Ana səhifə »  Xəbər lenti »  Tarixi Qələbə dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi
A+   Yenilə  A-
Tarixi Qələbə dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın qüdrətinin bütün dünyaya nümayişi oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm həmrəylik, hər kəsin bir nəfər kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük Qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, müzəffər Ordumuzun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürurunun rəmzi olan Şuşanın işğaldan azad edilməsi, illərdir düyününün açılması müşkülə çevrilən Qarabağ münaqişəsinin uğurlu və ədalətli həlli hazırda dünya siyasətçilərinin, ictimaiyyətinin diqqətinin yönəldiyi məsələlərdəndir. Axı, Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğur həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Məhz bunun üçün dekabrın 18-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi, Ermənistan baş nazirindən başqa MDB-yə daxil olan bütün dövlətlərin başçılarının iştirakı ilə təşkil olunmuş videokonfrans formatında sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı dünya ictimaiyyəti, kütləvi informasiya vasitələri əməkdaşları tərəfindən diqqətlə izlənilib və qələbə nitqi kimi qiymətləndirib.

Rusiyanın aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov həmin tədbirə həsr olunmuş məqaləsində yazır: “Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun bir saat davam edən, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.

Prezident İlham Əliyevin nitqində Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə heç bir töhfə verməyə qadir olmadığını qeyd etdiyini bildirən rusiyalı müxbir məqaləsində Azərbaycanın dövlət başçısının rahat və inamla danışdığını diqqətə çatdıraraq yazır: “Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi”.

Andrey Kolesnikov Prezident İlham Əliyevin “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini məqaləsində xüsusi qeyd edib.

Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə düşmən tapdağı altından azad edilən şəhər və rayonların adlarını sadaladığını, noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qafqazın incisi Şuşanın işğalına son qoyulması ilə hərbi əməliyyatların başa çatdığını söylədiyini qeyd edən jurnalist dövlətimizin başçısının “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözlərini də sitat gətirib.

Bəli, qalib Azərbaycanı xalq-Lider birliyinin 44 günlük savaş meydanında əldə etdiyi tarixi Qələbənin ardınca daha gözəl gələcək, daha firavan həyat gözləyir. Müharibəni Zəfərlə başa vuran Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. İşğalçı, faşist ideologiyasından qaynaqlanan Ermənistanda isə siyasi qüvvələr hələ də məğlubiyyətin acısını meydanlarda müzakirə edir, səbəblərini araşdırır və bir-birini ittiham edirlər. Anlamaq belə istəmirlər ki, mövcud vəziyyətdən yeganə çıxış yolu işğalçılıq ambisiyalarına son qoymaq, haqq, ədalət qarşısındakı məğlubiyyətləri ilə barışmaqlarıdır.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb
22 Yanvar 13:49
Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
22 Yanvar 13:47
Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
22 Yanvar 13:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
22 Yanvar 13:35
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
22 Yanvar 13:07
“Bu sənəd energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”
22 Yanvar 13:02
Teledərslər tədris ilinin sonunadək davam edəcək
22 Yanvar 13:00
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22 Yanvar 12:52
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
22 Yanvar 12:45
Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
22 Yanvar 12:39
İbtidai siniflər növbəli şəkildə dərsə başlayır
22 Yanvar 12:36
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
22 Yanvar 12:18
Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
22 Yanvar 12:16
Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
22 Yanvar 12:11
Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq
22 Yanvar 11:54
Nazir: Ötən il “ƏDVGeriAl” çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb
22 Yanvar 11:38
Şuşada yeni yarımstansiya tikilir
22 Yanvar 11:35
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
22 Yanvar 11:33
Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb
22 Yanvar 11:31
Dövlət Xidməti: Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
22 Yanvar 10:50
Fevralda müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə başlanılacaq
22 Yanvar 10:48
DİN: Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
22 Yanvar 10:28
Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb
22 Yanvar 10:22
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
22 Yanvar 09:37
“Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram”
22 Yanvar 09:33
Əli Kərimlinin antimilli şurası
22 Yanvar 09:31
“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22 Yanvar 09:30
Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22 Yanvar 09:29
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbçilərin ailələri ilə və qazilərlə görüşləri davam etdirir
22 Yanvar 09:27
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
22 Yanvar 09:25
Fəzail Ağamalı: Kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə0 -2