvi soyqırımının həyata keçirilməsi hər zaman, hər bir kürsüdə, hər bir tribunada açıq və gur səslə bəyan olundu. Nəticə etibarilə, Ermənistanın həm hərbi işğalı, həm də mənəvi təcavüzü pislənildi.

İşğal uzandıqca mənəvi sərvətlərimizin, mənəvi resurslarımızın məhv edilməsi bütün Azərbaycan xalqını incitdi, sızlatdı. Xüsusilə də Qarabağmızın gözü, dilbər guşəsi olan Şuşadakı abidələrimizin, Gövhərağa məscidinin, Ağdam məscidinin, o cümlədən digər yurd yerlərimizdəki məscidlərimizin, qədim Alban kilsələrinin, Azıx mağarasının, başqa bənzərsiz, təkrarsız sərvətlərimizin dağıdılması, murdarlanması, yerlə-yeksan edilməsi hər birimizin ürək ağrısına naləsinə çevrildi. Bəs vətənindən didərgin salınan, təhqirlərə məruz qalan heykəllərimiz? Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün heykəlləri güllələndi, məhv edildi. Düşmən bilə-bilə, qəsdən bunları edərək həm öz yırtıcı, ənənəvi insanlıqdan uzaq mahiyyətini ortaya qoyur, həm də bizim milli-mənəvi hisslərimizlə oynayırdı. Çünki işğalın daha amansız xarakter aldığı 1992-93-cü illərdən ötən illər, zaman ərzində işğal altında olan yurd yerlərimizin elə bir guşəsi, elə bir milli, mənəvi, dini, tarixi sərvəti, abidəsi olmadı ki, təcavüzdən ciddi zərər çəkməsin…Dağıdılan dağıdıldı, məhv edilən məhv edildi, qalanlar isə elə bir hala salındı ki, ələgəlməz oldu…

Ancaq 32 illik səbrin, dözümün də bir həddi olmalı idi və oldu da…Səbir kasası da daşmalı idi və daşdı…Sentyabrın 27-də Ermənistanın növbəti qanlı təcavüzündən, açıq təxribatından sonra Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimizə döyüş, “vur” əmri verildi, İkinci Vətən müharibəsi başlandı və cəmi 44 gündə də 32 illik münaqişəyə son qoyuldu. İndi işğal altındakı torpaqlarımız, onun üstü də, altı da, o cümlədən təbii sərvətlərimiz də öz sahibindədir, bizdədir, Azərbaycandadır. Ölkə Prezidentinin və birinci xanımın Cəbrayıla, Xudafərinə, Füzuliyə, Ağdama tarixi səfərləri zamanı da bir daha dünyaya erməni faşizmi, erməni barbarizmi, erməni vəhşiliyi əyani şəkildə nümayiş etdirildi. Dünya bir daha erməni vandalizminə, erməni barbarizminə şahidlik etdi. Şahidlik etdi ki, işğal olunmuş və işğaldan azad edilmiş Azərbaycan ərazilərində daş üstə daş qalmayıb, hər yer dağıdılıb, məhv edilib, vəhşiliklərə, murdarlıqlara məruz qalıb, xüsusilə bərpası bəlkə də on illər çəkəcək milli, mənəvi, tarixi, dini sərvətlərimiz, abidələrimiz yox edilib…Ağdam məscidi bunun acı və əyani sübutudur.

Prezident və Birinci xanım 27 ildən sonra erməni vandalizmini hələ də canında, ruhunda hiss edən, yaşadan Ağdam məscidini ziyarət etdikdən sonra Ali Baş Komandan kameralar önünə keçdi, Ağdam məscidinin önündə tarixi nitq söylədi, bir daha dünyaya səsləndi, çağırış etdi, erməni vandalizminə diqqət çəkdi: “Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam”.

“Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar”, - deyən Ali Baş Komandan bildirdi ki, kimlər İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar, onların bu barədə danışmağa haqqı yoxdur. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.

Bəli, Ali Baş Komandanın dediyi kimi, kimsənin, xüsusilə də, illərdir işğala göz yumanların, sərvətlərimizin talan edilməsinə səssiz qalanların “narahatlığı”na heç bir əsas və səbəb yoxdur. Azərbaycanda hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb.

Belə olan halda, kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Dövlət başçısının göstərişi ilə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, Gürcü kilsələri bizim milli sərvətimizdir. Erməni kilsəsi də dini-mənəvi əhəmiyyət daşıyır və biz onlara da hər zaman hörmətlə yanaşmışıq.

Ancaq vəhşi, qəbilə, yırtıcı təfəkkürlü düşmən məscidlərimizdə, xüsusilə Ağdam məscidində inək saxlayıb, donuz saxlayıb və bununla da əsl mahiyyətini ortaya qoyub. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl bədnam Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olublar. Bəs niyə gördükləri barədə, erməni vandalizmi barədə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar?!

Dövlət başçımızın da dediyi kimi, əgər belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə qarışmasınlar. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq tarixi torpağımızda, Qarabağımızda! Hərə artıq getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Necə ki, 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaq. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Eşq olsun, Azərbaycan xalqına! Eşq olsun, Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Eşq olsun, Müzəffər Ali Baş Komandana! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür
15 Yanvar 09:11
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
15 Yanvar 09:08
YAP Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər
15 Yanvar 09:06
Rüstəm Nağıyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl fəaliyyətə başlayıb
15 Yanvar 09:04
Həsən Şirinov: Şuşa Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
15 Yanvar 09:02
Asim Mollazadə: Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır
15 Yanvar 09:01
Elşən Musayev: Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır
15 Yanvar 08:58
Elşad Musayev: Azərbaycan əldə edilən qələbəni siyasi yolla möhkəmləndirir
15 Yanvar 08:57
Qabil Hüseynli: Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib

15 Yanvar 08:55
“Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...

15 Yanvar 08:53
Ermənistanda total tənəzzül...
15 Yanvar 08:50
Azərbaycan tarixi zəfərini diplomatik müstəvidə möhkəmləndirir
15 Yanvar 08:49
COVID-19-a təkrar yoluxma riski var...
14 Yanvar 22:21
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
14 Yanvar 20:49
İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf
14 Yanvar 20:34
Rəcəb Tayyib Ərdoğan: Qısa zamanda bütün vətəndaşlarımızın peyvənd olunmasının hədəfləyirik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6